İzahlı lüğət

QƏDİM

sif. [ər.] 1. Çox köhnə zamanlara, çox uzaq keçmişə məxsus və aid olan. Qədim tarix. Qədim xalqlar. Qədim adətlər. Qədim abidələr. Qədim qala. Qədim mədəniyyət əsərləri. // Çox köhnə. Divarda bədənnüma bir cüt qədim güzgü vardı. S.Hüseyn. Göylərə baş vuran qədim binalar; Dayanmış əvvəlki əzəmətiylə. S.Vurğun. Bibiheybət Bakının qədim neft rayonlarından biri sayılırdı. M.Hüseyn.
2. məc. Köhnə, təcrübəli, əski. [Rəhim bəy] bir dünyagörmüş, neçə illər polis idarələrində qədim murovlar, pristavlar, naçalniklər yanında xidmət etmiş şirindil, zərif gödəkboylu, altmış sinnini ötmüş bir kişi idi. Ə.Haqverdiyev. [Hacı Murad:] Məhərrəm bəy, .. nə əcəb qədim dostunuzu yadınıza saldınız? S.S.Axundov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed