Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

DARATMA (ID - 8146)

“Daratmaq”dan f.is.

DARATMAQ (ID - 8147)

icb. Darama işi gördürmək.

DARAYI (ID - 8148)

is. köhn. Qırmızı-bənövşəyi rəngli nazik, zərif ipək parça. Darayı yorğanüzü. Ayı handa, darayı handa. (Ata. sözü). Gözəllər geyinib darayıdan xası; Silinsin, könlümün qalmasın pası. (Qoşma).
// sif. Bu parçadan tikilmiş....

DARBADAĞIN (ID - 8149)

bax darmadağın. [Həsən:] Mən də sənə zad deyiləm, vurram, başın; Darbadağın lap dağılar, rədd ol burdan! Ü.Hacıbəyov. [Uşaq] bir kərə qılıncını çəkərək .. oyuncaqları darbadağın etdi. M.S.Ordubadi.

DARBALAQ (ID - 8150)

is. Gödək kişi şalvanna oxşar qadın dizliyi. Biz [alman soldatının] üstünü axtardıq. Bir darbalaq, iki cüt arvad corabı çıxdı. Mir Cəlal.

DARCA (ID - 8151)

sif. Çox dar, çox məhdud. Bu süstlüyə .. səbəb camaatımızı təşkil edən hər bir sinfin öz darca və qaranlıq dairəsində güzəran etməyi olubdur. F.Köçərli.
// Bir qədər dar.

DARÇI (ID - 8152)

is. köhn. Dar ağacı quran, ya məhkumu dar ağacından asan adam. Darçı dəmbədəm idi ki, həmin adamları tutub çəkə dara. Siman tez özünü yetirib gördü ki, dar ağacı qurulub. (Nağıl).

DARÇIN (ID - 8153)

is. [fars.] Darçın ağacının qabığından hazırlanan gözəl iyi və tünd dadı olan quru toz şəklində ədviyyə. Xörəyə darçın səpmək. Darçın çayı. - [İbrahim:] Bala, yoxsa sənə soyuq dəyib? Sənin üçün bu saat darçın çayı...

DARÇINI (ID - 8154)

sif. Darçın rəngli, darçın rəngində olan; qəhvəyi. Darçınıparça. - “İsti” rənglər dedikdə isə, od rənginə çəkən rənglər - qırmızı, sarı, .. darçını və bunlara oxşar rənglər nəzərdə tutulur. Ə.Salamzadə.

DARÇINLI (ID - 8155)

sif. Tərkibində darçın olan, yaxud darçından hazırlanmış, darçın qatılmış, darçın tökülmüş. Darçınlı firni.

DAR-DAR (ID - 8156)

zərf Balaca uşağın ilk yerimə tərzi. O, dar-dar yeriyəndə, ayağa duranda [əvvəlcə] bu cəhrədən tutub qalxırdı. Ə.Əbülhəsən.

DAR-DÜDÜK (ID - 8157)

sif. Çox dar, bədənin ölçüsündən çox-çox dar. Dar-düdük şalvar.

DARDÜŞÜNCƏLİ (ID - 8158)

sif. Həyati məsələləri dərindən dərk edə bilməyən, düşüncəsi məhdud olan. Dardüşüncəli adam.

DARDÜŞÜNCƏLİLİK (ID - 8159)

is. Düşüncə cəhətdən məhdudluq, şüur məhdudluğu.

DARFİKİRLİ (ID - 8160)

b ax dardüşüncəli.

DARFİKİRLİLİK (ID - 8161)

bax dardüşüncəlilik.

DARGÖZ(LÜ) (ID - 8162)

sif. Paxıl, gözü götürməyən. O göstərir ki, həyatda yaxşı adamlar olduğu kimi, dargöz adamlar da çoxdur. S.S.Axundov. Hacı Sultanın dükan qonşuları bir taqım paxıl, dargöz adamlardı. S.Hüseyn. Fərəc bəy də atası kimi forslu,...

DARGÖZLÜ(LÜ)K (ID - 8163)

is. Paxıllıq, gözügötürməzlik; xəsislik. [Bülənd:] ...Məni tərif etməkləri onların dargözlülüyündən və uzağı görmədiklərindəndir. Ə.Əbülhəsən.

DARĞA (ID - 8164)

is. [monq.] 1. tar. Şəhər, qəza, mahal, ya vilayət hakimi. Padşahın şəhər darğası yolnan gedirdi, güzarı düşdü bu bağa. (Nağıl). Sən demə, bu bina şəhərin darğasının eviymiş. “M.N.lətif.”
// Keçmiş zamanda vergi...

DARĞABAŞI (ID - 8165)

is. tar. Bir neçə darğanın böyüyü. Al, - dedim, - get, bunu darğabaşıya ver, Hacı Səməd xanın fərmanıdır. M.S.Ordubadi.

DARĞALIQ (ID - 8166)

is. 1. tar. Darğanm işi, vəzifəsi. [Həsən Namaza:] Mən istəmərəm ki, sənin əlindən darğalığı alıb mənə versinlər. Ə.Haqverdiyev. [Paşa bəy:] Yaxşı deyiblər ki, evində yoxdur urvalıq, könlündən keçir darğalıq. Ə.Vəliyev.
2....

DARĞAN (ID - 8167)

is. Qışın son on günü. Darğanda yağmasa, xırmanda yağar. (Ata. sözü).

DARĞIN (ID - 8168)

sif. 1. İncik, dərdli, küskün, pərişan, pərt. İyirmi beş bahar görmüş olan bu adam altmış xəzan keçirmiş qocalar qədər yorğun, darğın, ölgün görünürdü. A.Şaiq. Böyük bir şairin darğın xəyalı; Vətən çöllərinipərişan...

DARĞINLIQ (ID - 8169)

is. 1. Küskünlük, inciklik, ürəyisınıqlıq, pərişanlıq, pərtlik. [Şərifzadə:] Aranızdakı darğınlıq və küdurətin tamamilə bərtərəf olması üçün bir-biriniz ilə ətraflı danışmaq və razılaşmaq lazımdır. S.Hüseyn. Süsən...

DARXƏTLİ (ID - 8170)

sif Relslərinin arası dar olan. Darxətli dəmir yolu.

DARI (ID - 8171)

is. Yumru toxumları olan birillik taxıl bitkisi və bu bitkinin dəni. Darı əkini. - Ac toyuq yuxusunda darı görər. (Ata. sözü).
// Darıdan bişirilmiş (hazırlanmış). Darı çörəyi. Darı yarması. - [Tubu:] De görüm, sən darı...

DARIXDIRICI (ID - 8172)

sif Cansıxıcı, ürəksıxan, çox maraqsız; yekrəng, yeknəsəq. Darıxdırıcı iş. Darıxdırıcı söz. Darıxdırıcı həyat.

DARIXDIRICILIQ (ID - 8173)

is. Darıxdırıcı şeyin hal və keyfiyyəti; cansıxıcılıq, ürəksıxıcılıq, çox maraqsızlıq, yeknəsəqlik. Söhbətin darıxdırıcılığı. İşin darıxdırıcılığı. - Evlərin təhər-töhüründə bir darıxdırıcılıq vardı....

DARIXDIRMA (ID - 8174)

“Darıxdırmaq”dan f.is.

DARIXDIRMAQ (ID - 8175)

f Ürəyini sıxmaq, təngə gətirmək, bezikdirmək.
// Əsəbiləşdirmək, acıqlandırmaq. Kişi məni elə darıxdırıb ki, vallah, istəyirəm elə özümü boğam, öldürəm.. N.Vəzirov. Qış səfəri, tək yol könlü darıxdırır, can...

DARIXMA (ID - 8176)

“Darıxmaq”dan f.is.

DARIXMAQ (ID - 8177)

f 1. Sıxılmaq, canı sıxılmaq, bıqmaq, bezmək, təngə gəlmək, narahat olmaq, əsəbiləşmək. Hər şey üçün adam darıxmaz. Darıxıram, vaxt az qalıb.
// Ürəyi sıxılmaq, hövsələsizlik göstərmək. Qulu, sən heç darıxma,...

DARIXSINMA (ID - 8178)

“Darıxsınınaq”dan f.is.

DARIXSINMAQ (ID - 8179)

f Özünü darıxmış kimi göstərmək; bir qədər darıxmaq, darıxan kimi olmaq. Kəlbalı darıxsınaraq böyük işlərin içərisində çaşıb qalan adamlar kimi:
Qulluq əmridir, bilirsən, molla! - dedi. S.Rəhimov.

DARILMA (ID - 8180)

“Darılmaq”dan f.is.

DARILMAQ (ID - 8181)

f Acığı tutmaq, hirslənmək, hiddətlənmək, hövsələdən çıxmaq. [Şərifzadə] Mehribanı boşadığı üçün olduqca darılmış, Zeynalın belə yersiz hərəkətindən dolayı acıqlanmışdı. S.Hüseyn. [Veys:] Paxıl oğlu, paxıl, -...

DARIMAQ1 (ID - 8182)

f məh. 1. Yırtmaq, dağıtmaq, cırmaqlamaq. Oğlunun quldurlar tərəfindən öldürüldüyünü güman edən arvad üz-gözünü darıdı. Ə.Vəliyev.
B ax darışmaq. Qələnin adamıyetdiyarıya; Necə ki qoyuna ac qurd darıya. Q.Zakir.

DARIMAQ2 (ID - 8183)

f məh. Arxasınca danışmaq, paxıllıq etmək. Yazığı darıyıb heç ediblər. Darımaqdan yorulmurlar.

DARIMAQ3 (ID - 8184)

f məh. Yayılmaq, düşmək. Mala yaman xəstəlik darıyıb.

DARIOTU (ID - 8185)

is. bot. Daşlı yamaclarda bitən birillik xırda ot bitkisi.

DARISQAL (ID - 8186)

sif. 1. Çox dar, ensiz. Darısqal yol. - Dərin, darısqal dibində dərənin; Rəd kimi guruldayır baltalar. A.Səhhət. Əjdər bu təpəciklərdən enib kəndin darısqal küçələrinə girdi. S.Rəhman.
Sahəsi çox kiçik olan. Darısqal otaq....

DARISQALLAŞDIRILMA (ID - 8187)

“Darısqallaşdırılmaq”dan f.is.

DARISQALLAŞDIRILMAQ (ID - 8188)

məch. Darısqal edilmək, darısqal hala salınmaq.

DARISQALLAŞDIRMA (ID - 8189)

“Darısqallaşdırmaq”dan f.is.

DARISQALLAŞDIRMAQ (ID - 8190)

f. Darısqal etmək, darısqal hala salmaq. Mənzillərin avadanlığı və mebeli çox sadə olmalı, otağı darısqallaşdırmamalıdır. “Az. qad.”

DARISQALLAŞMA (ID - 8191)

“Darısqallaşmaq”dan f.is.

DARISQALLAŞMAQ (ID - 8192)

f. Daha darısqal olmaq, darısqal hala gəlmək.

DARISQALLIQ (ID - 8193)

is. Darısqal şeyin halı, bir yerin darısqal olması. Darısqallıqdan darıxmaq. Darısqallıqdan şikayətlənmək.- Qəfil ölüm olmasın .. Qara zülüm olmasın; Darısqallığa düşən fikir, könül olmasın. R.Rza.
Darısqallıq etmək...

DARIŞDIRMAQ (ID - 8194)

bax daraşdırmaq.

DARIŞLIQ (ID - 8195)

bax darısqallıq. Tiflisdə camaat o qədər çox idi ki, gəzməyə yekə bağ darışlıq edirdi.. “Mol. Nəsr.”

Bu səhifə 13 dəfə baxılıb