1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 49
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DİSPUT (ID - 10046)

is. [lat.] Elmi, ədəbi və s. mövzuya dair açıq mübahisə. Ədəbi disput. Tamaşadan sonra əsər haqqında disput keçirildi.

DİSPUTÇU (ID - 10047)

is. Disputda iştirak edən adam, disput iştirakçısı.

DİSSERTANT (ID - 10048)

[lat.] Müdafiəyə dissertasiya hazırlayan və ya dissertasiya müdafiə edən şəxs.

DİSSERTASİYA (ID - 10049)

[lat.] Elmi dərəcə almaq üçün təqdim edilən elmi tədqiqat əsəri. Dissertasiya üzərində işləmək. - [Sədəf:] Professor, gözünüz aydın, daha bir sürpriz. Şeyda dissertasiyasında bizə balta çalır. Ə.Məmmədxanlı.

DİSSİDENT (ID - 10050)

is. [lat.] Başqa cür düşünən, başqa fikirli.

DİSSİMİLYASİYA (ID - 10051)

[lat.] 1. Oxşarlığı, bənzərliyi pozan dəyişiklik.
biol. Orqanizmin fəaliyyəti prosesində mürəkkəb üzvi maddələrin dağılması, pozulması, parçalanması. Orqanizmdə canlı maddələrin yaranması (toplanması) ilə əlaqədar olaraq,...

DİSSONANS (ID - 10052)

[fr.] mus. Səslərdə ahəngsizlik, qarışıqlıq, uyğunsuzluq; ahəng pozğunluğu. [Gülsabah:] Çığırmaq lazım deyil, yoldaşMirzə Camal... Çığırırsınız, tondan çıxarırsınız, dissonans əmələ gəlir. C.Cabbarlı.

DİSTANSİYA (ID - 10053)

[lat.] 1. Məsafə, ara, mənzil.
Dəmir yolunda, şose və su yolunda inzibati-texniki bölgü məntəqəsi. Yol distansiyası.

DİSTİLLAT (ID - 10054)

[lat.] kim. Distillə nəticəsində alman maye. Buxarlanma və ya qaynama prosesində əmələ gələn buxarları ayırıb mayeləşdirirlər. Bu prosesə distillə, alınmış mayeyə isə distillat deyilir. M.Məmmədli.

DİSTİLLATOR (ID - 10055)

[lat.] xüs. Mayeləri distillə edən cihaz; ənbiq.

DİSTİLLƏ (ID - 10056)

[lat.] xüs. Mayeləri qaynadaraq əsas tərkib hissələrinə ayırmaqla təmizləmə, saflaşdırma; təqtir. Suyu distillə etmək. - Hərgah maye bərk maddənin məhsulu şəklindədirsə, onu ayırmaq üçün distillə üsulundan istifadə edirlər....

DİSTROFİYA (ID - 10057)

is. [lat.] Maddələr mübadiləsi ilə əlaqədar olaraq, orqanizmin qidalanma pozğunluğu.

DİŞ (ID - 10058)

is. 1. Yeyilən şeyi tutmaq, dişləmək, xırdalamaq və çeynəmək üçün ağızda olan sümük törəmə. Uşağın dişi çıxır. Dişi ağrımaq. Dişi ilə tutmaq. Dişi ilə qoparmaq. Dişi qamaşmaq. Dişlərini xırçıldatmaq.
□ Agıl...

DİŞAÇAN (ID - 10059)

is. xüs. Çarxlarda, mexanizmlərdə və s.-də diş (2-ci mənada) açan alət, dəzgah, maşın və s. Bunların arasında dişaçan maşın, frezer avtomatı, preslər və s. vardır.

DİŞARASI (ID - 10060)

sif. dilç. Dişlərin arasında tələffüz olunan. Dişarası samitlər.

DİŞARXASI (ID - 10061)

sif. 1. Dişlərinin dal tərəfınə yapışıq, ya yaxın olan. Dişarxası ətlər.
dilç. Dişlərin arxa tərəfində tələffüz olunan. Dişarxası səslər.

DİŞBATAN (ID - 10062)

sif. Zəif yeri olan, möhkəm olmayan.

DİŞBATMAZ (ID - 10063)

sif. Möhkəm, yenilməz, gücçatmaz.

DİŞBATMAZLIQ (ID - 10064)

is. Möhkəmlik, yenilməzlik, gücçatmazlıq.

DİŞCİK (ID - 10065)

is. 1. Kiçik diş.
2. xüs. B ax diş 2-ci mənada.

DİŞCİKLİ (ID - 10066)

sif. xüs. Dişcikləri olan (bax “dişcik” 2-ci mənada).

DİŞÇƏKƏN (ID - 10067)

is. Yararsız dişi çəkmək üçün alət.
// Yararsız dişi çəkən həkim.

DİŞÇÖPÜ (ID - 10068)

is. Dişlərin arasını təmizləmək üçün çöp və s.

DİŞ-DAMAQ (ID - 10069)

is. dilç. Diş və damağın vasitəsilə əmələ gələn (səs və s.). Diş-damaq saitləri.

DİŞDAN (ID - 10070)

sif. dan. 1. Dişi düşmüş.
Dişləri iri olan.

DİŞDAŞI (ID - 10071)

is. Dişlərdə əmələ gələn daşaoxşar xırda törəmə.

DİŞDƏK1 (ID - 10072)

is. məh. Həsir toxunmasında işlədilən dişli ağac alət.

DİŞDƏK2 (ID - 10073)

bax dişlək. [Şahqulu:] Artıq danışsan, vallah, səndən dişdək allam ki, ürəyin gedər, qəşş eylərsən. N.Vəzirov.
dişdək-dişdək bax dişlək-dişlək.

DİŞDİ (ID - 10074)

məh. bax dişlə.

DİŞ-DİŞ (ID - 10075)

sif. Dişlər halında olan; üzərində dişlər, çıxıntılar, kərtiklər olan; kərtik-kərtik. Faranın işığı hündür daş hasarın dişdiş divarına toxunub yayıldı. İ.Məlikzadə.
Diş-diş olmaq - dilim-dilim olmaq, diliklənmək,...

DİŞƏ1 (ID - 10076)

is. bot. Çöldə bitən və heyvan yemi kimi istifadə olunan dənli ot növü. Yazın dumanlı günlərində yerdən göyərən dişə otları yeyən at hörükdə idi. S.Rəhimov.

DİŞƏ2 (ID - 10077)

is. [fars.] Dişəmə aləti. Dişə ilə dişəmək.

DİŞƏBƏNZƏR (ID - 10078)

sif. Şəkilcə dişə oxşayan.

DİŞƏDƏYƏR (ID - 10079)

sif. Yeyilə bilən, yeməli. Evdə dişədəyər bir şey yoxdur.

DİŞƏK (ID - 10080)

tic. Bir şeyin üzərində, kənarında olan dişlər, oyuqlar, çıxıntılar.

DİŞƏK-DİŞƏK (ID - 10081)

dişək-dişək etmək - bir şeyin üzərini dişəklə oyuq-oyuq, kələ-kötür etmək.

DİŞƏKLİ (ID - 10082)

sif. 1. Dişəyi olan.
Kələ-kötür, girintili-çıxıntılı.
Kənarları diş-diş, dişək-dişək olan. Dişəkli yarpaq.
// Dalayan. Gicitkən yarpağı dişəkli olur.

DİŞƏLƏMƏK (ID - 10083)

bax dişəmək.

DİŞƏMƏ (ID - 10084)

“Dişəmək”dən f.is.

DİŞƏMƏK (ID - 10085)

f. 1. Dəyirman daşmı dişə ilə kələ-kötür etmək. Qoca ikiağızlı yonğu çəkici ilə daş dişəyirdi. S.Rəhimov.
Ağzı diş-diş olan alətləri itiləmək. Mişarı dişəmək. Orağı dişəmək.
Yaş yeddiyə çatanda diş tökmək....

DİŞƏNMƏ (ID - 10086)

“Dişənmək”dən f.is.

DİŞƏNMƏK (ID - 10087)

məch. 1. Dişə ilə diş-diş edilmək, oyuq-oyuq edilmək, kələ-kötür edilmək.
İtilənmək (ağzı diş-diş olan alətlər). Bıçqı dişənməlidir. Oraqlar dişəndi.

DİŞƏRMƏ (ID - 10088)

“Dişərmək”dən f.is.

DİŞƏRMƏK (ID - 10089)

f. Cücərmək, çıxmaq. Dağlar, çöllər dişərdi; Novruzgülü göyərdi. A.Səhhət.

DİŞƏRTİ (ID - 10090)

is. Təzə cücərmiş bitki. Ləklərdə dişərtilər görünür.

DİŞƏTDİRMƏ (ID - 10091)

“Dişətdirmək”dən f.is.

DİŞƏTDİRMƏK (ID - 10092)

bax dişətmək.

DİŞƏTMƏ (ID - 10093)

“Dişətmək”dən f.is.

DİŞƏTMƏK (ID - 10094)

“Dişəmək”dən icb. Dəyirmanın daşını ustaya dişətmək.

DİŞİ (ID - 10095)

sif. və is. 1. Canlıların doğan və yumurtlayan cinsi (erkək ziddi). Dişi buzov. Madyan atların dişisinə deyilir. Dişi kəpənəyin qabaq qanadları tünd-darçını rəngə çalır. - ..Həryuvada bircə dişi arı olar, ona şah deyərlər....

Bu səhifə 2 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif