1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 8
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DAMĞALAMA (ID - 7996)

“Damğalamaq”dan f.is.

DAMĞALAMAQ (ID - 7997)

f. 1. Damğa vurmaq, damğa aləti ilə nişan vurmaq, dağ basmaq. [Gülsənəm:] Ağamın naxırçısı inəyimi damğalayıb bəyin naxırına qatmış. S.S.Axundov.
// Möhür basmaq.
2. məc. Rüsvay etmək, iç üzünü açıb göstərmək,...

DAMĞALANMA (ID - 7998)

“Damğalanmaq”dan f.is.

DAMĞALANMAQ (ID - 7999)

məch. 1. Damğa basılmaq, damğa vurulmaq, damğa aləti ilə nişan vurulmaq.
// Möhür basılmaq.
2. məc. Ləkə vurulmaq, rüsvay edilmək.

DAMĞALANMIŞ (ID - 8000)

f.sif. 1. Damğa vurulmuş, damğa aləti ilə nişan vurulmuş, dağ basılmış. Səməd sağ yanaqlarından “S” hərfi şəklində damğalanmış qoyunlarını tanıyıb sağmağa başladı. M.Hüseyn.
// Möhür basılmış.
2. məc. Ləkələnmiş,...

DAMĞALATMA (ID - 8001)

“Damğalatmaq”dan f.is.

DAMĞALATMAQ (ID - 8002)

icb. Damğa vurdurmaq.

DAMĞALI (ID - 8003)

sif. 1. Damğası olan, dağ basılmış. ..Alnı damğalı adam qulağı damğalı heyvandan pisdir. S.Rəhimov.
2. məc. Ləkəli, üstündə ləkə olan, eyibli, nöqsanlı. [Carçiyev:] Sən onda səhv eləmisən ki, belə bir damğalı nəsildən...

DAMĞASIZ (ID - 8004)

sif. 1. Damğası olmayan, damğa vurulmamış.
2. məc. Ləkəsiz, ləkə vurulmamış, təmiz.

DAMIZDIRILMA (ID - 8005)

“Damızdırılmaq”dan f.vs.

DAMIZDIRILMAQ (ID - 8006)

məch. Damcı-damcı tökülmək, damcı-damcı axıdılmaq.

DAMIZDIRMA (ID - 8007)

“Damızdırmaq”dan f.is.

DAMIZDIRMAQ (ID - 8008)

f Damcı-damcı tökmək, damcı-damcı axıtmaq; damızmaq. Sübhanverdizadə .. fırçanı piyalədə hərlədi, bir az su damızdırdı, təkrar fırçanı dolandırdı, köpük qalxdı. S.Rəhimov.

DAMIZMA (ID - 8009)

“Damızmaq”dan f.is.

DAMIZMAQ (ID - 8010)

bax damızdırmaq.

DAMLA (ID - 8011)

bax damcı. Gecəki yağışdan çiçəklərin, yarpaqların uclarından sallanan damlalar günəşin al şəfəqləri altında almaz danələri kimi pırıl-pırıl pırıldayır. A.Şaiq. Bərkiyən yağışın damlaları Ayazı yerindən tərpətdi....

DAMLACIQ (ID - 8012)

is. Kiçik damla (damcı).

DAMLAMAQ1 (ID - 8013)

bax damcılamaq. Gözlərindən yaş damlayır.

DAMLAMAQ2 (ID - 8014)

f dan. Dama salmaq, həbs etmək. Oğrunu damladılar. - [İskəndər:] Ağa!.. Nə buyurursunuz, onları damlayaq, yoxsa danışdıracaqsınız? N.Vəzirov. Molla Qəşəm toplanmış pulları da götürüb qaçmağa hazırlaşır. Biz onun adamlarından...

DAMLANMA (ID - 8015)

“Damlanmaq”dan f.is.

DAMLANMAQ (ID - 8016)

məch. dan. Dama salınmaq, həbs edilmək. Əhməd, Xuduşun damlandığını eşidincə, Kamalın yanına məsləhətə getdi. Ə.Əbülhəsən.

DAMLATDIRILMA (ID - 8017)

“Damlatdırılmaq”dan f.is.

DAMLATDIRILMAQ (ID - 8018)

məch. dan. Dama (həbsə) saldırılmaq; tutdurulmaq.

DAMLATDIRMA (ID - 8019)

“Damlatdırmaq”dan f.is.

DAMLATDIRMAQ (ID - 8020)

icb. dan. Dama saldırmaq; tutdurmaq.

DAMLATMA (ID - 8021)

“Damlatmaq”dan f.is.

DAMLATMAQ (ID - 8022)

icb. dan. Dama saldırmaq, həbs etdirmək; tutdurmaq.

DAMMA (ID - 8023)

“Dammaq”dan f.is.

DAMMAQ (ID - 8024)

f 1. Damcı-damcı axmaq, düşmək, tökülmək. Samovarın lüləyindən su dammaq. Ev damır.
2. məc. Tökülmək, axmaq. Nur dammaq.
Danışanda şəkər damar sözündən; Qaymaq dodaqları, ballı sənəm, gəl! Xəstə Qasım. Günəş çəkilirdi,...

DAMOTU (ID - 8025)

is. dan. Qol-budaqlı və üzəri tüklərlə örtülü, təbabətdə işlədilən çoxillik ot bitkisi. [Damotunun] gövdəsinin üzərində qarşı-qarşıya durmuş və yumşaq tüklərlə örtülmüş tünd-yaşıl rəngli saplaqlı yarpaqları yerləşmişdir....

DAN (ID - 8026)

is. Günün doğmasına azca qalmış havanın işıqlanması, sabah açılarkən günəşin üfüqdə ilk ağarması. Dan işığı. - Axşamın sirrini dan bilər. (Ata. sözü). Sübhün xəbərini gətirəndə dan; Yorğun dost gözləri halsız qapandı....

DANA (ID - 8027)

sif. [fars.] klas. Alim, bilici. Füzucami-mey tərkin qılıb zöhd ilə təqvadən; Qamu danayə rövşəndir bu kim, nadanlığın vardır. Füzuli.

DANA1 (ID - 8028)

is. Bir yaşdan iki yaşa qədər olan inək balası. Dana əti. - Danışıq dananı qurda verər. (Məsəl).

DANA2 (ID - 8029)

dan. Bax dayna. [Bəbir bəy:] Hürriyyətlik dediyin nədi? Özümüzük, lap loru deyək, özümüzük, dana! Mir Cəlal.

DANAAYAĞI (ID - 8030)

is. bot. Rütubətli meşələrdə bitən iriyarpaqlı çoxillik ot bitkisi.

DANABAŞ (ID - 8031)

is. məh. 1. Bax danadişi.
2. məc. dan. Küt adam, tərs adam, höcət adam. Danabaşın biridir.

DANABAŞLIQ (ID - 8032)

is. dan. Yekəbaşlıq, kütlük, tərslik, höcət. Danabaşlıq etmək.

DANABURNU (ID - 8033)

is. bot. Rütubətli yerlərdə bitən ot bitkisi.

DANA-BUZOV (ID - 8034)

top. Bütün cavan qaramal. Otlaqda dana-buzov otlayır.

DANAÇA (ID - 8035)

is. Kiçik dana.

DANADİŞİ (ID - 8036)

is. zool. Rütubətli torpaq altında yaşayan, ağacların və ümumiyyətlə, bitkilərin kökləri ilə qidalanan, başı bədəninə nisbətən böyük olan qurd (böcək). Danadişi torpağın bir metrə qədər dərinliyində qışlayır.

DANA-DOLUQ (ID - 8037)

top. dan. 1. Kiçikyaşlı qaramal. [Heydər bəy:] Guya ki, bütün Qarabağda dana-doluq oğrusu bir Heydər bəydir. M.F.Axundzadə.
Bəzən istehza və ya etinasızlıqla yetişməmiş, həddi-büluğa çatmamış cavanlar, yaxud qanmaz, mədəniyyətsiz...

DANA-DUNA (ID - 8038)

dan. B ax dana-doluq 2-ci mənada. [Hacı Qurban:] ..Dana-dunanı hərə bir yerə dartacaq, Allah xatirinə, mənə rəhm edin, mən yazığam. N.Vəzirov.

DANAGAVALI (ID - 8039)

is. məh. İri, yumru, qırmızı gavalı növü.

DANA-KƏLÇƏ (ID - 8040)

is. Bir yaşa dolmamış camış balası.

DANAQIRAN (ID - 8041)

is. bot. Yarpaqları zanbaq yarpağına oxşayan bir bitki; novruzçiçəyi.

DANALOBYA (ID - 8042)

is. bot. İridənəli lobya növü.

DANDIRMAQ (ID - 8043)

icb. Danmağa məcbur etmək, danmağa səbəb və vasitə olmaq, boynuna almağa qoymamaq.

DANƏ1 (ID - 8044)

[fars.] klas. bax dən 1-ci mənada. Əkdikləri danələr gögərdi; Bəh, bəh, necə tamlı meyvə verdi! M.Ə.Sabir.

DANƏ2 (ID - 8045)

bax dənə 1-ci mənada.

Bu səhifə 192 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif