İzahlı lüğət

QARIN

is. 1. İnsan və heyvan bədəninin qara ciyər, mədə, bağırsaqlar, dalaq və s. orqanlar yerləşən hissəsi. Qarnı ağrımaq. Qarın boşluğu. Qarnı şişmək. - Eşikağası əllərini yerə dəstək verib qalxdı, arxalığını, çuxasını düzəltdi, yana sürüşmüş xəncərini şişman qarnının üstünə çəkib çıxdı. Çəmənzəminli. // dan. Mədə mənasında. Qarnı pozulmaq. - Qarın başa bəladır. (Ata. sözü).
Bir qarın çörəyə möhtac olmaq - çox böyük ehtiyac içində olmaq, səfalət, yoxsulluq içində yaşamaq. [fridun] bir qarın çörəyə möhtac olan kəndlilərin ağır və dözülməz həyatını təsvir edərdi, hakimlərin ürəyini yumşaldar, mərhəmətə gətirərdi... M.İbrahimov. Bir qarnı ac, bir qarnı tox - yarı tox, yarı ac, birtəhər. Qarnı doymamaq - ac qalmaq, aclıq çəkmək, doyunca yeməmək. [Kərəməli:] ..Çıxıb özgəyə nökər duracağam, hacı çox az muzd verir, bir də qarnım doymur. M.F.Axundzadə. Qarnını bərkitmək doyunca yemək, yeyib doymaq. Qarnını doyuzdurmaq - aclığını rəf etmək. Hüsnübəyim həm də səxavətli imiş, kasıb-kusuba əl tutarmış, acların qarnını doyuzdurarmış. İ.Məlikzadə.
Ana bətni, uşaqlıq. Uşaq əksəriyyətlə ana qarnında doqquz ay qalır.
məc. İç, batin. Onun qarnındakını heç kim bilmir.
məc. Bir şeyin qarın kimi qabağa çıxmış hissəsi. Samovarın qarnı.
□ Qarın (qarnını) otarmaq - onun-bunun qapısında yeyib qarnını doyurmaq, özgəsinin süfrəsini güdmək. Öz evində yeməyib, and içirəm, bir gecə aş; Qarnın otarmaq üçün nəfsini heyvan elədi. S.Ə.Şirvani. Qarın sallamaq - 1) kökəlmək, şişmanlaşmaq. Yedi, yağlandı, qarın saldı qoyuntək hamı.. S.Ə.Şirvani; 2) bax qarın vermək. Qarın vermək (sallamaq) - əyilmək, ortası aşağıya tərəf meyil etmək; uçulmaq, qopub tökülmək üzrə olmaq. Evin divarı qarın veribdir. - Qazmaçılar əyilib quyuya baxdıqdan sonra: - Bu quyu qarın sallayıb, indicə uçacağam, deyir. Şaiq. Qarnı ağrımaq məc. - umacağı olmaq, bir şey təmənnasında olmaq, ürəyindən bir şey keçmək. Doğrudan da, kişinin qarnı ağrıyırmış. “Kirpi” . Qarnı burnunda - boylu, ikicanlı, hamilə; doqquz aylıq hamilə. Qarnı qurdlu - qeyri-səmimi, qəlbiqara, ürəyindəkini gizləyən. Qarnını tüstü ilə doldurmaq - güllə ilə vurmaq (vurub öldürmək). [Heydər bəy:] Demirəm çıxın yoldan, doldurummu qarnını tüstü ilə? M.F.Axundzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed