1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 17
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DAYAZLANDIRMA (ID - 8446)

“Dayazlandırmaq”dan f.is.

DAYAZLANDIRMAQ (ID - 8447)

f Dayaz hala salmaq; dayazlaşdırmaq. Quyunu qumla dayazlandırmaq.

DAYAZLANMA (ID - 8448)

“Dayazlanmaq”dan f.is.

DAYAZLANMAQ (ID - 8449)

f. Dərinliyi azalmaq, dayaz olmaq.

DAYAZLANMIŞ (ID - 8450)

f.sif. Dayaz hala gətirilmiş, dərinliyi azaldılmış; dayazlaşdırılmış.

DAYAZLAŞDIRMAQ (ID - 8451)

“Dayazlaşmaq”dan icb.

DAYAZLAŞMA (ID - 8452)

“Dayazlaşmaq”dan f.is.

DAYAZLAŞMAQ (ID - 8453)

f. Dayaz hala düşmək; getdikcə dayaz olmaq, dərinliyi azalmaq.

DAYAZLAŞMIŞ (ID - 8454)

f.sif. Dayaz hala gəlmiş, dərinliyi azalmış.

DAYAZLATMA (ID - 8455)

“Dayazlatmaq”dan f.is.

DAYAZLATMAQ (ID - 8456)

icb. Dayaz hala saldırmaq; dayazlaşdırmaq.

DAYAZLIQ (ID - 8457)

is. 1. Çayda, göldə, dənizdə dayaz yer, dərinliyi az olan yer. Dayazlıqda üzən qazlar. Sahildə əmələ gələn dayazlıqlar.
Xəzər dənizi dayazlıqlarının qurudulması neft sənayesinin inkişafı üçün böyük əhəmiyyətə malikdir....

DAYÇA (ID - 8458)

is. Biryaşar erkək at balası. Qaşqa dayça. - Heç kəsin ağlına gəlməzdi ki, bu arıq və kifir dayça böyüyüb gözəl bir at olacaq. M.Hüseyn.

DAYÇALI (ID - 8459)

sif. Yanında balası olan. Dayçalı at.

DAYDAY (ID - 8460)

is. Uşaq dilində: dayı. [Səttar:] .. sabah anan məni Kürdəxanıya daydaygilə aparacaq... Ə.Məmmədxanlı.

DAYƏ (ID - 8461)

is. [fars.] 1. Uşağa baxan, uşağa qulluq edən qadın; mürəbbiyə. O zaman dayə, Əli ilə bərabər gəzməyə getmək istəyirdi. İ.Musabəyov. [Ağca] dünyagörmüş xanımların məsləhəti ilə bir dayə tutub, uşağı ona tapşırdı....

DAYƏLİK (ID - 8462)

is. Dayənin işi, vəzifəsi. Dayəlik etmək.

DAYI (ID - 8463)

is. 1. Ananın qardaşı.
Qoca və ya yaşlı kişiyə müraciət edərkən, ya haqqında danışarkən hörmət əlaməti olaraq deyilir. [Əsəd bəy:] Hayıf hayıf Dursun dayı, qocaldın. C.Cabbarlı. Məni qəmgin görsə əgər; Düşmən gülər,...

DAYIARVADI (ID - 8464)

is. Ananın qardaşı arvadı.

DAYIDOSTU (ID - 8465)

is. Hörmət və nəzakət əlaməti olaraq dayıarvadına verilən ad və müraciət. [Ana:] ..Dur, onlara gedək, oğul, dayıdostun böyük tədarük görüb. S.Rəhman.

DAYIGƏLİNİ (ID - 8466)

is. Dayıoğlunun arvadı, dayının gəlini.

DAYIQIZI (ID - 8467)

is. Ananın qardaşı qızı. [Səfi bəy:] Sağ ol, dayıqızı! S.S.Axundov.

DAYIQIZILIQ (ID - 8468)

is. Ögey dayıqızı, dayının ögey qızı.

DAYILI (ID - 8469)

sif. 1. Dayısı olan.
2. məc. dan. Havadarı, himayəçisi, tərəfdarı olan (adətən mənfi mənada).

DAYILIQ (ID - 8470)

is. Ögey dayı.

DAYINƏVƏSİ (ID - 8471)

is. Dayıoğlunun, ya dayıqızının övladı, dayının nəvəsi.

DAYIOĞLU (ID - 8472)

is. Ananın qardaşı oğlu.

DAYIOĞLULUQ (ID - 8473)

is. Ögey dayıoğlu, dayının ögey oğlu.

DAYIUŞAĞI (ID - 8474)

is. Dayının oğlu, ya qızı.

DAYLAQ (ID - 8475)

is. At balası (altı aylıqdan iki yaşa qədər).

DAYLAQLI (ID - 8476)

sif. Yanında balası (daylağı) olan. Daylaqlı madyan.

DAYNA (ID - 8477)

əd. məh. Təkid bildirir; da, də. [Şahqulu:] Ay Səfiqulu dayı, doğru deyir, dayna! N.Vəzirov. Alo kişi də gedə-gedə ah çəkib: - Düzəldə də bilmədik, dayna, - deyib söhbətini davam etdirdi. S.Rəhimov.

DAZ (ID - 8478)

sif. 1. Xəstəlik, qocalıq və b. səbəblərdən başının tükü tökülmüş, başı tüksüz. Balacayev özü ucaboylu, sarı, qırmızıbığlı, başı daz, peysəri dolu, ortayaşlı bir adam idi. S.Rəhimov. [Kişinin] daz başı qalaylanmış...

DAZBAŞ (ID - 8479)

sif. Başı daz olan, başında tükü olmayan. Dazbaş kişi. - Dazbaş Murtuzov ... eyvana çıxdı.. S.Rəhimov.

DAZI (ID - 8480)

is. bot. Ot və kol bitkiləri daxil olan bitki cinsi; boyotu.

DAZLANMA (ID - 8481)

“Dazlanmaq”dan f.is.

DAZLANMAQ (ID - 8482)

bax dazlaşmaq.

DAZLAŞDIRMA (ID - 8483)

“Dazlaşdırmaq”dan f.is.

DAZLAŞDIRMAQ (ID - 8484)

f. Daz hala salmaq, başının tüklərini tökmək.

DAZLAŞMA (ID - 8485)

“Dazlaşmaq”dan f.is.

DAZLAŞMAQ (ID - 8486)

f. 1. Daz hala düşmək, başının tükləri tökülmək. Başı dazlaşmaq.
2. Otsuz, bitkisiz hala gəlmək. Çöl dazlaşmışdır.
// Yarpaqlar tökülmək. Ağaclar dazlaşmışdır.

DAZLAŞMIŞ (ID - 8487)

f.sif. Başının tükü tökülmüş. Məşədibəy başının ortası tamam dazlaşmış yoğun bir kişini qapı ağzında görüb soruşdu.. M.Hüseyn.

DAZLIQ (ID - 8488)

is. 1. Daz olmuş Başın halı; tüksüzlük. Başın dazlığı.
2. Bitkisizlik, çılpaqlıq.
DE1 “D” hərfinin və bu hərflə işarə olunan samitin adı.

DE (ID - 8489)

dan. b a x di.

DEBET (ID - 8490)

[lat.] Mühasibat dəftərlərində: bir idarə və ya müəssisənin gəlirini, eləcə də xərc və borclarını göstərən hesab.

DEBİT (ID - 8491)

is. [fr.] xüs. Bir zaman vahidi ərzində su, neft, qaz və s. mənbəyinin verdiyi suyun, neftin, qazın və s.-nin miqdarı. Neft quyusunun debiti. Artezian quyusunun debiti.

DEBİTLİ (ID - 8492)

sif xüs. Müəyyən debitə malik olan. Az debitli köhnə quyular.

DEBİTOR (ID - 8493)

is. [lat.] müh. Borclu (müəssisə, idarə və s.). Debitorların siyahısı.

DEBÜT (ID - 8494)

is. [fr.] 1. Artistin və ya idmançının ilk çıxışı.
2. Şahmatda oyunun başlanğıc hissəsi. 0ahmat oyununun birinci mərhələsi debüt adlanır.

DEBÜTANT (ID - 8495)

is. [fr.] İlk dəfə çıxış edən aktyor və ya idmançı.

Bu səhifə 146 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif