İzahlı lüğət

QISA

sif. 1. Boyca gödək, alçaq; gödək. Qısa boy. Qısa ağac. Qısa saç. Qısa paltar. - [Şəkər] qısa boz don, göy kofta geymişdi. Ə.Əbülhəsən.
Vaxtı, müddəti az, uzun sürməyən; sürəksiz. Qısa bir zaman keçdi. Qısa bir sükutdan sonra. Qısa bir görüş. Qısa söhbət. Ən qısa müddətdə. - Öz qısa ömründə təcrübə əldə edən şəxs ondan çox böyük mənfəətə çatır. A.Bakıxanov. Heyif ömür qısa, arzu genişdir; Kim bu qayğı ilə titrəməmişdir? M.Müşfiq.
Uzaq olmayan, yaxın. Qısa yol.
Müxtəsər, təfsilatsız, yığcam. Qısa məktub. Qısa izahat. Qısa məlumat. Qısa cümlə. Qısa bir teleqram alınmışdır. Qısa (z.) cavab vermək. - Nə üçün trest geridə qalır? Sual qısa və aydın olduğu üçün cavab da eyni dərəcədə qısa və aydın olmalı idi. M.Hüseyn.
□ Qısa dalğa rad. - 10 metrdən 150 metrə qədər uzunluqda radio dalğası. Yerdə gedən döyüşlər qalxıb çıxıb göyə də; Vurur dalğa vuranlar orta, qısa dalğanı. X.Rza. Qısa keçmək - bir məsələnin üstündə çox dayanmamaq, üstündən tez keçmək. Qısa kəsmək - uzatmamaq, müxtəsər danışmaq. Sözün qısası - xülasə, müxtəsər. Ey dəli Kür! İşvəli Kür! Artıq topla özünü; Gəl qısa kəs sözünü. Ə.Cavad.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed