İzahlı lüğət

QARIMAQ

f. 1. Qocalmaq, qoca yaşlarına çatmaq (bəzən “qocalıb-qarımaq” şəklində işlənir). ..Bu qırx ildə də qarıdıqca onun [Ziba xanımın] qısqanclığı artıbdır. S.Rəhimov. Səni sevən cavan olur günbəgün; Qarımaz, qocalmaz, tərtəzə gedər. M.P.Vaqif. Ey dünya, varmıdır səndə yarıyan; Ömür sürüb, çox qocalıb-qarıyan? Aşıq Cümə. // məc. Qocalıb təcrübə qazanmaq.
Suda çox qalmaqdan qırış-qırış olmaq (dəri haqqında).
məh. Ciftləşmək (heyvan haqqında).
□ Qoşa qarıyasan (qarıyasınız)! - ərlə arvada, yaxud yenicə evlənənlərə “birlikdə çox yaşayasmız!” mənasında xoş arzu bildirir. [Zalxa:] Tarverdi, Pərzad ilə qoşa qarıyasan! Çoxlu oğul, qız görəsən! M.F.Axundzadə. Oğul fikri, qız arzusu, qoşa qarımaq; Xəyalından çıxmayırdı o xoşbaxtların. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed