İzahlı lüğət

QALMAQAL

is. Səs-küy, dava, dava-dalaş. Qalmaqal salmaq (etmək). - Hər zaman ki, səndən umdum şəfəqqət; Bir dava başladın, qalmaqal etdin. M.P.Vaqif. Emalatxanada böyük bir qalmaqal çıxdı. M.S.Ordubadi. Qapı ağzında oturan köhnə cahıl işin şuluq olduğunu və qalmaqal olacağını görüb, mütrübün oyununu saxladı. H.Sarabski. // Dediqodu, söz-sov, cəncəl. [Şölə xanım:] Onun qalmaqalının qorxusundan hərgiz cürət edib bura ayaq basa bilməz. M.F.Axundzadə. ..Getdin Məhəmmədhəsən əminin eşşəyini gətdin, bizi qoydun qalmaqalda? C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed