1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 6
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DALĞIN (ID - 7896)

sif. Dərin fikrə batmış, çox fikirli, fikri bir şeylə məşğul. [Qızın] yüksəkcə boyu, ağ bənizi, uzaqlarda bir şey arayan dalğın gözləri diqqətimi cəlb etmişdi. S.Hüseyn.
// Zərf mənasında. Bir saat əvvəl
sakit və...

DALĞIN-DALĞIN (ID - 7897)

zərf Çox fikirli halda. Dalğın-dalğın yerimək. Dalğın-dalğın baxmaq.

DALĞINLAŞMA (ID - 7898)

“Dalğınlaşmaq”dan f.is.

DALĞINLAŞMAQ (ID - 7899)

f Dalğın olmaq, dərin fikirlərlə məşğul olmaq, çox fikirli olmaq. ..Kefi saz olan Şirzad bir az dalğınlaşdı. M.İbrahimov. Tutularaq kədərə; Dalğınlaşır dağ, dərə. M.Müşfiq.

DALĞINLIQ (ID - 7900)

is. Dalğın hal, fikirlilik. İri, qara gözlərinə bir duman; gülər, sa.fiçöhrəsinə bir dalğınlıq çökmüşdü. A.Şaiq. Kölgə düşmüş əsmər üzə o dalğınlıq çox yaraşır. M.Dilbazi.

DALI (ID - 7901)

bax dal1 5-ci mənada. Yeriyəndə dönüb dalı baxmağı; Ahunun balası səndən öyrənib. Q.Zakir.

DALI-DALI (ID - 7902)

b ax dal-dalı. Adəti üzrə məni dalı-dalı aparıb qoltuqlu sandaliyada oturtdu. M.S.Ordubadi. [Tulalar] ikisi də başlarını kolun içinə soxdular. Sonra dalı-dalı çəkilməyə başladılar. S.S.Axundov. Onlardan biri dalı-dalı çəkilir,...

DALINCA (ID - 7903)

zərf 1. Ardınca, arxasınca, izincə; izləyərək, təqib edərək. Bir-birinin dalınca getmək. Dalımca gəl. - Kərbəlayı Cəfər əmi qabaqca və Xudayar onun dalınca gedib girdilər bir xırda qaranlıq hücrəyə. Məmmədquluzadə. Ülkərin...

DALISI (ID - 7904)

1. B ax dal1

DALISINCA (ID - 7905)

zərf Dalınca, ardınca, arxasınca. Qəfil bir sevgini dağdan qolayla; Sonra dalısınca ağla, deyiblər. M.Araz.

DAL-QABAQ (ID - 7906)

zərf Dal tərəfi qabağa çevrilmiş halda, bir-birinin ardınca. Arxada isə, .. bir-biri ilə yanaşı yox, bir-birindən dalqabaq, birinci və ikinci dağcığaz vardı. Ə.Əbülhəsən.
□□ Dalqabaq vurmaq - yerində olmamaq, tez-tez yerini...

DALQƏLSƏMƏLİLƏR (ID - 7907)

is. zool. Onurğasız, yumşaqbədənli heyvanların (molyuskların) bir cinsi.

DALLI (ID - 7908)

sif. Dalları (budaqları) olan. Dallı ağac.

DALLI-BUDAQLI (ID - 7909)

sif. Çoxlu budağı olan, qollu-budaqlı. Dallı-budaqlı ağac.

DALLIQ (ID - 7910)

is. Söykənəcək, bir şeyin söykənmək üçün olan hissəsi. Stulun dallığı. Kürsünün dallığı.

DALMA (ID - 7911)

“Dalmaq”dan f.is.

DALMAQ (ID - 7912)

f 1. Görünməyəcək dərəcədə suyun içinə girmək, batmaq. Suya dalmaq.
Dəryalara mən dalanda; Şirin cana dərd salanda; Dava zamanı olanda; Əyilməz, sınmaz dəmirəm. “Koroğlu”.
// Məc. mənada. Saçın kimi qıvrılan dalğalara...

DALTONİK (ID - 7913)

[xüs.is.-dən] Daltonizmi olan adam.

DALTONIZM (ID - 7914)

[ingilis fiziki Daltonun adından] Rəngləri (çox vaxt qırmızı ilə göyü) seçə bilməməkdən ibarət göz qüsuru.

DAM1 (ID - 7915)

is. 1. Ev, bina, tikili. Şəhərin dar küçələri, sıx həyətləri, qaranlıq damları onları təmin etmədi. Mir Cəlal.
// Əsas binanın yanında tikilmiş və ona yapışıq otaq və s. Şərəfnisə xanım ikinci damda ahəstə ağlaya-ağlaya...

DAM2 (ID - 7916)

is. [fars.] klas. Tələ, cələ, tor. Zülfünü əhli-vəfa seydinə dam eyləyəli; Məni ol damə giriftar bilibdir, bilirəm. Füzuli.
□ Dam qurmaq - tələ qurmaq, hiylə düzəltmək. Xalqa bunlar hamı qurublar dam; Bir bunu anlamaz bu qövmi-avam....

DAMA (ID - 7917)

is. 1. Şahmat taxtası üzərində qara və ağ daşlarla (dairəciklərlə) oynanılan oyun; şaşka. Dama oynamaq. Dama oyunu üzrə yarış.
Bu oyunda rəqibin, ilk sıradakı xanalardan birinə gedib çıxmış daşı.
Səth, parça və s....

DAMACIQ (ID - 7918)

is. Xırda dama, kiçik kvadrat.

DAMACIQLI (ID - 7919)

sif. Kiçik damaları olan.

DAMAD (ID - 7920)

is. [fars.] Qızın əri, kürəkən, giyov. Çünki Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır, heç bir əmrdə onun rəyinə müxalifət etməz. M.F.Axundzadə. Lakin ixtiyar bir şair öz damadına, öz övladına qarşı bu cür rüsvayçılıq...

DAMA-DAMA (ID - 7921)

1. sif. Üzərində damalar, yaxud dama şəklində cızıqlar olan. Damadama parça. Dama-dama dəftər.
Bax dama 1-ci mənada.

DAMADLIQ (ID - 7922)

is. Kürəkənlik, giyovluq.

DAMAQ1 (ID - 7923)

is. 1. Ağız boşluğunun üst tərəfi.
□ Damaq səsi dilç. - tələffüz edərkən dilin damağa toxunması nəticəsində çıxan səs. Damaq saitləri.
Ağız mənasında. Usta papirosu damağına salıb başladı işini. C.Məmmədquluzadə....

DAMAQ2 (ID - 7924)

is. [ər. Dırnaq - beyin] dan. Kef, əhval, həvəs. Damağı yoxdur.
□□ Damagı çag - b a x damağı kök. Əhmədin kefi saz, damağı çağdır. Mir Cəlal. Dedim:
Cütçü baba, sağ ol, çox sağ ol! Daima kefi kök, damağı çağ ol!...

DAMAQARXASI (ID - 7925)

sif dilç. Damaq arxasında tələffüz edilən. Damaqarxası səs.

DAMAQLANMA (ID - 7926)

“Damaqlanmaq”dan f.is.

DAMAQLANMAQ (ID - 7927)

f Kef çəkmək, keflənmək, nəşələnmək. İrandan gedənlər və İrana gedənlər damaqlanmaq üçün bu restoranda biryerəyığılmışdı. M.S.Ordubadi.

DAMAQLI (ID - 7928)

sif Zarafatçı, məzəli, əhvallı, kefcil, həmişə şən, xoştəbiət, xoşsöhbət, xoşəhval. Bizə tərəf gələn bir faytonda bir damaqlı oğlan, yanında başına minarə boyda şlyapa qoymuş sarısaçlı qız yanımdan yel kimi ötdü....

DAMAQLILIQ (ID - 7929)

is. Damaqlı olma, kefcillik, xoştəbiətlilik, əhvallılıq.

DAMAQORTASI (ID - 7930)

sif dilç. Damaq ortasında tələffüz edilən. Damaqortası samit.

DAMAQÖNÜ (ID - 7931)

sif dilç. Damaq önündə tələffüz edilən. Damaqönü səs.

DAMAQSIZ (ID - 7932)

sif dan. Kefi pozuq, nəşəsiz, küskün.

DAMAQSIZLIQ (ID - 7933)

is. dan. Damağı olmama, kefsizlik, bikeflik, küskünlük.

DAMALAMA (ID - 7934)

“Damalamaq”dan f.is.

DAMALAMAQ (ID - 7935)

f Parça və s.-nin üstünə dama şəklində naxışlar vurmaq; dama-dama etmək. Kəlağayını damalamaq. Baş şalını damalamaq.

DAMALANMA (ID - 7936)

“Damalanmaq”dan f.is.

DAMALANMAQ (ID - 7937)

məch. Üzərinə damalar şəklində naxış vurulmaq; dama-dama edilmək.

DAMALI (ID - 7938)

sif Üzərində damalar olan, üzərinə dama şəkli çəkilmiş; dama-dama. Damalı dəftər. - Bir döyüş meydanıdır üstü damalı taxta. R.Rza.

DAMAR (ID - 7939)

is. 1. Canlıların bədənində: içərisində qan və ya limfanın dövr etdiyi boruşəkilli orqan. Qan damarları. Damarları şişmək. Alnının damarları görünür.
□ Damar sistemi anat. - canlının bədənində olan bütün damarlar....

DAMARALTI (ID - 7940)

sif. anat. Damarın altında olan. Damaraltı ət.

DAMARAOXŞAR (ID - 7941)

sif Damara oxşayan, damar şəklində olan, damar kimi.

DAMARAOXŞARLIQ (ID - 7942)

is. Damara oxşama, damara oxşayan şeyin hal və görünüşü.

DAMARCIQ (ID - 7943)

is. Kiçik damar, incə damar, nazik damar. Alnın damarcıqları. - Hər bir yarpağın şah damarı olur və bu damardan xırda damarcıqlar ayrılır. “Pambıqçılıq”.

DAMARCIQLI (ID - 7944)

sif Çoxlu damarcıqları olan.

DAMAR-DAMAR (ID - 7945)

sif Damarlar, zolaqlar şəklində olan. Göy üzü damar-damar; Ay baxar xumar-xumar; Ürək ki var, şüşədir; Sındırarsan, kim yamar? (Bayatı).
// Çoxlu damarlar şəklində. Çəkirlər əllərimi qupquru damar-damar; Eh, uzunsaç rəssamlar,...

Bu səhifə 195 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif