İzahlı lüğət

QADAĞAN

is. 1. İcazə verilməyən, müsaidə edilməyən şey; adətən xəbər kimi işlənir: qadağandır - qanunən icazə verilmir, yasaqdır. Kənar adamların daxil olması qadağandır. Zalda papiros çəkmək qadağandır. - Bir kimsə soruşmur, bu nə fəryadü fəğandır? Ceyranı atıb vurma, yasaqdır, qadağandır! Ə.Vahid.
2. Adətən köməkçi feillərlə: qadağan etmək - edilməsinə icazə verməmək, qəti surətdə yol verməmək, yasaq etmək. Gülsüm on yaşına çatandan sonra atası ona Şəban ilə görüşməyi qadağan etdi. Ə.Haqverdiyev. Qadağan edilmək (olunmaq) - qanunən icazə verilməmək, yol verilməmək, yasaq edilmək. Xiyabani, doktor Ərani və başqa bu kimi mütərəqqi xadimlərin yazıları qadağan olunmuş əsərlər cərgəsində idi. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed