İzahlı lüğət

QATAR1

is. 1. Bir-birinin ardınca sıralanmış heyvanlar düzümü; qafilə, karvan. Durna qatarı. Dəvə qatarı. - Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. M.V.Vidadi. Qanad çalıb göylərdə süzür durna qatarı. M.Seyidzadə. // Ümumiyyətlə, bir-birinin ardınca düzülmüş şeylər sırası; cərgə, sıra, səf. [Ağa Kərim xan:] Qatar durun! Adbaad hər nə ki, sizə buyuracağam, o, bu gün gərək cabəca əmələ gəlsin. N.Vəzirov. // Zərf mənasında. Qatarla, sıra ilə, cərgə ilə. Samovarın yanında, divara qatarla xırda mıxlar vurub, xırda podnoslar asardılar. H.Sarabski. Qatarla düzülmüş küknar ağacları asta-asta yırğalanır. O.Sarıvəlli.
Dəmiryol vaqonları düzümü. Yük qatarı. Sərnişin qatarı. - O qatar gəlib ötməli, sonra da bunlar getməli idilər. S.Rəhman. Bakıdan yanacaq, Sibirdən ağac; Yüz qatar boşalır, yüz qatar gəlir. R.Rza.
Bir qayış üzərinə düzülmüş patron sırası; patrondaş. Kəmərlərində qılınclar, çiyinlərində tüfəng; Boyunlarında həmayil, iki qatar da fişəng. A.Səhhət. Qoçular, quldurlar qatar taxardı; Kimi istəsəydi, vurar yıxardı. Aşıq Ələsgər.
qatar-qatar zərf Qatar halında, bir-birinin ardınca sıralanmış halda; dəstə-dəstə, cərgəcərgə, sıra-sıra. Qatar-qatar olub, qalxıb havaya; Nə çıxıbsız asimanə, durnalar! M.V.Vidadi. Alay-alay, qatar-qatar qəhrəmanlar çıxdı yola. S.Vurğun. Gedir qərbə tərəf hücum çəkənlər; Gedir qatar-qatar bombatökənlər. M.Rahim.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed