Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

DÖRDADAMLIQ (ID - 10646)

sif. Dörd adam üçün olan. Dördadamlıq loja, kupe.
// Dörd adamdan ibarət. Dördadamlıq qrup.

DÖRDAŞIQ (ID - 10647)

is. köhn. Aşıqla oynanılan qumar oyunlarından biri. Çünki onların bəzisi dükanlarda gün keçirdir, qeyrisi köhnə hamamlarda dördaşıq atır. N.Vəzirov.

DÖRDATLI (ID - 10648)

sif. İki cüt (dörd) at qoşulmuş. Dördatlı faytonlar gözəl bəzəkli. H.K.Sanılı. Bazar günü idi. Onlar dördatlı faytonu qoşdurub Şuşa şəhərinə gedəcəkdilər. Ə.Vəliyev.

DÖRDAVARLI (ID - 10649)

sif. İki cüt avarı olan. Dördavarlı qayıq.

DÖRDAYAQ1 (ID - 10650)

1. zərf Çaparaq, çox sürətli, çox cəld. Dördayaq get, onu çağır.
2. is. Atın dörd ayağını da yerdən üzüb atıla-atıla çapması (at yerişi).

DÖRDAYAQ2 (ID - 10651)

is. məh. 1. Üstündə xəmir yaymaq üçün ayaqlı taxta alət; yuxayayan, mərdənə. Dördayağı gətir, yuxa yay.
Ev heyvanı, iş heyvanı.
Kətil.

DÖRDAYAQLI1 (ID - 10652)

1. sif. Dörd ayağı olan. Dördayaqlı masa.
is. Dörd ayağı üzərində gəzən; heyvan. Hacı Səməd ağa rəiyyəti qapıda gəzən dördayaqlılardan seçmir. Ə.Haqverdiyev.
Bax dördayaq1 1-ci mənada. Mahmud əminin iki ayağı varsa,...

DÖRDAYAQLI2 (ID - 10653)

is. Sacayaq növü.

DÖRDAYLIQ (ID - 10654)

sif. 1. Dörd ay əvvəl doğulmuş. Dördaylıq uşaq. Dördaylıq buzov.
2. Dörd ayda görüləcək, dörd ay müddətində olan, dörd ay davam edən. Dördaylıq plan. Dördaylıq təlim.

DÖRDBARMAQ(LI) (ID - 10655)

sif. Dörd barmağı olan. At öz əcdadı olan dördbarmaqlı heyvandan təkamül edib üçbarmaqlı, sonra isə birbarmaqlı - təkdırnaqlı heyvan olmuşdur ki, indi də biz onu belə təkdırnaqlı heyvan kimi tanıyırıq.

DÖRDBAŞ(LI) (ID - 10656)

sif. Dörd başı, dörd təpəsi olan.

DÖRD-BEŞ (ID - 10657)

say. Dörd, ya beş ədəddən və s.-dən ibarət olan. Biz məktəbdə gündə dördbeş dəfə əllərimizi sabunla yuyuruq. Ə.Haqverdiyev. Onun yanında orta yaşlı iki kişi və dörd-beş yaşlı bir oğlan uşağı vardı. İ.Şıxlı.

DÖRDBÖLGÜLÜ, DÖRDBÖLÜŞLÜ (ID - 10658)

sifi Dörd gözdən (bölmədən, hissədən) ibarət olan. Dördbölüşlü duzqabı. Dördbölgülü meydan.

DÖRDBÖYRƏK (ID - 10659)

sif. dan. İgid, qorxmaz, ciyərli. Yaman küyçü qocadır! - Yox, küyçü deyil, dördböyrək kişidir. Görmürsən, elə bil dağ gedir? S.Rəhimov.

DÖRDBUCAQ (ID - 10660)

is. riyaz. Dörd bucağı olan həndəsi cisim.

DÖRDBUCAQLI (ID - 10661)

sif Dörd bucağı olan; dördkünc. Dördbucaqlı otaq. Karvansara dördbucaqlı bir tikintidir.

DÖRDCƏ (ID - 10662)

say. Ancaq dörd, cəmi dörd. Dördcə adam gəlmişdir. Dördcə qəpik pul qalmışdır.

DÖRDCƏRGƏLİ (ID - 10663)

sif. Dörd cərgəsi olan, dörd sırası olan. Dördcərgəli xiyaban. Dördcərgəli oturmaq yeri.

DÖRDCİLDLİK (ID - 10664)

sif. Dörd cilddən ibarət. Dördcildlik lüğət.

DÖRDÇARXLI (ID - 10665)

bax dördtəkərli.

DÖRDDƏFƏLİ (ID - 10666)

sif. Dörd dəfə təkrar edən.

DÖRDDƏQİQƏLİK (ID - 10667)

sif. Dörd dəqiqə davam edən, sürən. Dörddəqiqəlik istirahət.

DÖRD-DÖRD (ID - 10668)

zərf Hər dəfədə dörd ədəd, yaxud hər dəstədə dörd nəfər olaraq. Əsgərlər dörd-dörd gedirdilər. Dörd-dörd yığmaq.

DÖRDDÜYMƏ (ID - 10669)

sif. Ölçüsü, qalınlığı və s. dörd düymə olan (bax düymə2#). Dörddüymə mıx (taxta).

DÖRDDÜYMƏLİ (ID - 10670)

sif. Dörd düyməsi olan, dörd düymə ilə bağlanan. Dörddüyməli köynək.

DÖRDELEMENTLİ (ID - 10671)

sif. kim. Tərkibi dörd elementdən ibarət olan. Dördelementli maddə.

DÖRDƏLLİ (ID - 10672)

1. zərf Cəld, tələsik. O, gecəgündüz dördəlli işləyir.
□ Dördəlli yapışmaq (tutmaq) - bərk-bərk tutmaq, əlindən buraxmamaq. İşindən dördəlli yapışmaq.
sif. mus. Dörd əllə ifa edilən (çalınan). Royal üçün uyğunlaşdırılmış...

DÖRDƏM (ID - 10673)

zərf Dördayaq, dördnal, birnəfəsə, çaparaq. Yasavulun kürən atı yellənərək qabağa çıxdı. At dağyuxarı dördəm tullanatullana qalxdı. S.Rəhimov.

DÖRDƏMƏL (ID - 10674)

is. Riyaziyyatda: cəm, çıxma, vurma, bölmə əməlləri.

DÖRDGÖZ (ID - 10675)

1. sif. Dördşəbəkəli, dördbölgülü, dörd gözü olan (ev, dükan, pəncərə və s.). Dördgöz pəncərənin xəmirlənmiş kağızı qopur, küləkli qar içəriyə soxulur. S.Rəhimov.
2. is. məc. zar. Gözlük taxan, gözlük gəzdirən,...

DÖRDGÖZLÜ (ID - 10676)

1. Bax dördgöz.
sif. Diqqətli, ayıq, sayıq.
sif. Dörd gözdən (hissədən, bölmədən, şöbədən), dörd otaqdan ibarət olan. Dördgözlü körpü. Dördgözlü mənzil.

DÖRDGUŞƏ(Lİ) (ID - 10677)

sif. Dörd guşəsi (bucağı, tini) olan. Dördguşəli daş.

DÖRDGÜL (ID - 10678)

sif. Dörd yanı bir-birinə bərabər olan, düzbucaq şəkilli; dördkünc. Dördgül kərpic.

DÖRDGÜNLÜK (ID - 10679)

sif. Dörd gün davam edən, dörd gün tələb edən. Dördgünlük səfər. Dördgünlük iş.
// Dörd gün nəzərdə tutan, dörd gün üçün olan. Dördgünlük ehtiyat. Dördgünlük maaş.

DÖRDHECALI (ID - 10680)

sif. dilç. Dörd hecadan ibarət olan. Dördhecalı söz.

DÖRDHƏDLİ (ID - 10681)

sif. riyaz. Dörd həddi olan. Dördhədli ifadə.

DÖRDHİSSƏLİ (ID - 10682)

sif. Dörd hissədən ibarət olan.

DÖRDİLLİK (ID - 10683)

sif. Dörd il müddətində olan, dörd il davam edən. Dördillik müharibə. Dördillik fəaliyyət dövrü. Dördillik təhsil kursu.
// Dörd ili nəzərdə tutan. Dördillik plan. Dördillik ərzaq ehtiyatı.

DÖRDKƏSİCİDİŞLİLƏR (ID - 10684)

is. zool. Gəmirici məməli heyvanlar yarımdəstəsi.

DÖRDKÜNC(LÜ) (ID - 10685)

sif. Dörd küncü olan, dördbucaqlı, dördguşəli, yaxud dördbucaq şəklində olan. Dördkünc bina. - Yaşıl məhəccərli dördkünc bağçada Nizaminin tuncdan tökülmüş miniatür heykəli qoyulmuşdu. M.Hüseyn. Sola və sağa açılan...

DÖRDQAT (ID - 10686)

zərf Dörd dəfə, dörd dəfə təkrar edilərək, dörd dəfə artırılaraq. Məhsulu dördqat artırmaq. Bükərək dördqat etmək.
// İki dəfə qatlanmış. Qara Kərəmoğlu kitabın içərisində dördqat bükülmüş rəngli xəritəni...

DÖRDQATLI (ID - 10687)

sif. Dörd qatı olan; dördmərtəbəli.

DÖRDQƏLSƏMƏLİ (ID - 10688)

sif. zool. İki cüt qəlsəməsi olan.

DÖRDQƏLSƏMƏLİLƏR (ID - 10689)

is. zool. İki cüt qəlsəməsi olan baş-ayaqlı molyusklar yarımsinfınin adı.

DÖRDQIÇLI (ID - 10690)

bax dördayaqlı1

DÖRDQRAMLIQ (ID - 10691)

sif. Çəkisi, arıqlığı dörd qram olan.

DÖRDQULPLU (ID - 10692)

sif. Dörd qulpu, dörd yerdən tutacağı olan.

DÖRDLƏMƏ (ID - 10693)

bax dördqat.

DÖRDLƏŞMƏ (ID - 10694)

“Dördləşmək”dən f.is.

DÖRDLƏŞMƏK (ID - 10695)

f. 1. Miqdarca dörd olmaq, dördə çatmaq, dördə çevrilmək.
2. Hər sırada dörd nəfər durmaq, dörddörd durmaq.

Bu səhifə 92 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla