1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 37
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DƏYMƏK2 (ID - 9446)

f 1. Dəymiş hala gəlmək; yetişmək. Taxıl dəymişdir. Tut dəymişdir. -Ağac meyvəni dəyənə qədər saxlar. (Ata. sözü). Yavaş-yavaş dəyər, bitər; Ləzzətli, dadlı meyvələr. A.Səhhət. Bu yerin misli yoxdur əncir-üzüm dəyəndə....

DƏYMƏQAÇ (ID - 9447)

is. Uşaq oyunlarından birinin adı.

DƏYMƏMİŞ (ID - 9448)

sif. Kal, yetişməmiş. Dəyməmiş gilas.
// f.sif. mənasında. Köhnə yaram qövr elədi təzədən; Təbib nəştər vurdu, yara dəyməmiş. Aşıq Ələsgər.

DƏYMƏZ (ID - 9449)

əd. mənasında. Layiq deyil (təşəkkür və razılığa cavab olaraq işlədilir). Təşəkkürə dəyməz. Razılığa dəyməz. Narahatlığa dəyməz. Baxmağa dəyməz.

DƏYMİŞ (ID - 9450)

sif. Yetişmiş, yeyilməli hala gəlmiş. Dəymiş alça. Dəymiş gavalı. - Meşənin dəymiş əzgili saralar; Həm zoğal da dərilməyib qaralar. A.Səhhət.
// İs. mənasında. Yetişmiş meyvə. Dəymişini qoyub kalını dərir. (Ata. sözü).
...dək...

DƏYYUS (ID - 9451)

is. [ər.] Öz arvadının xəyanətinə dözən adam; qeyrətsiz, namussuz. //Bəzən söyüş yerində. [Xudayar bəy:] ...Eşşəyi mənə o dəyyus özü veribdi. C.Məmmədquluzadə.

DƏYYUSLUQ (ID - 9452)

is. Öz arvadının namussuzluğuna dözmə; qeyrətsizlik, namussuzluq.

DƏZGAH (ID - 9453)

is. [fars.] 1. Ağac, metal və başqa materialları emal edən və müxtəlif şeylər hazırlayan maşın. Deşmə dəzgahı. Toxuculuq dəzgahı. Qazma dəzgahı. - Kərim birbaş qazma dəzgahının yanında durmuş uzunboylu, sarışın adama yaxınlaşdı....

DƏZGAHALTI (ID - 9454)

is. Dəzgahın altlığı, bünövrəsi.

DƏZGAHÇI (ID - 9455)

is. xüs. 1. Bax dəzgahsazlayan.
2. Dəzgahda işləyən fəhlə.

DƏZGAHQAYIRAN (ID - 9456)

sif. Müxtəlif dəzgahlar istehsal edən. Dəzgah qayıran zavod.

DƏZGAHQAYIRMA (ID - 9457)

sif. və is. Müxtəlif dəzgahlar və onların hissələrini istehsal etmə. Dəzgahqayırma sənayesi.

DƏZGAHLI (ID - 9458)

sif. Dəzgahı olan, dəzgah üstündə duran (bax dəzgah 5-ci mənada). Hər yer dəzgahlı pulemyot, əlpulemyotu, 50 və 82 millimetrlik .. minasaçanla dolu idi. Ə.Əbülhəsən.

DƏZGAHSAZLAYAN (ID - 9459)

is. xüs. Dəzgahları yerində qurub sazlayan usta.

DIBIR (ID - 9460)

DIBIRIQ (ID - 9461)

zərf dan. Yeyin, cəld. Dıbırıq getmək.

DIĞ (ID - 9462)

is. [ər.] Vərəm, ciyər vərəmi.

DIĞA (ID - 9463)

is. [erm.] dan. Erməni uşağı, erməni balası (oğlanı). Yeniyetmə dığalar əl-ələ tutuşubyallı oynayırdılar. S.Rəhimov. [Kərim bəy:] Həmzə xozeyin, sən özünü bu dığadan gözlə. Ə.Əbülhəsən.

DIĞDIĞ (ID - 9464)

is. dan. 1. Çox quru.
2. Dedi-qodu, adamı təngə gətirən danışıqlar, arası kəsilməyən söz-söhbət, mübahisə. Dığdığ qardaşı qardaşdan ayırar. (Ata. sözü).

DIĞ-DIĞ (ID - 9465)

təql. Qaynayan mayelərin çıxardığı səs.

DIĞDIĞA (ID - 9466)

dan. bax dığ-dığ.

DIĞDIĞI (ID - 9467)

sif. və is. dan. Çox deyingən (adam).

DIĞILDAMA (ID - 9468)

“Dığıldamaq”dan f.is.

DIĞILDAMAQ (ID - 9469)

f. Dığ-dığ etmək, dığ-dığ səs çıxarmaq. Samovar dığıldayır.

DIĞILTI (ID - 9470)

is. Dığ-dığ səsi, qaynama zamanı mayelərdən çıxan səs.

DIĞIR (ID - 9471)

is. dan. 1. Keçi aşığı.
2. Düyü xırdası.

DIĞIRLADILMA (ID - 9472)

“Dığırladılmaq”dan f.is.

DIĞIRLADILMAQ (ID - 9473)

məch. Diyirlədilmək, gillədilmək, yumbaladılmaq.

DIĞIRLAMA (ID - 9474)

“Dığırlamaq”dan f.is.

DIĞIRLAMAQ (ID - 9475)

f. Diyirlətmək, gillətmək, yumbalatmaq. Üzüaşağı dığırlamaq. - [Qasım] dəyirman daşı şəklində bir girdə daşı iki təkər üstünə qoyub dığırlayır. C.Məmmədquluzadə.

DIĞIRLANMA (ID - 9476)

“Dığırlanmaq”dan f.is.

DIĞIRLANMAQ (ID - 9477)

qayıd. Diyirlənə-diyirlənə getmək, gillənmək, yumbalanmaq. Səhəng onun çiynindən düşüb üç-dörd addım qabağa dığırlandı. İ.Şıxlı. Balaca zəng cınqıltı ilə dığırlanıb yerə düşdü. Ə.Əbülhəsən.

DIĞIRLATMA (ID - 9478)

“Dığırlatmaq”dan f.is.

DIĞIRLATMAQ (ID - 9479)

icb. Diyirlətmək, gillətmək, yumbalatmaq. [Tapdıq] özünü divarın dibinə verib tağalağı dığırlatdı. Ə.Vəliyev.

DIĞLAMA (ID - 9480)

“Dığlamaq”dan f.is.

DIĞLAMAQ (ID - 9481)

f. Dığ tutmaq, vərəm xəstəliyinə tutulmaq (çox vaxt məcazi mənada işlənir). Dığlar insan çıxmasa bu xaneyibərbaddən! M.Möcüz.

DIĞLANMA (ID - 9482)

“Dığlanmaq”dan f.is.

DIĞLANMAQ (ID - 9483)

qayıd. Dığ gətirmək, dığ azarına düşmək; həddən artıq yorulmaq, canı üzülmək; təngə gəlmək.

DIĞLATMA (ID - 9484)

“Dığlatmaq”dan f.is.

DIĞLATMAQ (ID - 9485)

icb. Dığ azarma salmaq, həddən artıq yormaq, canmı üzmək, təngə gətirmək.

DIQQA (ID - 9486)

dan. bax dıqqan(a).

DIQQAN(A) (ID - 9487)

zərf dan. Bir az, lap azca, bir tikə, bir qırıq (çox vaxt “bir” sözü ilə). Çörəkdən bir dıqqan ver.

DIQQAN(A)CIQ (ID - 9488)

sif. dan. Azacıq.

DIQQI (ID - 9489)

dan. bax dıqqılı.

DIQQILDATMA (ID - 9490)

“Dıqqıldatmaq”dan f.is.

DIQQILDATMAQ (ID - 9491)

bax tıqqıldatmaq.

DIQQILI (ID - 9492)

zərf dan. Bir az, bir zərrə. Halvadan dıqqılı uşağa ver.

DIQQILTI (ID - 9493)

bax tıqqıltı.

DILĞIR (ID - 9494)

dan. 1. sif. Tükü tökülmüş, qotur. Dılğır at. - Sən qovdun kənddən elin kor, dılğıryabısını. S.Rüstəm.
2. is.və sif. Boş, avara, lüt, yaramaz. Dılğırın biridir. - Amma bu dılğırların heç birindən eşitmədim ki, desin:...

DILĞIRLAMAQ (ID - 9495)

f. dan. Dılğır olmaq, dılğır hala düşmək; yararsız, boş, gülünc hala düşmək.

Bu səhifə 3 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif