İzahlı lüğət

QIY1

is. Səs, qışqırtı, bağırtı, haray. Bir az yaxşı dinlə, hey qıya bir bax; Dördnala gəlirlər, atlar çaparaq. Ə.Cavad. □ Qıy vurmaq, qıy qoparmaq, qıy çəkmək - qışqırmaq, bağırmaq, səsləmək, nərə çəkmək. Durnalar düzüləndə; Qıy vurub süzüləndə; Düşmən murada yetər; Əl əldən üzüləndə. (Bayatı). Səssiz keçən günlərimlə vidalaşaraq; Haray çəkib, qıy qoparıb çöllər dolanır. S.Vurğun. [Qaraca çoban] bağıryaran bir səslə qıy vurub irəli şığıdı. İki qardaşı da gəlib ona qoşuldular. M.Rzaquluzadə.
□ Qıya baxmaq - qıyğacı baxmaq. Qəsdin aşıq canın almaqdı əgər; Göz ucilə qıya baxmağın yetər. Q.Zakir. Bir şux qıya baxdı, huş aldı sərdən; O cadu gözlərdə, bir əməl gördüm. Aşıq Dilqəm. Qıya baxdın, məni saldın firqətə; Səni görsəm dərdim azalı, Gülü! Aşıq Ələsgər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

QIT

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed