İzahlı lüğət

QURŞAQ

is. 1. Beli sıx tutmaq üçün ona sarılan uzun və dar parça; belbağı. Qurşaq da, bilirsən ki, on arşın gərək olsun.. M.Ə.Sabir. Məhəmmədhəsən əlini eşşəkçinin qurşağına salıb çəkə-çəkə aparırdı. C.Məmmədquluzadə. Hacı Salman çubuğunu qurşağına sancdı, konka sürənin yerinə çıxdı. M.S.Ordubadi. // Sarğı, ip və s. Göndərilən kitablar başıbağlı qalıb, kəsilmir və ruznamələr qurşaqdan çıxmır. F.Köçərli .
Bel. Qurşağından yapışmaq. Qurşağa qədər suya batmaq. Qurşağa qədər palçıq vardır. Bədəni hər gün qurşağa qədər soyuq su ilə yumaq xeyirlidir. - Burada yaz zamanı qurşağa qədər ot olur. İ.Əfəndiyev.
xüs. Bir şeyin belini dövrələmək üçün metaldan və s.-dən qayrılmış kəmər; çənbər. Çəlləyin qurşağı. Binanın qurşağı.
coğr. Yer kürəsi səthinin iki meridian arasındakı hissəsi. Bütün Yer kürəsi meridianlarla 24 qurşağa, ya zonaya bölünür. Avropa, demək olar ki, tamamilə mülayim qurşaqda yerləşən yeganə qitədir. “Qitələr coğrafiyası” . // Ölkə ərazisinin, hər hansı bir əlamətinə görə, müəyyən bir qismini təşkil edən hissəsi. - Hündürlüyü 1000 m-dən artıq olan relyef ünsürləri dağ qurşağını təşkil edir.. [Miçurin] şaftalı kimi dadlı, zərif ətirli bir meyvə bitkisini Rusiyanın orta qurşaqlarında yetişdirmək istəyirdi. M.Axundov.
□ Qurşağa çıxmaq - həddi aşmaq (bir şeyin çoxluğunu, bolluğunu bildirir). Qar qurşağa çıxırdı. - Söz uzansa həcv çıxar qurşağa; Sözün dalın çox uzatma, hayıfsan! Aşıq Ələsgər. Bu minval ilə yeddi gün keçdi. Bu yeddi günün ərzindəplov qurşağa çıxdı.. Ə.Haqverdiyev. Qurşağının altını bərkitmək zar. - qarnını doydurmaq, yemək. [Cahangir bəy:] ..Xəlil, sən də gəl otur, qurşağının altını bərkit, balam! N.Vəzirov. Qurşaq tutmaq (yapışmaq) - güləşmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed