Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

DƏNİZTISBAĞASI (ID - 9046)

is. zool. Ayaqları avar şəklində olan iri tısbağa. Dəniztısbağalarının ayaqları avara çevrilmişdir. “Sualtı aləm”.

DƏNİZULDUZU (ID - 9047)

is. zool. Dərisitikanlılar tipindən beşguşəli dəniz heyvanı.

DƏNİZZANBAĞI (ID - 9048)

is. zool. Dəniz dibində yaşayan bitkiyə oxşayan bir heyvan. Çiçəyə bənzəyən dənizzanbağı dənizin dibində nazik ayaqcıqlar üzərində yırğalanaraq yaşayır. Bu, bitki deyil, heyvandır. “Sualtı aləm”.

DƏNQURUDAN (ID - 9049)

sif. xüs. Dəni qurutmağa yarayan. Dənqurudan cihazlar.

DƏNLƏMƏ (ID - 9050)

“Dənləmək”dən f.is.

DƏNLƏMƏK (ID - 9051)

f 1. Dənli yemləri bir-bir dimdiklə götürüb yemək (quşlar haqqında). Toyuqlar darını dənlədilər.
Meyvəni ağacdan bir-bir qoparıb toplamaq, yığmaq, dərmək. Meyvələri dənləmək.
Arıtlamaq, təmizləmək, irini xırdadan,...

DƏNLƏNMƏ (ID - 9052)

“Dənlənmək”dən f.is.

DƏNLƏNMƏK (ID - 9053)

f Dən yemək, dən axtarıb yemək. Küçədə bir neçə toyuq dənlənirdi.
Sarı toyuğum da balalarını başına toplayaraq armud ağacı altında eşələnir, dənlənirdi. A.Şaiq. Həyətdə yayxana-yayxana dənlənən yastı, sarıdimdikli...

DƏNLƏŞMƏ (ID - 9054)

“Dənləşmək”dən f.is.

DƏNLƏŞMƏK (ID - 9055)

qarş. Bir-birinə mane olaraq, bir-birini itələyərək bir yerdə dən yemək. Göyərçinlər dənləşir. - Toyuqlar bir-birini dimdikləyə-dimdikləyə dənləşib qaqqıldaşır.. S.Rəhimov.

DƏNLƏTDİRMƏ (ID - 9056)

“Dənlətdirmək”dən f.is.

DƏNLƏTDİRMƏK (ID - 9057)

“Dənlətmək”dən icb.

DƏNLƏTMƏ (ID - 9058)

“Dənlətmək”dən f.is.

DƏNLƏTMƏK (ID - 9059)

“Dənləmək”dən icb.

DƏNLİ (ID - 9060)

sif. k.t. Dəni çox və yaxşı olan. Dənli sünbül. Bu taxıllar çox dənlidir.
..Çöllər bərəkətli yaşıllıqla örtülürdü, zəmilərdə qaraqılçıq sünbüllər dənli başlarını yerə əyirdi. Ə.Məmmədxanlı.
□ Dənli...

DƏNLİK (ID - 9061)

is. 1. Dən saxlanan, ərzaq saxlanan qab, anbar. Taxılı dənliyə tökmək.
Dəyirman boğazında dən tökülən qutu; sərsərə.
Qursaq. Toyuğun dənliyi.
sif. mənasında. Əkmək üçün olan; toxumluq. Dənlik qarğıdalı.

DƏNLİLİK (ID - 9062)

is. Dəni çox olma.

DƏNSİZ (ID - 9063)

sif. Dəni olmayan, yaxud az olan. Dənsiz sünbül.

DƏNSİZLƏNMƏ (ID - 9064)

“Dənsizlənmək”dən f.is.

DƏNSİZLƏNMƏK (ID - 9065)

f. Dənsiz hala düşmək, dənsiz qalmaq, dəni tökülmək.

DƏNSİZLİK (ID - 9066)

is. 1. Dəni olmama və ya az olma. Taxılların dənsizliyi quraqlığın nəticəsidir.
2. Yemsizlik. Toyuqlar dənsizlikdən acdır. - Arı balsız qalar, qarışqa dənsiz; Vaxt tapmaz ot çala çəpik çalanlar. M.Araz.

DƏNTƏMİZLƏYƏN, DƏNT ƏMİZLƏYİCİ (ID - 9067)

sif. tex. Dəni zibil və xırda daşlardan ayıran. Dəntəmizləyən maşın.
// is. Dəntəmizləyən maşın və s. Dəntəmizləyəni təmir etmək.

DƏNTUTAN, DƏNTUTUCU (ID - 9068)

is. tex. Dəntəmizləyən maşında və taxıldöyən kombaynda dəni zibildən və samandan ayıran hissə.

DƏNYEYƏN (ID - 9069)

DƏRAĞUŞ (ID - 9070)

[fars.] köhn.: dəraguş etmək, qucaqlamaq. Qarşısında ağ əlbəsədə Saranın xəyalı çiçəklərə yovuqlaşır, dərağuş edir, Bəhram çəkilir. C.Cabbarlı. Dəraguş olmaq - qucaqlaşmaq. Gecə yenə Əmiraslan öz vaxtında gəldi qızın...

DƏRAMƏD1 (ID - 9071)

is. [fars.] mus. Tar, yaxud kamança ilə ifa olunan muğamların giriş hissəsi. 0ur dəramədi.

DƏRAMƏD2 (ID - 9072)

is. köhn. Gəlir, qazanc.

DƏRAMƏDLİ (ID - 9073)

sif köhn. Gəlirli, mənfəət-
Dəramədli yer.

DƏRBAN (ID - 9074)

is. [fars.] köhn. Qapıçı. Büsatisəltənət zövqündən əhli-eşqə əfsundur; Cahan mülkündə, ey Seyyid, dəri-dildarə dərbandır. S.Ə.Şirvani. Qapıların qabağında qara libaslı dərbanlar dayanıbdır. Ə.Haqverdiyev.

DƏRBAR (ID - 9075)

is. [fars.] Padşah sarayı. [Xacə Mübarəkə] əmr olundu ki, cümləsini haman saat Qəzvinin altıncı küçəsinin başında müəyyən olunan evə piyada yetirsin, özü dərbari-şahiyə qayıtsın. M.F.Axundzadə. [Xacə Firuz:] Mən - qoca Xacə...

DƏRBƏ (ID - 9076)

is. məh. Mal-qaranın qışlıq yem ehtiyatı.

DƏRBƏÇƏ (ID - 9077)

is. [fars.] Balaca qapı. Ə.Abasov.
// Darvazada olan balaca qapı.

DƏRBƏDƏR (ID - 9078)

sif. [fars.] Qapı-qapı gəzən, avara, yurdsuz; ev-eşiyindən, yerindənyurdundan avara düşmüş.
// Zərf mənasında. Ey dərbədər gəzib ürəyi qan olan çocuq! Bir loğma nan üçün gözü giryan olan çocuq! M.Ə.Sabir.
□ Dərbədər...

DƏRBƏND (ID - 9079)

is. [fars.] 1. köhn. Dağlarda dar keçid, dağ keçidi; dərə.
İranda dar küçə. Onlar axşam saat ona iyirmi beş dəqiqə qalmış Qaraçılar dərbəndində olur. M.S.Ordubadi. Təbrizdə Müctəhid dərbəndinə getmək istəyən adam əvvəlcə...

DƏRBƏNDİ (ID - 9080)

is. [Dərbənd şəhərinin adından] 1. İrigiləli kəmşirin üzüm növü. Dərbəndidən doşab olmaz.
Azərbaycan oyun havalarından birinin adı. Dərbəndi oynamaq.

DƏRBƏRƏ (ID - 9081)

is. Böyük darvazalardakı kiçik qapı.

DƏRBƏSTƏ (ID - 9082)

sif [fars.] 1. Qapısı bağlı.
is. Bağlı qapı.
sif. Xudmani.

DƏRC (ID - 9083)

[ər.]: dərc edilmək (olunmaq) -
qəzetdə, ya məcmuədə çap edilmək (olunmaq). Qəzetdə Fərman haqqında bir məqalə dərc olunmuşdu. Ə.Sadıq. Dərc etdirmək qəzetdə, ya məcmuədə çap etdirmək. Məqaləni qəzetdə dərc etdirdi....

DƏRD (ID - 9084)

is. [fars.] 1. Qəm, qüssə, kədər, ürək acısı, mənəvi əzab, əziyyət, iztirab. Dərdini dərd bilənə söylə. (Ata. sözü) ..Mahnı adamın bütün dərdini unutdurur.. M.Hüseyn.
// Haqqında düşünmək lazım gələn, qayğıya...

DƏRD(İ)-HAL (ID - 9085)

is. [fars. dərd və ər. hal] klas. bax dərd 3-cü mənada. Kənarda durmaqla millətin ehtiyacını və dərd-halını bilmək olmaz. F.Köçərli.

DƏRD(İ)-SƏR (ID - 9086)

is. [fars.] klas. Başağrısı, əziyyət, narahatlıq; qayğı, qeyd. Ey xuda, kim çəkər axırda gülabın bu gülün; Dərdisər dəfinə aləmdə bu dərman gülüdür.S.Ə.Şirvani.
// Dərd-qəm, qayğı, fikir. ..Başıma dolanan, dərd-sərimi...

DƏRD(Ü)-MÖHNƏT (ID - 9087)

is. [fars. dərd və ər. möhnət] bax dərd-qəm.

DƏRD-BƏLA (ID - 9088)

is. [fars.] Dərdə, qayğıya səbəb olan hal; iztirab və əziyyət verən və ya qorxulu hadisə. Dərd-bəladan qurtarmaq.
// Xəstəlik mənasında. Yol ötdüm, çıxdım yala; Nahaqdan düşdüm qala; Əyil üzündən öpüm; Candan çıxsın...

DƏRDBİLƏN (ID - 9089)

is. Başqasının dərdini, kədərini, ürək sirrini duyan, başa düşən, ona acıyan və kömək edən adam. Dərdini dərdbilənə söylə. (Ata. sözü). Sənə Vaqif kimi dərdbilən gərək; Layiq görməm hər nadanı mən sənə. M.P.Vaqif....

DƏRDBİLMƏZ (ID - 9090)

is. Başqasının dərdini, halını düşünməyən, ona acımayan, kömək etməyən adam. Dərdbilməzlər qanar məni, heç bilməz; Dərd ilə doludur döşüm, ağlaram. Q.Zakir.
DƏRD-DİL is. [fars.] köhn. Ürək dərdi, sirr. Məşədi Qasım...

DƏRDƏCƏR (ID - 9091)

sif. Azarlı, dərdli, xəstə, nasaz, zəif. Dərdəcər adam. Dərdəcər uşaq.
Dərdəcər olmaq - dərdə düşmək, azara düşmək. Mehdi tutulandan sonra Nəbi ya dərdəcər olub öləcək, ya da üzə çıxacaqdır. “Qaçaq Nəbi”. [Hacı...

DƏRD-ƏLƏM (ID - 9092)

[fars. dərd və ər. ələm] bax dərd-qəm. Həmdəmimdi bu dərdələm: Öz içimdə öz zəlzələm; Ayıqca yatır, ay Allah! M.Araz.

DƏRD-ƏLƏMLİ (ID - 9093)

b ax dərd-qəmli.

DƏRDƏSƏR (ID - 9094)

is. [fars.] Başağrısı, dərd, qayğı.

DƏRDƏSƏRLİ (ID - 9095)

sif Çoxlu dərdi, qayğısı olan; başıbəlalı, dərdli.

Bu səhifə 108 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla