1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 51
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DİVERTİSMENT (ID - 10146)

[fr.] Əsas tamaşaya və ya konsertə əlavə olaraq göstərilən musiqili, yaxud dramatik tamaşa.

DİVGÖVDƏ(Lİ) (ID - 10147)

sif. Gövdəsi çox yekə, çox cəsamətli və biçimsiz.

DİVİDEND (ID - 10148)

[lat.] mal. Səhmdarlar cəmiyyəti üzvləri arasında bölünməli olan gəlirin bir hissəsi; hər bir səhmdarın payına düşən gəlir.

DİVİZİON (ID - 10149)

[fr. əsli lat.] 1. Topçu, bəzən zirehli tank və atlı qoşun hissələrində bölmə. Divizion komandiri. Divizion qərargahı.
Eyni tipli hərbi gəmilər dəstəsi. Sualtı qayıqlar divizionu. Mina gəmiləri divizionu.

DİVİZİYA (ID - 10150)

is. [lat.] Bir neçə alay və briqadadan ibarət qoşun birləşməsi. Piyada diviziyası. Tank diviziyası.

DİVQILIQ (ID - 10151)

sif. Div xasiyyətli, pis xasiyyətli, yolagetməz. Divqılıq adam.

DİVZAD (ID - 10152)

is. [fars.] Nağıllarda: div balası, balaca div.

DİYAR (ID - 10153)

is. [ər.] Ölkə, məmləkət.
diyar-diyar bax diyarbədiyar. O göyərçin ki, gəzdi dünyanı diyar-diyar; ülfətin carçısı kimi; sənin qəlbinin canlı parçası kimi. R.Rza.

DİYARBƏDİYAR (ID - 10154)

DİYƏ (ID - 10155)

is. [ər.] köhn. Keçmiş zamanda: öldürülmüş adam və ya heyvan əvəzinə öldürənin verməli olduğu mal və ya pul; qanbahası. [Əvvəlinci ərizəçi:] İndi at məsrəfdən çıxıbdır, diyəsini istərəm.. M.F.Axundzadə.

DİYİN (ID - 10156)

is. məh. Atın boynuna bağlanan ip; çatı. [Dərviş:] Diyin atın boğazında irəlidən hazır idi. A.Divanbəyoğlu.

DİYİRCƏK (ID - 10157)

is. 1. Yeni ayaq açan uşaqları yeriməyə öyrətmək üçün arabacıq; yüyürək.
Kiçik metal təkərcik (məs.: mebellərin, royalların və s. ayaqları altında).
Təkərcikli konki.
tex. Müxtəlif maşın və mexanizmlərdə: barabana...

DİYİRCƏKLİ (ID - 10158)

sif. Diyircəyi, yaxud diyircəkləri olan, diyircək üzərində duran, diyircək vasitəsilə hərəkət edən. Diyircəkli stol. Diyircəkli konki.

DİYİRLƏK (ID - 10159)

is. Ağır bir şeyi bir yerdən başqa bir yerə diyirlədib aparmaq üçün altına qoyulan dəyirmi ağac, boru parçası və s. Vışka öz elektromotoru vasitəsilə çəkildikdə, vışkanın və sarayın altına yenə də diyirləklər qoyulur....

DİYİRLƏMƏ (ID - 10160)

“Diyirləmək”dən f.is.

DİYİRLƏMƏK (ID - 10161)

bax diyirlətmək.

DİYİRLƏNMƏ (ID - 10162)

“Diyirlənmək”dən f.is.

DİYİRLƏNMƏK (ID - 10163)

f Yuvarlanaraq bir istiqamətə doğru hərəkət etmək, yuvarlanmaq (dəyirmi, yuvarlaq şeylər haqqında). Diyirlənən bu yöndəmsiz .. düşmən tankı idi. Ə.Məmmədxanlı.

DİYİRLƏTMƏ (ID - 10164)

“Diyirlətmək”dən f.is.

DİYİRLƏTMƏK (ID - 10165)

icb. Dəyirmi, yuvarlaq şeyi bir istiqamətə doğru yuvarladaraq hərəkət etdirmək. Çəlləyi diyirlətmək. - Valla oyuncaq avtomaşınını fərişin üstü ilə diyirlədərdi. S.Rəhimov.

DİZ (ID - 10166)

is. 1. Qıçın diz oynağı olan hissəsi, bükülən yeri. Dizlərini bükmək. - Getdim bağa üzümə; Tikan batdı dizimə. (Bayatı). Göy ot dizdən yuxarı qalxmışdı. C.Məmmədquluzadə.
□ Diz qapağı - dizin üstündəki sümük. [Nurəddinin]...

DİZALTI (ID - 10167)

sif. Dizin alt tərəfində olan. Dizaltı damar.

DİZAYN (ID - 10168)

is. [ing.] Kompozisiya, quruluş, tərtib.

DİZBƏDİZ (ID - 10169)

zərf Üz-üzə, bir-birinə lap yaxın. Dizbədiz oturmaq.

DİZ-DİZİ (ID - 10170)

zərf Dizləri üstündə, dizləri üstündə sürünərək. Diz-dizi yerimək. - Uşaqların çoxusu həftələrlə yeriyə bilməzdi, mollaxanadan evlərinə diz-dizi gedərdilər. H.Sarabski.

DİZEL (ID - 10171)

DİZELLİ (ID - 10172)

sif. Dizel mühərriki olan, dizel ilə işləyən, hərəkətə gətirilən. Dizelli avtomobil. Dizelli qatar.

DİZENTERİYA (ID - 10173)

is. [yun.] tib. Kəskin yoluxucu bağırsaq xəstəliyi; qanlı ishal. Atəvəliyinin köklərindən dizenteriya xəstəliyinin müalicəsində istifadə edilir. R.Əliyev.

DİZENTERİYALI (ID - 10174)

sif. Dizenteriyaya (qanlı ishala) tutulmuş. Dizenteriyalı xəstə.

DİZİN-DİZİN (ID - 10175)

zərf Diz üstə, diz-dizi.
Dizin-dizin sürünmək (süründürmək)
1) ayaq üstündə dura və ya gedə bilməyib diz üstə sürünmək (süründürmək). Bir ağrı tutdu ki, dizin-dizin sürünüb əlimlə ot yoldum. Ə.Haqverdiyev. Misirli...

DİZLƏMƏ (ID - 10176)

“Dizləmək”dən f.is.

DİZLƏMƏK (ID - 10177)

f Dizi ilə vurmaq.

DİZLİK (ID - 10178)

is. 1. Kişilərin şalvar altından geydikləri (əsasən ağdan tikilən) alt tuman. Yasavul şalvarını çiyninə atmış, ağ dizlikdə yollarda toza bata-bata sürünürdü. S.Rəhimov. ..Dizliklərimi yamayır, çarıqlarımı təmizləyir. Mir...

DİZMARI (ID - 10179)

is. məh. 1. Giləsi böyük, tumları iri üzüm növü.
2. Həmin üzümdən qurudulmuş mövüc.

DİZOTU (ID - 10180)

is. bot. Rütubətli çəmənliklərdə bitən ot bitkisi.

DO1 (ID - 10181)

nida. Öküz, camış kimi heyvanları səsləmək üçün çıxarılan səs.
□ Do demək
1) heyvanı “do” səsi ilə səsləmək. Heyvanlara bir “do!” de, bəri gəlsinlər; 2) dan. kömək etmək, imdada yetmək. Onun bir işə do dediyini...

DO2 (ID - 10182)

[ital.] Musiqi qammasının başlanğıc səsi, habelə bu səsi göstərən not.

DOD (ID - 10183)

dod vermək - b ax dodu vermək (“dodu”da).

DODAĞABƏNZƏR (ID - 10184)

sif. İnsan dodağına bənzəyən, dodağa oxşayan.

DODAĞAOXŞAR (ID - 10185)

bax dodağabənzər.

DODAĞISALLAQ (ID - 10186)

sif. Alt dodağı sallanmış halda olan. Dodağısallaq adam.

DODAĞISÖZLÜ (ID - 10187)

is. dan. Bəzəkçi, sözbaz.

DODAĞIYOĞUN (ID - 10188)

b ax qalındodaq.

DODAQ (ID - 10189)

is. 1. Ağız kənarlarını təşkil edən iki mütəhərrik dəri-damar büküklərindən hər biri. Adamın iki dodağı olur. Alt dodaq. Üst dodaq. Nazik dodaq. - [Əhməd:] Qara saçları, eşqlə dolu uzun kirpikli gözləri, ərəbi burnu, hamısından...

DODAQALTI (ID - 10190)

zərf 1. Yavaşcadan, pəsdən, öz-özünə. Yalnız Mina ilə Xədicə arabir dodaqaltı söylənir, bu qərardan məmnun olmadıqlarını bildirirdi. A.Şaiq. Dodaqaltı segah deyən qoca bənnalar; Sal daşlardan təməl qoyur, divar hörürdü. Ə.Cəmil.
2....

DODAQARASI (ID - 10191)

bax dodaqaltı. Yarməmməd nə isə dodaqarası anlaşılmaz bir şey mızıldadı. M.İbrahimov.

DODAQBADODAQ (ID - 10192)

bax ağızbaağız 1-ci mənada.

DODAQCIQ (ID - 10193)

is. Kiçik (incə, zərif) dodaq.

DODAQÇİÇƏKLİLƏR (ID - 10194)

is. bot. Nanə, adaçiçəyi və s.-nin mənsub olduğu bitki fəsiləsinin adı.

DODAQDƏYMƏZ (ID - 10195)

is. ədəb. Aşıq şeir formalarından biri (bu şeir formalarında sözlər elə seçilir ki, dodaq səsləri, demək olar ki, iştirak etmir). Aşıq Ələsgərin dodaqdəyməzləri xalq arasında məşhurdur.

Bu səhifə 3 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif