Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

QOYMAQ

f. 1. Bir şeyi bir yerə buraxmaq, bir şeyi bir yerə yerləşdirmək. Kitabı şkafa qoymaq. Paltarları sandığa qoymaq. Şeyləri yerinə qoymaq. Yaylığı cibinə qoydu.
[Qulu:] Otaq təmizdir. Ancaq heç şeyimiz yoxdur ki, qoyaq. N.Nərimanov. Kərim kitabı büküb pəncərəyə qoydu. M.İbrahimov.
Əmanət vermək, tapşırmaq, saxlamaq üçün vermək. Pullarını əmanət kassasına qoymaq. Pullarını banka qoymaq.
Oxumaq, işləmək və s. üçün bir yerə göndərmək, vermək, düzəltmək. Uşaqları məktəbə qoymaq. İşə qoymaq. - Ona binaən onu uşaq ikən gətirib şəhri-Qəzvində məktəbə qoydu. M.F.Axundzadə. Ağca xanımın təkidi ilə Gəldiyev İzzəti bağçaya qoydu. Mir Cəlal.
Bir şey etməyə icazə vermək, yol vermək, imkan vermək, buraxmaq. [Cənnət:] Mirzə, .. o məni o qədər yandırıbdır ki, bundan sonra onu evə də qoymaq istəmirəm. N.Vəzirov. Ədə, Həsənəli, qoyma, öküz girdi bağçaya, ağacları sındıracaq. C.Məmmədquluzadə. Rahat buraxmaq, imkan vermək. Bir tacirin şöhrətinin dərdi qeyri bir taciri qoymaz yuxu yuxlasın. C.Məmmədquluzadə. Lakin qəza təşkilatları Qəhrəmanı özlüyündə qoymur, onu o yan-bu yana çəkişdirirlər. S.Rəhimov.
Təxir etmək, saxlamaq, sonraya buraxmaq, başqa bir vaxta keçirmək, ləngitmək. Bu günün işini sabaha qoyma! Söhbəti sonraya qoyaq. İmtahanı axşama qoydular.
Yarın vüsalın istə bu gün, qoyma yarına; Yarın vüsalı yarına qalmaq gümanədir. Nəsimi.
Həvalə etmək, yükləmək, tapşırmaq. Usta adı böyük addır, bu ad hər adamın üzərinə böyük vəzifələr qoyur.
Təsis etmək, tikmək, qurmaq. Heykəl qoymaq. Abidə qoymaq. - ..Bu axır vaxtlarda Qafqazın müsəlmanları gözlərini açıb başlayıblar hey bir ucdan məktəb binası qoymağa. C.Məmmədquluzadə. Dənizdə buruq qoymağın çətinliyini yoldaşlar yaxşı bilirlər. M.Hüseyn.
Geymək, yaxud geydirmək, başına keçirmək. Başına araqçın qoymaq. - [Rəxşəndə] saçlarını vurdurmuş, başına çəpəki olaraq qırmızı rəngli qadın papağı qoymuşdu. M.İbrahimov. Gənc qızlar yüyürüşüb oğlanın başına ətirli dağ çiçəklərindən .. çələnglər qoydular. M.Rzaquluzadə.
Sərf etmək, işlətmək, xərcləmək. Pul qoymaq. Maya qoymaq. Mən bu işə zəhmət qoymuşam. - Bir də ayrıca-ayrıca yazıb göstərərdi ki, qonşularından nə qədər pul borc alıb, bayram süfrəsinə qoyubdur. S.Rəhimov. Müəyyən bir təsir əmələ gətirmək məqsədi ilə bir şeyin üstünə, arasına yerləşdirmək, salmaq, döşəmək. Kompres qoymaq. Zəli qoymaq. Xəstəyə banka qoymaq. Termometr qoymaq.
Təyin etmək. Məsul işə qoymaq. Növbətçi qoymaq. Onu zavoda direktor qoyublar. Müəyyən etmək. Vaxt qoymaq. Möhlət qoymaq.
Həll etmək, yerinə yetirmək, yaxud müzakirə üçün irəli sürmək, təklif etmək. Məsələni ciddi qoymaq. Qərarı müzakirəyə qoymaq.
Yazı ilə ifadə etmək, işarə etmək; yazmaq. Durğu işarələri qoymaq. Şagirdə “yaxşı” qiymət qoymaq. Nişan qoymaq.
Düzəltmək, təşkil etmək, tərtib etmək. Tamaşaya qoymaq. Təcrübə qoymaq.
Bir adam və ya şey üçün hər hansı bir şərait, vəziyyət yaratmaq, bu və ya digər vəziyyətə, şəraitə düşməsinə səbəb olmaq. Çətin vəziyyətdə qoymaq. - Bəndə saldın mənim kimi dustağı; Çox məni qoyubsan darda, gül, Pəri. Aşıq Abbas. Kitayda yapon malını boykot eləyib, yapon karxanalarını işsiz qoyublar. C.Məmmədquluzadə. [Pristav:] Bu kasıb bədbəxtin öküzünü aparıbsan, əli qoynunda qoyubsan. Ə.Haqverdiyev.
Bir şeyə lazımi vəziyyət vermək, lazımi şəklə salmaq. Gəzərkən ayaqlarını düzgün qoymaq.
Uzatmaq, saxlamaq. Saç qoymaq. Bığ qoymaq. Saqqal qoymaq.
Gedərkən özü ilə bərabər götürməmək, olduğu, çatdığı, gəldiyi yerdə buraxmaq. Uşaqları evdə qoymaq. Gözlüyümü evdə qoymuşam. - İskəndər onlara [qala əhlinə] başqa yer verib, qalanı təmir etdirdi və orada bir qədər qoşun qoydu. ..A.Bakıxanov.
Hər hansı bir vəziyyətdə, şəkildə, halda saxlamaq. Məsələni açıq qoymaq (həll etməmək). Məni rahat qoy! Bu hadisə bizi heyrətdə qoydu.
Saxlamaq. Axşama bir az çörək qoy.
Buraxmaq, buraxıb getmək, tərk etmək, atmaq, atıb getmək (bəzən “qoyub getmək” şəklində işlənir). Yoldaşını təhlükədə qoyma! Ailəsini qoyub getdi. - A kişi, ya bez, ya zər, sizə nə? Nə gətirdi öz evinə aparacaq. Sənin evində ki qoymayacaq. H.Sarabski. Əziziyəm, bir yana; Bir alışa, bir yana; Camalın müştağıyam; Qoyub getmə bir yana. (Bayatı).
Keçmək, fəda etmək, sərf etmək, həsr etmək. Vətən yolunda canını qoymaq. - Yolunda qoydu Nəsimi cahan ilə canı. Nəsimi.
dan. Kəsilmək, dayanmaq, yox olmaq. Dişimin ağrısı qoydu.
Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ad qoymaq, qol qoymaq, çay qoymaq, səsə qoymaq, lağa qoymaq, araya qoymaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla

İzahlı video testlərə keç. Daha çox testlərə və videolara baxmaq üçün ABUNƏ olmaq mütləqdiq....