1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 64
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DÖVLƏTLƏNMƏK (ID - 10796)

f Dövlət sahibi olmaq, dövlətli olmaq, zənginləşmək, varlanmaq. [Niyaz:] Kasıb dövlətlənəndə özünə xoşbəxt deyər. Ə.Haqverdiyev. Dünənki və bugünkü hərəkəti dövlətlənməkyolunda Allahqulunun heç nədən çəkinməyəcəyini...

DÖVLƏTLİ (ID - 10797)

sif. Böyük mülk və sərvətə sahib olan, çox varlı; sərvətdar, zəngin. Nəinki Naməlsəm məhəlləsində, bəlkə bütün kənddə, uyezddə dəxi bundan dövlətli, zəngin adam tapılmazdı. N.Nərimanov.
// İs. mənasında. Dövlətliyə...

DÖVLƏTLİLİK (ID - 10798)

is. Dövlətli adamın vəziyyəti; varlılıq, zənginlik, pulluluq, çoxlu mal və pul sahibi olma. İndi dünyada qayda belədir ki, birisi ucadan alçağa enə, dövlətlilikdən kasıblığa düşə, söhbəti həmişə aparıb çıxardacaq keçən...

DÖVLƏTMƏND (ID - 10799)

sif. [ər. dövlət və fars. ...mənd] köhn. Dövlətli, varlı, dövlət sahibi. Keçən həftə müsəlman qəzetlərində yazılmışdı ki, İrəvan şəhərində bir möhtərəm və dövlətmənd şəxs vəfat edib. C.Məmmədquluzadə. Dedi xatun...

DÖVLƏTPƏRƏST (ID - 10800)

sif. [ər. dövlət və fars. ...pərəst] Dövlət sevən, varlanmağa can atan.

DÖVLƏTPƏRƏSTLİK (ID - 10801)

is. Varlanmağa, dövlətlənməyə can atma.

DÖVLƏTSİZ (ID - 10802)

sif. Dövləti, sərvəti olmayan.

DÖVLƏTSİZLİK (ID - 10803)

is. Dövləti, sərvəti olmama.

DÖVR1 (ID - 10804)

is. [ər.] 1. Dolanma, hərlənmə, fırlanma; bir şeyin öz oxu ətrafında hərəkəti.
□ Dövr etmək - 1) bir şeyin ətrafında hərlənmək, fırlanmaq, dövrəvi hərəkət etmək. Hələ dan ulduzu batmayıb, ərşi-fələkdə öz dövrünü...

DÖVR2 (ID - 10805)

is. Məclisin baş tərəfi, hörmətli və şərəfli sayılan yeri.

DÖVRAN (ID - 10806)

is. [ər.] 1. Zaman, zəmanə, dövr, vaxt, çağ. Doğru derlər, hər zaman bir aşiqin dövranıdır. Füzuli. O imiş xahişi əvvəl anın; Şair ayinəsidir dövranın. A.Səhhət. Azad bir dünyanın, böyük bir elin; Xoşbəxt bir dövranın...

DÖVRƏ (ID - 10807)

is. 1. Çevrə, dairə. Təkərin dövrəsi.
Ətraf, həndəvər, yan; bir şeyin dışarıdan və ya içəridən dörd tərəfi. Dağın dövrəsi. - [Bəhram Saraya:] Sən mənim şəmimsən və mən pərvanə kimi daima dövrəndə fırlanmağa...

DÖVRƏLƏMƏ (ID - 10808)

1. “Dövrələmək”dən f.is.
2. zərf Dövrə vuraraq, dairəvi. [Adamlar] alaçıq boyu dövrələmə oturub, Qaragözün verdiyi buğlanan çayı içməyə başladılar. M.İbrahimov.

DÖVRƏLƏMƏK (ID - 10809)

f. Əhatə etmək, dövrəyə almaq, araya almaq, dörd tərəfıni tutmaq.

DÖVRƏLƏNMƏ (ID - 10810)

“Dövrələnmək”dən f.is.

DÖVRƏLƏNMƏK (ID - 10811)

1. məch. Dövrəyə almmaq, əhatə edilmək, araya almmaq.
2. t-siz. Halqalanmaq, halqa kimi görünmək, genəlmək. Onun duru gözləri dövrələnib genişləndi. S.Rəhimov.

DÖVRƏLƏŞDİRMƏ (ID - 10812)

“Dövrələşdirmək”dən f.is.

DÖVRƏLƏŞDİRMƏK (ID - 10813)

f. Dövrə (dairə) şəklinə salmaq; girdələşdirmək.

DÖVRƏLƏYİCİ (ID - 10814)

sif Dövrəyə alan, dörd bir tərəfıni tutan, mühasirəyə alan.

DÖVRƏLİ (ID - 10815)

sif Çevrəsi geniş, ətrafı geniş. Bu yer çox dövrəli yerdir.

DÖVRƏMƏ (ID - 10816)

sif. Dövrə (dairə) şəklində; dairəvi. Ətrafına bir dövrəmə cızıq çəkib deyir: - Ayağını bu cızıqdan bayıra qoysan, özün bil! “M.N.lətif”.

DÖVRƏSİFƏT (ID - 10817)

sifsifəti girdə; girdəsifət.

DÖVRƏVİ (ID - 10818)

sif Dövrə xassəsində, dövrə mahiyyətində, dövrə şəklində olan. Dövrəvi hərəkət.

DÖVRİ (ID - 10819)

sif [ər.] 1. Bax dövrəvi. Dövri hərəkət.
Müəyyən vaxtlarda çıxan. Dövri mətbuat.
Vaxtdan-vaxta təkrar edən, müəyyən vaxtlarda (dövrlərdə) baş verən; vaxtaşırı. Xəstəliyin dövri tutmaları.

DÖVRİLİK (ID - 10820)

is. Bir şeyin dövri olması, müəyyən vaxtlarda, vaxtaşırı təkrar etməsi, baş verməsi.

DÖVRİYYƏ (ID - 10821)

is. [ər.] 1. iqt. Gəlir əldə etmək və təkrar istehsal üçün pulun, malm dövr etməsi, tədavülü. Pul dövriyyəsi. Mal dövriyyəsi. Müəssisənin illik dövriyyəsi.
xüs. Hər hansı bir işin, əməliyyatm, prosesin təkrar edən dövrü;...

DÖVRLƏŞDİRİLMƏ (ID - 10822)

“Dövrləşdirilmək”dən f.is. Ədəbiyyat tarixinin dövrləşdirilməsi.

DÖVRLƏŞDİRİLMƏK (ID - 10823)

məch. Dövrlərə bölünmək.

DÖVRLƏŞDİRMƏ (ID - 10824)

“Dövrləşdirmək”dən f.is.

DÖVRLƏŞDİRMƏK (ID - 10825)

f. Dövrlərə ayırmaq (bölmək). Dil tarixini dövrləşdirmək.

DÖVRLƏŞMƏ (ID - 10826)

“Dövrləşmək”dən f.is.

DÖVRLƏŞMƏK (ID - 10827)

f Ayrı-ayrı dövrlərə bölünmək (ayrılmaq).

DÖYCƏ (ID - 10828)

is. məh. Peyvənd, qələm.

DÖYCƏLƏMƏ (ID - 10829)

“Döycələmək”dən f.is.

DÖYCƏLƏMƏK (ID - 10830)

f məh. Döycə (peyvənd, qələm) vurmaq.

DÖYCƏLƏTMƏK (ID - 10831)

icb. məh. Döycə (peyvənd, qələm) vurdurmaq.

DÖYDÜRMƏ (ID - 10832)

“Döydürmək”dən f.is.

DÖYDÜRMƏK, DÖYDÜRTMƏK (ID - 10833)

“Döymək”dən icb. [Pristav:] Doğrusunu de, yoxsa səni yıxdırıb o qədər döydürərik ki, bir ay yorğan-döşəkdə qalarsan. Ə.Haqverdiyev.

DÖYƏC (ID - 10834)

is. 1. Keçmişdə: kəlağayı və ya bezi üzüsığallı daş üstündə ağac çəkiclə döyəcləyib şax və sığallı hala salma işi. Döyəc görməmiş kəlağayı parlamaz. Döyəcdən çıxmış göy bezə qədək deyilir.
2. Döymək,...

DÖYƏCÇİ (ID - 10835)

is. Çəkicvuran. Döyəcçilərin məharətlə vurduğu çəkiclərin səsi pulemyot səsi kimi müntəzəm eşidilirdi. P.Makulu.

DÖYƏCDAŞI (ID - 10836)

is. xüs. Üstündə şey döyəcləmək, döyəc işi aparmaq üçün sığallı daş.

DÖYƏCƏ (ID - 10837)

bax döyməc.

DÖYƏCLƏMƏ (ID - 10838)

“Döyəcləmək”dən f.is.

DÖYƏCLƏMƏK (ID - 10839)

f 1. Bir şeylə döymək, vurmaq. Az qalıb, mənzil başına çatmışıq,-deyə arabaçı öküzləri döyəclədi. T.Ş.Simurq.
Bir şeylə üstündən vuraraq (döyərək) düzləndirmək, yastılatmaq, bərkitmək, basıb sıxlaşdırmaq, bərabərləşdirmək....

DÖYƏCLƏNMƏ (ID - 10840)

“Döyəclənmək”dən f.is.

DÖYƏCLƏNMƏK (ID - 10841)

məch. Bir şeylə üstündən döyülmək, vurulmaq.

DÖYƏNƏK (ID - 10842)

1. is. Çox sürtülməkdən, toxunmaqdan, bir şeyə dəyməkdən, yaxud döyülməkdən dəridə əmələ gələn sərtlik, qalmlıq; qabar. Əlləri döyənəkdir. İri ayaqqabı ayaqlarda qabar və döyənək əmələ gəlməsinə səbəb olur. -...

DÖYƏNƏKLİ (ID - 10843)

sif. Döyənəyi olan, qabarlı. Döyənəkli ayaqlar.

DÖYƏNƏKOTU (ID - 10844)

is. bot. Meşələrdə, rütubətli yerlərdə bitən çoxillik ot bitkisi.

DÖYMƏ (ID - 10845)

is. 1. “Döymək”dən f.is.
Quru meyvə tozu (poroşoku).
xüs. Döymə üsulu ilə mis, dəmir və s. üzərində salınmış naxış, şəkil.
Buğda yarmasından bişirilən xörək. Döymə qışda yeyilən xörəkdir. - Qışda döymə,...

Bu səhifə 136 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif