1
QABAQLAMAQ sözünün izahı / QABAQLAMAQ sözünün mənası
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QABAQLAMAQ

f 1. Bir hadisənin baş verməsinə mane olmaq üçün qabaqcadan tədbir görmək, baş verməyə qoymamaq, qabağını almaq. Hadisələri qabaqlamaq. - Firidun sərtibi qabaqlamaq üçün addımlarını itiləşdirdi. M.İbrahimov. Qabağını kəsmək, qabağında dayanıb getməyə qoymamaq. Cahan istəyir getsin, Soltan bəy tez qabaqlayır. Ü.Hacıbəyov. Qədir.. özünü görməməzliyə vurub, yandan ötmək istədi. Sona onu qabaqladı. Ə.Əbülhəsən.
Başqasının etmək istədiyi bir işi ondan qabaq görmək, yaxud söyləmək istədiyi bir şeyi ondan qabaq söyləmək. Mən deyəcəkdim, lakin o məni qabaqladı. - Qazı istəyirdi ki, ağzını açıb bir söz desin, amma Qasıməli qabaqladı. C.Məmmədquluzadə. Gözəl ayağa durub Həbibin yanına gəlmək, onun sağ əlinə diqqətlə baxmaq fikrinə düşəndə, Həbib onu qabaqladı. Ə.Vəliyev.
Ötmək, keçmək. Budur, aşağıdan üçüncü dolayıdan başıyuxarı iki atlı çapışır. Görək bunların hansı qabaqlayacaq. C.Məmmədquluzadə. Qabağına salmaq. Nəzarətçilərdən biri oğrunu qabaqlayıb gətirdi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif

Bağla
Məktəb bufetlərinin açılması üçün tələblər
Hökumət ali məktəblərə səlahiyyət verdi, amma…
Yaşı 18-dən yuxarı olan tələbələrin COVID-19 pasportu olmalıdır
Siniflərdə partaların bir-birindən nə qədər aralıqda düzülməlidir?