1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 39
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DIZ-DIZ, DIZZ (ID - 9546)

təql. 1. Arıların, çibinlərin, yaxud qaynamaqda olan samovarın çıxardığı səs.
2. Birinə yanıq, acıq verəndə çıxarılan səs. [Qaraca qız:] Dızz, qara köpək, dızz, necəsən, tuta bilmədinmi, - deyə qara köpəyə yanıq verirdi....

DIZIXMAQ (ID - 9547)

f. dan. Sürüşmək, əkilmək, aradan çıxmaq, qorxub qaçmaq. Kədxuda üstünə qara yaxdılar; Sözlərin danışıb tez dızıxdılar. Q.Zakir.

DIZILDAMAQ (ID - 9548)

f. Dızıltı səsi çıxarmaq. Samovar xoş bir ahənglə dızıldayır. Ə.Sadıq.

DIZILTI (ID - 9549)

is. Dız-dız səsi. [Ovçu Qasım:] Gördüm kolun altında bir kor sərçə oturub, arının dızıltısını eşitcək ağzını ayırdı və arı buğdanı onun ağzına buraxıb getdi. Ə.Haqverdiyev. Sonra dedim: - ..Bu nə dızıltıdır belə;...

DIZQAX (ID - 9550)

is. məh. Bitki bitirməyən, məhsul verməyən yer.

Dİ (ID - 9551)

əd. 1. Təkid, əmr, ya xahiş bildirir. Di, yaz! Di, tez ol! Di, gəl çıx! - Di, yumma gözlərini, qoy görüm doyunca barı. X.Natəvan. Toplayıb bir dəstə çiçək; Di, gəlin məktəbə gedək. Ə.Cavad. Odur, qızım, - deyə qarı yavaşdanpıçıldadı....

DİABET (ID - 9552)

[yun.] tib. Çoxlu sidik ifrazı şəklində təzahür edən bir sıra xəstəliklərin adı.
Şəkər diabeti - başlıca əlaməti sidikdə və qanda şəkərin çoxalmasından ibarət olan xəstəlik; şəkər xəstəliyi. Yağlı-yavan, nə düşdü,...

DİABETLİ (ID - 9553)

sif. və is. tib. Şəkər xəstəliyi olan (adam).

DİAFRAQMA (ID - 9554)

[yun.] 1. anat. Döş boşluğu ilə qarın boşluğu arasında olan pərdə. Heyvanın qarın boşluğu ilə döş boşluğu arasında nazik əzələlərdən ibarət bir pərdə vardır, bu, onun diafraqmasıdır. C.Cəbrayılbəyli.
2. Optik cihazlarda:...

DİAFRAQMALI (ID - 9555)

sif. xüs. Diafraqması olan.

DİAKRİTİK (ID - 9556)

sif. [yun.] dilç. Hərflərin üstündə və ya altında qoyulan.
□ Diakritik işarə - hərfin altında və ya üstündə olan və tələffüzü göstərən işarə.

DİAQNOST (ID - 9557)

[yun.] tib. Diaqnozu düzgün təyin edən həkim (bax diaqnoz). O həkim yaxşı diaqnostdur.

DİAQNOSTİK (ID - 9558)

sif. [yun.] tib. Diaqnoza, diaqnostikaya aid olan, xəstəliyin xüsusiyyətini bildirən. Diaqnostik üsullar. - ..Diaqnostik məqsədlərlə hazırda, tərkibində dəqiq indikatorlar olan izotoplar daxil edilmiş bəzi birləşmələr işlədilir....

DİAQNOSTİKA (ID - 9559)

[yun.] Tibbin, xəstəliklərin əlamətlərindən, diaqnoz qoyma üsul və prinsiplərindən bəhs edən şöbəsi. //Diaqnozu müəyyən etmə, diaqnoz qoyma (qoyulma). ..Rentgen şüaları fotoqrafiyada və bəzi xəstəliklərin diaqnostikasında...

DİAQNOZ (ID - 9560)

[yun.] tib. Xəstəni hərtərəfli müayinə nəticəsində onun xəstəliyinin müəyyən edilməsi. Əziz əlini ürəyinin üstünə qoyandan sonra həkim diaqnozunun dürüstlüyünə daxilən sevindi. Ə.Vəliyev. Mənim gümanım gələn bir diaqnozu...

DİAQONAL (ID - 9561)

[lat. əsli yun.] 1. riyaz. Çoxbucaqlının və ya çoxüzlünün yanaşı olmayan təpələrini birləşdirən düz xətt. Dördbucaqlının diaqonalı.
2. Toxuma milləri çəpinə gedən sıx parça növü.
// Bu parçadan tikilmiş. Diaqonal...

DİAQRAM (ID - 9562)

[yun.] Müxtəlif kəmiyyətlər arasındakı nisbəti göstərən qrafik təsvir; cədvəl. Neft sənayesinin artım diaqramı. O, diaqramlarla kifayətlənməyib .. öz fikrini əyani surətdə göstərirdi. M.Hüseyn. Əhmədov divardakı cədvəllərə,...

DİALEKT (ID - 9563)

[yun.] dilç. 1. Yerli şivə, ləhcə. Məhəlli dialekt. Bakı dialekti.
B a x dialektal. Dialekt sözləri.

DİALEKTAL (ID - 9564)

sif. [yun.] dilç. Dialektə aid olan, dialekt mahiyyətində olan. Dialektal ifadə. Dilin dialektal xüsusiyyəti.

DİALEKTİK (ID - 9565)

is. [yun.] fəls. Dialektik fəlsəfə tərəfdarı, dialektik üsul tətbiq edən (metafizik əksi). ^

DİALEKTİK (ID - 9566)

sif. [yun.] fəls. Dialektikaya aid olan, dialektika qanunlarına əsaslanan, metafizikaya zidd olan. Dialektik fəlsəfə. Dialektik təfəkkür. Dialektik üsul. Dialektik materializm.

DİALEKTİKA (ID - 9567)

[yun.] 1. fəls. Təbiət, cəmiyyət və təfəkkürün hərəkət, dəyişmə, təzələnmə və inkişafının ümumi qanunlarından bəhs edən elm. Materialist dialektika.
fəls. Bir şeyin hərəkət və inkişaf prosesi. Hadisələrin dialektikası....

DİALEKTİZM (ID - 9568)

[yun.] dilç. Dialektdən ədəbi dilə keçmiş məhəlli söz və ya ifadə. Yazıçının dilində təsadüf edilən dialektizmlər.

DİALEKTOLOGİYA (ID - 9569)

[yun. dialekt və logos - elm, anlayış] dilç. Dilçiliyin, dildə olan dialektləri (ləhcə və şivələri) öyrənən şöbəsi.

DİALEKTOLOJİ (ID - 9570)

sif. [yun.] dilç. Dialektologiyaya aid olan. Dialektoloji xəritə. Dialektoloji ekspedisiya. Dialektoloji atlas.

DİALEKTOLOQ (ID - 9571)

[yun. dialekt və logosdan] dilç. Dialektologiya mütəxəssisi olan dilçi. Azərbaycan dialektoloqlarının əsərləri.

DİALOJİ (ID - 9572)

sif. [yun.] Dialoq mahiyyətində olan, dialoq (mükalimə) şəklində olan.

DİALOQ (ID - 9573)

[yun.] Ədəbi əsərin, iki şəxsin söhbəti şəklində yazılmış hissəsi; mükalimə. Sabirin “Əhvalpürsanlıq” dialoqu. - O, bu ilk dialoqda Hüseynin füsunkar səsindən sehirlənmişdi. S.Rəhman.

DİAMAT (ID - 9574)

[dialektik materializm söz. ixtisar forması] dan. Dialektik materializm (ali məktəbdə keçilən fənn). Diamat müəllimi. Diamatdan imtahan vermək.

DİAMETR (ID - 9575)

[yun.] riyaz. Çevrənin mərkəzindən keçib onu iki bərabər hissəyə bölən düz xətt.
// Dairəyə, yaxud dairəyə oxşar şəkildə olan cisim və ya sahənin kənarlarındakı qarşılıqlı nöqtələr arasındakı məsafə. Ağacın...

DİAMETRAL (ID - 9576)

sif. [lat. əsli yun.] Diametr xətti ilə ortadan bölən, ya bölünən. Diametral səth.

DİAMETRLİ (ID - 9577)

sif. Diametri müəyyən ölçüdə olan. 10 mm diametrli boru.

DİAPAZON (ID - 9578)

[yun.] 1. mus. Hər hansı bir müğənninin, yaxud musiqi alətinin malik olduğu müxtəlif yüksəklikdə olan səslərin məcmusu. Müğənninin səs diapazonu böyükdür. - Nəğməkarların və ya musiqi alətlərinin ən bəm səsdən ən zil...

DİAPAZONLU (ID - 9579)

sif. Müəyyən diapazonu olan.

DİAPOZİTİV (ID - 9580)

[yun. dia - vasitəsilə və lat. positivus - müsbət] fot. Proyeksiya fənəri vasitəsilə göstərilmək üçün şüşə və s. üzərinə salınmış şəkil.

DİASPOR (ID - 9581)

is. [yun.] Xalqın mənsub olduğu ölkədən kənarda yaşayan mühüm hissəsi.

DİATERMİYA (ID - 9582)

[yun.] tib. Yüksək təzyiqli elektrik cərəyanı ilə müalicə üsulu.

DİATEZ (ID - 9583)

[yun.] tib. Orqanizmin bəzi xəstəliklərə meyilliyi.

DİATONİK (ID - 9584)

sif. [yun.] mus. Ardıcıl surətdə ladın bir pərdəsindən digərinə keçən, yaxud yerləşən. Diatonik qamma (bütöv və yarımtonlardan ibarət səslərin ardıcıl sırası). - Avropa musiqisində olduğu kimi, Azərbaycan musiqisində də...

DİB (ID - 9585)

is. 1. Dəniz, çay, kol və s. suyunun altındakı torpaq səthi. Görünməz olmuşdur dənizin dibi; Qayıq yırğalanır bir beşik kimi. S.Vurğun. Sanki qalxmaq istəyir göyə dənizin dibi. R.Rza. Qoca, avarı suyun dibinə dayayıb, ayaqları...

DİBA (ID - 9586)

is. [fars.] klas. Zərli gülləri olan ipək parça.
// Sif. mənasında. Həmin parçadan tikilmiş. Xoş yaraşır sənə diba nimtənə; Bu bəzəyinyeni əlaməti var. M.P.Vaqif. Diba nimtənəli, tikmə köynəkli; Yaşıllı, zərbaflı, allı...

DİBAÇƏ (ID - 9587)

is. [fars.] ədəb. 1. Keçmişdə: kitabın qızıl suyu ilə nəqşlərlə bəzənmiş müqəddiməsi, ilk səhifələri.
2. Giriş, müqəddimə. Füzuli divanının “Dibaçə”si.
// Məc. mənada. [Mirzə Fətəli:] Sözünü buyur, dibaçə...

DİBCİK (ID - 9588)

is. Tüfəng qundağının döşə dirənən enli hissəsi. Tüfəngin dibciyi. - Dibcik qısdı məməsinə, körpə ayaqlı Çin qadınları. R.Rza.

DİBÇƏK (ID - 9589)

is. İçinə torpaq tökülərək gül, kol və başqa bitkilər əkilən qab. Gül dibçəyi. Saxsı dibçək. - Əhməd durub o biri otağa keçdi, hər əlində bir dibçək qayıtdı.. S.Rəhimov. Divarlar şəkillərlə bəzənmiş, pəncərələrə...

DİBÇƏKVARİ (ID - 9590)

sif. Dibçək kimi, dibçəyə oxşar. Dibçəkvari qab.

DİBDƏNÇIXMA (ID - 9591)

sif. Budaqsız çubuq, zoğ, şiv. Dibdənçıxma çubuq.

DİBDƏNDÜŞMƏ (ID - 9592)

sif. Tağların diblərinə yaxın qismində əmələ gələn meyvə, məhsul. Dibdəndüşmə xiyar.

DİBDOLDURAN (ID - 9593)

is. k.t. Bitkilərin dibini torpaqla dolduran alət və s. Suvarma şırımları açmaq üçün kultivatora dibdolduranlar qoşulur. “Pambıqçılıq”.
// Sif. mənasında. Dibdolduran alət.

DİBƏK (ID - 9594)

is. 1. Daş, ya ağacdan böyük həvəng. Qəhvəni dibəkdə döyərlər. - Haman daş, haman dibək. (Ata. sözü).
2. Buğda və çəltik döymək üçün yerdə qazılmış kiçik çuxur. Dibəkdə düyü döymək.

DİBİR (ID - 9595)

is. məh. Təsbəhlərdə olan uzunsov muncuq dənəsi.

Bu səhifə 3 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif