İzahlı lüğət

QAŞ-GÖZ

is. Qaşlar və gözlər. Qaş-gözü qara oğlan. - Can qurban eyləsən, layıqdı, layıq; Bir yar ki, mətləbi tez qanan ola; Işarətlə, qaş-göz ilə anlaya; Nəinki deməklə söz qanan ola. Aşıq Ələsgər. □ Qaş-göz atmaq (oynatmaq), qaş-gözlə danışmaq - nazqəmzə etmək. Qaş-gözün atanda ciyər qan olur; Zülf sevəndə nə din, nə iman olur. M.P.Vaqif. Danışdı qaş-göz ilə, hər ötən naəhl ilə zalim; Şikəstə Zakiri gördükcə ox çəkdi, kaman tutdu. Q.Zakir. Qaş-göz eləmək qaşlarını və gözlərini oynatmaqla işarə etmək, bir şey bildirmək. Səməd üzünü Məşədi Heydərə tutub qaş-göz elədi. B.Talıblı. Qaşla göz arasında - bir anda, göz yumub açınca. Qaşla göz arasında evə gedib qayıtdı. Qaşla göz arasında yox oldu.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed