1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 69
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DURULAŞMAQ (ID - 11046)

f. 1. Duru olmaq, sıyıqlaşmaq, durulanmaq. Doşab durulaşdı. Mürəbbə durulaşdı.
2. Durulmaq, saflaşmaq, aydınlaşmaq. Dünya durulaşır ana səsindən; Eh, neçə illərdir onsuzam, gülüm. M.Araz.

DURULDUCU (ID - 11047)

sif. Durulaşdıran, saflaşdıran. Zəy suyu durulducu maddədir.

DURULDULMA (ID - 11048)

“Duruldulmaq”dan f.is.

DURULDULMAQ (ID - 11049)

məch. Duru hala salınmaq, duru edilmək.

DURULDULMUŞ (ID - 11050)

f.sif. Durulaşdırılmış, duru hala salınmış.

DURULMA (ID - 11051)

“Durulmaq”dan f.is.

DURULMAQ (ID - 11052)

f. 1. Duru olmaq, duru hala gəlmək, saf və təmiz hala düşmək. Bulanıq suya zəy vurulanda durulur. - Araz buruldu, getdi; Suyu duruldu, getdi; Mən dedim, yar incidi; Demə yoruldu, getdi. (Bayatı). Boz səhralar çiçək açır, sular durulur;...

DURULTMA (ID - 11053)

“Durultmaq”dan f.is.

DURULTMAQ (ID - 11054)

f. Duru hala salmaq; saflaşdırmaq, şəffaflaşdırmaq. Çayın suyunu durultmaq. Kürün suyunu duruldub içirlər.

DURULUQ (ID - 11055)

is. 1. Duru şeyin halı; saflıq, şəffaflıq. Suyun duruluğu.
Sıyıqlıq. Bəkməzin duruluğu.
məc. Aydınlıq, açıqlıq. Lakin biz onun gözünə baxarkən aydınlıqdan və duruluqdan başqa bir şey görməzdik. M.İbrahimov.

DURUM1 (ID - 11056)

is. 1. Davam, dözüm, tab, səbat. Amma [Həmzə] zarıyırdısa da, deyəsən, yalvarmaq fikrində deyildi və onun belə durumu Veysi özündən çıxarırdı. Ə.Əbülhəsən.
// Güc, qüvvət. Heç olmasa, bir-iki tikə yeyərəm, evə çatana...

DURUM2 (ID - 11057)

is. Çox bərk narın torpaq, qum. Bir azdan sonra durumla dolu bir vedrə çəkdilər və vedrəni yenə quyuya salladılar. C.Cabbarlı.

DURUMLU (ID - 11058)

sif. Durumu olan, davamı olan, tutarı olan. Durumlu xörək.
// Dözümlü.

DURUMLULUQ (ID - 11059)

is. Durumlu şeyin halı. Yeməyin durumluluğu.

DURUMSUZ (ID - 11060)

sif. Durumu olmayan. Sanılı pul durumsuz (z.) olar. (Ata. sözü).

DURUMSUZLUQ (ID - 11061)

is. Durumsuz şeyin hal və keyfiyyəti.

DURUŞ (ID - 11062)

is. 1. Durma tərzi, durma vəziyyəti, özünü tutma tərzi. ..Başında göy araxçın, duruşunda əzəmət; Üzündə qəm izləri, gözlərində məhəbbət. B.Vahabzadə. Zürafə boynuna bənzərdi boynu; Məğrur, ədalı bir duruşu vardı.....

DURUŞMA (ID - 11063)

“Duruşmaq”dan f.is.

DURUŞMAQ (ID - 11064)

f Bir qaydada durmaq (çoxları haqqında).

DURUŞ-OTURUŞ (ID - 11065)

is. Hal və hərəkət, hərəkət tərzi; əda. Lakin [Erkək Tükəzbanın] sifətinə bir az yaxından diqqət verəndə və duruşuna-oturuşuna baxanda adama bir növ yapışqanlıq gəlir. B.Talıblı. [Uçitel] gecə kurslarından və kəndə yayılan...

DUST1 (ID - 11066)

[fars.] klas. b ax dost. Sənə nərgiz təki valeh olan mən; Ki, hüsnün surəti-rəhmandır, ey dust! Xətayi. Ol lalərüx olmaz bizə nə dust, nə düşmən; Əğyar ilə bihudə bu qovğadan usandıq. S.Ə.Şirvani.

DUST2 (ID - 11067)

is. kim. Toz halında dezinfeksiya maddəsi.

DUSTAQ (ID - 11068)

is. 1. Həbs olunmuş, yaxud dustaqxanada saxlanılan adam; məhbus. Dustaqlar gözdən qeyb olanacan camaat dallarınca baxırdı. Ə.Haqverdiyev. Qadın yalnız dustaqlara deyil, bəzən üç nəfər qarovul üçün dəyeməkgətirirdi. M.S.Ordubadi....

DUSTAQBAN (ID - 11069)

[dustaq və fars. ...ban] köhn. bax dustaqçı. Kürdlərdən biri dustaqbana yaxınlaşıb, qoca dustağı dalısına alıb aparmağı xahiş etdisə də, xahişi qəbul edilmədi. P.Makulu.

DUSTAQÇI (ID - 11070)

is. Dustaqxana nəzarətçisi. [Elxan:] Artıq tələsin, dustaqçı indicə qayıdacaqdır. C.Cabbarlı.

DUSTAQÇILIQ (ID - 11071)

is. dan. 1. Dustaqlıq, dustaqla olma, dustaqlıq dövrü.
2. Dustaqçının vəzifəsi, işi.

DUSTAQXANA (ID - 11072)

is. köhn. Həbsxana, həbs evi, qazamat. Dustaqxanaya salmaq. - Mənim adətimdir: bir dustaqxana adı gələndə, gərək iki ağaclığından qaçam, yox olam. C.Məmmədquluzadə. Şaban gedən günü Məşədi Məmmədəli, arvadı Gülsüm, neçə...

DUSTAQLIQ (ID - 11073)

is. Həbsdə saxlanılan, yaxud həbs edilmiş adamın halı; məhbusluq. [Mürsəl:] - A, müəllim, üzüm də səndən qara, bizim uşaq dustaqlıqdan kağız yollayıb. Bir oxuyun görək nə yazıb? İ.Şıxlı.

DUSTANƏ (ID - 11074)

zərf [fars.] klas. Dostcasına, dost kimi. Yad et məni, dustanə yad et. A.Səhhət.

DUŞ1 (ID - 11075)

[fr.] 1. Su müalicəsi və ümumiyyətlə, çimmək üçün yuxarıdan su səpələyən cihaz, alət. [Tahir] sonra tamam çılpaqlaşıb, özünü soyuq duşun altına verdi. M.Hüseyn.
Su cərəyanı vasitəsilə bədənə təsir etməkdən ibarət...

DUŞ2 (ID - 11076)

is. qəd. Yuxu, röya. [Kərəm:] Bilməm xəyalmıdır, yoxsa duş kimi; Gəldi keçdi boran kimi, qış kimi. “Əsli və Kərəm”. Yatmışdım, aşkar gördüm duşumu; Əzəlindən mən bilirdim işimi. “Koroğlu”.

DUŞXANA (ID - 11077)

is. [fr. douche və fars. ...xanə] Duş düzəldilmiş yer, duş qəbul edilən yer.

DUTSAQ (ID - 11078)

“Dustaq” söz. qədim forması.

DUVAQ (ID - 11079)

is. 1. etnoqr. Gəlin gedən qızın üzünü örtən tül örtü. Gül düxtərinin ərusi yetmiş; Gülgün duvağın başına örtmüş. Xətayi. Artıq Gülzarı başında ağ duvaq qapıdan çıxarırlardı. C.Cabbarlı.
// Ümumiyyətlə, keçmişdə...

DUVAQQAPMA (ID - 11080)

is. ədəb. Xalq dastanlarının axırında, adətən, gəlini tərifləyən və ona nəsihət verən aşıq şeri. Şadlıq məclisində ustad aşıq sazı döşünə basıb bu duvaqqapma ilə onların toyunu bağladı. “Lətif şah”. Ustad bir aşıq...

DUVAQLAMA (ID - 11081)

“Duvaqlamaq”dan f.is.

DUVAQLAMAQ (ID - 11082)

f Üzünə duvaq çəkmək.

DUVAQLANMA (ID - 11083)

“Duvaqlanmaq”dan f.is.

DUVAQLANMAQ (ID - 11084)

məch. Üzünə duvaq çəkilmək.

DUVAQLI (ID - 11085)

sif. Üzündə duvaq olan, üzüduvaqlı. Bir yandasa ağ eyvanlı təzə binalar; Ağ duvaqlı gəlin kimi gendən gülürdü. Ə.Cəmil.

DUVAQLIQ (ID - 11086)

sif. Duvağa yarayan. Duvaqlıq tül.

DUVAQSIZ (ID - 11087)

sif. Duvağı olmayan.
// zərf Duvağı olmadan, duvaq örtmədən, üzüaçıq. Qızlar, qadınlar indi duvaqsız gəzirlər.

DUYDURMA (ID - 11088)

“Duydurmaq”dan f.is.

DUYDURMAQ (ID - 11089)

icb. Hiss etdirmək, sezdirmək, sözsüz başa salmaq, bildirmək.

DUYĞU (ID - 11090)

is. 1. Obyektiv aləmin hadisələrini qavrama, hiss etmə qabiliyyəti; hiss. Duyğu orqanları.
Öz hissləri, təəssüratı əsasında bir şeyi qavrama, dərk etmə, başa düşmə qabiliyyəti. İnsani duyğular. Hörmət duyğusu. Məsuliyyət...

DUYĞULU (ID - 11091)

sif. İncə duyğusu olan, tez və
yaxşı duyan, hiss edən. Duyğulu adam.

DUYĞUSUZ (ID - 11092)

sif. 1. Duyğusu olmayan, heç bir şeyi hiss etməyən, duymayan, yaxud duyğusu kütləşmiş.
// Üzgünlükdən, yorğunluqdan bayğınlıq dərəcəsinə gəlmiş. [Şeyx Hadi:] Suda bir xeyli qol-qanad çaldıq; Həp yorulduq da, duyğusuz (z.)...

DUYĞUSUZLUQ (ID - 11093)

is. Duyğunun olmadığı hal; hissizlik.

DUYLUQ (ID - 11094)

özünü duyluga qoymaq dan.
özünü bilməməz kimi göstərmək, özünü bilməməzliyə qoymaq. Bu ittifaqda qız qəsdən özünü duyluğa qoyacaqdır ki, guya mən sizi heç elçi bilməyirəm, adi qonaq bilirəm. R.Əfəndiyev.

DUYMA (ID - 11095)

“Duymaq”dan f.is. Duyma qabiliyyəti.

Bu səhifə 180 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif