İzahlı lüğət

QAŞQA

is. 1. Ümumiyyətlə, mal-qaranın, xüsusilə at, inək və öküz kimi iri ev heyvanlarının alnındakı ağ ləkə. // sif. Alnında qaşqası olan. Qaşqa inək. Qaşqa day. Qaşqa dana.
[Pəricahan xanım:] Qaşqa at altımda qoruqdan gəlirdim. S.S.Axundov. Əqlin baltasıyla vurdu başından; Sındırdı öküzün buynuzlarını; Milyon il dedilər: - Qaşqa öküzlə; Çatıbdır şöhrətə, şərəfə dünya. B.Vahabzadə.
2. məc. Alnın tam ortası. Ovçu quşu qaşqasından vurmuşdu. - Qaşqası böyük olanın sözü çox danışılar. (Ata. sözü). Qızdırmalı bir bayqınlıq içində Tərlanın alnındakı qaşqanı yaxından nişan alıb, tətiyi çəkdim. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......