İzahlı lüğət

QAN-TƏR

is. Çox ağır, əziyyətli, yorucu, gərgin iş nəticəsində bərk tərləmə. Su gəlir lülə-lülə; Yar gəlir gülə-gülə; Əlində güllü dəsmal; Qan-tərin silə-silə. (Bayatı). □ Qantər içində - zəhmətlə, məşəqqətlə, çox böyük zəhmət çəkərək, tər tökə-tökə. Kəndli dedi: - Düzünü axtarsanız, hökumətin sütunu biz kəndlilərlə o qan-tər içində yük daşıyan fəhlələrdir. S.S.Axundov. [Qoca Firuz] qantər içində işləyirdi. Ə.Məmmədxanlı. Qantər tökmək - bax qan-tərə batmaq 2-ci mənada. Qan-tərdə - bax qan-tər içində. Gəzirlər havalı ağalar, bəylər; Çalışır qantərdə naxırçı, nökər. Aşıq Ələsgər. Qantərə batmaq - 1) çox tərləmək; 2) çox işləməkdən yorulmaq, əldən düşmək, çox çalışmaq. Gözəldir bir uca əməl bəsləyib; Bu əməl uğrunda qan-tərə batmaq. M.Müşfiq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed