İzahlı lüğət

DİZLİK

is. 1. Kişilərin şalvar altından geydikləri (əsasən ağdan tikilən) alt tuman. Yasavul şalvarını çiyninə atmış, ağ dizlikdə yollarda toza bata-bata sürünürdü. S.Rəhimov. ..Dizliklərimi yamayır, çarıqlarımı təmizləyir. Mir Cəlal.
Qadınların üstdən geydikləri enli tuman. Köhnə çarqat, köhnə ağ çit arxalıq və köhnə solmuş şiləyi dizlik - övrətin libası budur. C.Məmmədquluzadə. Döşəkcə, tuman adına; Geyərdilər o dizliyi; Tutardı on adam yeri; Onu geyəndə Xanbacı. M.Möcüz. Alaçıqlarınyanında dizlik geymiş, belinə şal bağlamış iki-üç qadın tərpənirdi. M.İbrahimov.
Zərbədən, zədələnmədən qorumaq üçün dizə sarılan, yaxud keçirilən sarğı və s. Dəri dizlik. - ..İdmanda zədələnmə hallarının qarşısını almaq üçün ən yaxşı qayda qoruyucu vasitələrdən, məsələn, sipərlərdən, dizliklərdən və s.-dən istifadə edilməsindən ibarətdir. Ə.Babayev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed