Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

DÖYMƏC (ID - 10846)

is. məh. Yaş meyvənin döyülməsi ilə hazırlanan yemək. Gün uzun, külfət oruc, döyməc ilə keçmir əməl. M.Möcüz.
// Doğranmış çörək və pendiri qarışdırıb yağda qovurmaqla hazırlanan yemək.
// Ovulmuş çörəklə...

DÖYMƏDÖŞƏMƏ (ID - 10847)

is. aşp. İçərisinə döyülmüş ət qoyulmuş, yaxud qarası ət qiyməsi olan plov. [Ağa Kərim xan:] ..Tez ürəktutan xörəklərdən birisi döymədöşəmədir. N.Vəzirov.

DÖYMƏK (ID - 10848)

f. 1. Əziyyət vermək, yaxud cəzalandırmaq üçün birini əl, yaxud başqa bir şeylə vurmaq; kötəkləmək, əzişdirmək. Xanım haqsız yerə [Sarıköynəyi] söyübdanlamağa, döyməyə, incitməyə başlayır. S.Hüseyn. [Qədir:] Öküzü...

DÖYMƏKABAB (ID - 10849)

is. Döyülmüş ətdən bişirilən kabab. Başladı zakazı: döymə kabab, cücə kababı, çoxoxbili, daha nə bilim nə. Ə.Haqverdiyev.

DÖYMƏQİYMƏ (ID - 10850)

is. aşp. Döyülmüş ət, noxud və kişmişdən bişirilən yemək.

DÖY-SINDIR (ID - 10851)

zərf dan. Bərk-bərk döyərək, əzişdirərək; döyülmüş halda. Kişini döysındır aparıb qatırlar zindana. “M.N.lətif.”.

DÖYÜKDÜRMƏ (ID - 10852)

“Döyükdürmək”dən f.is.

DÖYÜKDÜRMƏK (ID - 10853)

f. Təəccübləndirmək, mat qoymaq, çaşdırmaq. Bünyadın qulaqları uğuldayırdı, [külək] onu döyükdürmüşdü. Ə.Əbülhəsən.

DÖYÜKMƏ (ID - 10854)

“Döyükmək”dən f.is.

DÖYÜKMƏK (ID - 10855)

f Özünü itirmək, mat qalmaq, təəccüb etmək, çaşıb qalmaq, çaşmaq. Sofiya xanım Rüstəm bəyi görən kimi əvvəl döyükdü, rəngi qaçdı. Çəmənzəminli. [Ruqiyyə] ovçu əlindən qurtarmış maral kimi döyüküb töysünürdü....

DÖYÜKMÜŞ (ID - 10856)

f.sif. Çaşmış, özünü itirmiş, çaşıb qalmış, mat qalmış. O, içəri girdi, döyükmüş gözləri ilə dükanın içindəkilərə baxdı. M.Hüseyn. ..Qulam döyükmüş (z.) halda ətrafına baxınıb soruşdu. Ə.Əbülhəsən. Camaat...

DÖYÜLMƏ (ID - 10857)

“Döyülmək”dən f.is.

DÖYÜLMƏK (ID - 10858)

məch. 1. Əl və ya başqa bir şeylə vuraraq əziyyət verilmək; kötəklənmək, əzişdirilmək. Bərk döyülmək. - Bir də görürdün [Dəli Səməd] döyüldüyü yerdə, gözləri yaşlı qəhqəhə çəkib gülürdü. Çəmənzəminli. [Əhməd:]...

DÖYÜLMÜŞ (ID - 10859)

f.sif. 1. Əziyyət verilmək
üçün əl və ya başqa bir şeylə vurulmuş; kötəklənmiş, əzişdirilmiş.
// Məğlub edilmiş.
Sünbülündən ayrılmış. Döyülmüş taxıl.
Üyüdülmüş, narın hala salınmış. Həvəngdə...

DÖYÜM (ID - 10860)

is. Taxıl döymə işi. Taxıl döyümü. Döyüm başlandı. - Kəndlərin çoxunda biçin başlayıb sürətlə davam edirdi. Döyüm üçün kəndlilər .. çox tələsirdilər. Ə.Əbülhəsən.

DÖYÜN (ID - 10861)

b ax döyüm. Kəndlilər biçindən, döyündən və bağ-bostandan qayıtmışdılar. Ə.Abasov.
// Döyülən taxıl. Sovuruq atan kişilər əllərindəki ağac şanalar ilə toplanan döyünü düzəldir və sahmana salırdılar. S.Rəhimov.

DÖYÜNÇÜ (ID - 10862)

is. Taxıldöyən adam; xırmançı. Başıçalmalı döyünçü qoca xırmançı Pasını qarşıladı. S.Rəhimov.

DÖYÜNÇÜLÜK (ID - 10863)

is. Döyünçünün işi, peşəsi.

DÖYÜNDÜRMƏ (ID - 10864)

“Döyündürmək”dən f.is.

DÖYÜNDÜRMƏK (ID - 10865)

icb. Döyünməyə məcbur etmək, döyünməsinə səbəb olmaq. Ürəyini döyündürmək.

DÖYÜNMƏ (ID - 10866)

“Döyünmək”dən f.is. Ürək döyünməsi.

DÖYÜNMƏK (ID - 10867)

1. f Xəstəlik üzündən, yaxud qorxudan, həyəcandan, fərəhdən və başqa səbəblərdən tez-tez vurmaq, çırpınmaq (ürək). ..On beş yaşına gəlincə hər kəs [tənbəkini] çəksə, onun boyu çıxmaz, özünün də ürəyi döyünər....

DÖYÜNTÜ (ID - 10868)

is. Döyünmə. 'Döyüntü bilməyir burda ürəklər; Səyirdir atını qopan küləklər. S.Vurğun.

DÖYÜŞ (ID - 10869)

is. Vuruşma, çarpışma, vuruş, dava. Döyüş meydanı. Döyüş əməliyyatı. Əsgərlərin döyüş hazırlığı. Döyüşlərdən çıxmış ordu. Döyüş təcrübəsi. - Pozmaz cərgəmizi nə dərə, nə düz; Hazırdır döyüşə qızıl...

DÖYÜŞÇÜ (ID - 10870)

is. Sıravi əsgər. Komandir və döyüşçülər. - Meşədə minlərlə döyüşçünün yerləşdiyinə baxmayaraq, bir səs belə eşidilmirdi. M.S.Ordubadi. Başqa bir döyüşçü həyəcanla serjanta tərəf gəlir. Ə.Məmmədxanlı.
□...

DÖYÜŞDÜRMƏ (ID - 10871)

“Döyüşdürmək”dən f.is.

DÖYÜŞDÜRMƏK (ID - 10872)

icb. Bir-biri ilə vuruşdurmaq, dalaşdırmaq, toqquşdurmaq. Qoç döyüşdürmək. - On üç yaşına çatana kimi mən küçələrdə xoruz döyüşdürürdüm. C.Məmmədquluzadə.
// Bərk-boşluğunu yoxlamaq üçün yumurtaların uclarını...

DÖYÜŞDÜRÜLMƏ (ID - 10873)

“Döyüşdürülmək”dən f.is.

DÖYÜŞDÜRÜLMƏK (ID - 10874)

məch. Bir-biri ilə vuruşdurulmaq, dalaşdırılmaq, toqquşdurulmaq.

DÖYÜŞƏN (ID - 10875)

f.sif. Vuruşan, vuruşqan, döyüşkən. 'Döyüşən xoruz, qoç.
// Mübarizə edən. M.S.Ordubadinin “Döyüşən şəhər” adlı romanı tarixi hadisələrə həsr olunmuşdur.

DÖYÜŞKƏN (ID - 10876)

sif. 1. Davakar, vuruşqan, savaşqan. Döyüşkən adam. Döyüşkən xoruz.
[Səttar:] Özü arıq bir oğlandır. Amma bilirsən necə döyüşkəndir? P.Makulu.
2. məc. Mübariz, qorxmaz, cəsarətli. [Dilbər:] Sizi isə, Gülüş, indi mən...

DÖYÜŞKƏNLƏR (ID - 10877)

is. zool. Şirin sularda və akvariumlarda yaşayan kiçik balıq.

DÖYÜŞKƏNLİK (ID - 10878)

is. 1. Davakarlıq, vuruşqanlıq, savaşqanlıq.
2. məc. Mübarizlik, cəsarətlilik.

DÖYÜŞQABAĞI (ID - 10879)

sif. Döyüş başlamadan əvvəl. Döyüşqabağı hazırlıq.

DÖYÜŞMƏ (ID - 10880)

“Döyüşmək”dən f.is.

DÖYÜŞMƏK (ID - 10881)

f (Bir-biri ilə) çarpışmaq, vuruşmaq, savaşmaq, toqquşmaq. Qoçlar döyüşür. Xoruzlar döyüşlər. - Mərd döyüşəndə namərd qaçar. (Məsəl). Dünyanı sellərində çalxayan bizim həyat; Sağdan sola döyüşmüş, sonra yoluna düşmüş....

DÖYÜŞ-SÖYÜŞ (ID - 10882)

is. Dava-dalaş, döyüşübsöyüşmə, dalaşma.

DÖYÜŞSÜZ (ID - 10883)

zərf Döyüş olmadan, vuruşmadan, çarpışmadan; dinc yolla. Şəhəri döyüşsüz almaq.
// Mübarizəsiz. Qışsız bahar olmadığı kimi, döyüşsüz, əziyyətsiz, qurbansız da qələbə, xoşbəxt həyat yoxdur. Ə.Abasov.

DÖZMƏ (ID - 10884)

“Dözmək”dən f.is.

DÖZMƏK (ID - 10885)

f 1. Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. - Soyuq dəmir çəkicə dözər. (Ata. sözü).
// Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq...

DÖZÜLMƏ (ID - 10886)

“Dözülmək”dən f.is.

DÖZÜLMƏK (ID - 10887)

məch. Davam gətirilmək, tab gətirilmək; təhəmmül edilə bilmək, keçirilə bilmək.

DÖZÜLMƏZ (ID - 10888)

sif. Dözmək mümkün olmayan, dözülə bilməyən, dözülməsi çətin olan. Dözülməz vəziyyət. Dözülməz isti. Dözülməz hərəkət. Dözülməz söz. - Çoxları məyus oturmuşdu. Bu hal özü də geridə qalmağın nə dərəcədə ağır...

DÖZÜLMƏZLİK (ID - 10889)

is. Dözülə bilməməzlik, dözülməz vəziyyət. [Firidun:] Həyatımızın dözülməzliyinə dair sizin əqli və məntiqi dəlilləriniz əleyhinə bir şey demək mümkün deyildir.. M.İbrahimov.

DÖZÜM (ID - 10890)

is. Dözmə, qatlaşma qabiliyyəti; mətanət, dəyanət, səbir etmə, dayanma, davam gətirmə, tab gətirmə; davam, səbat. Dözümü yoxdur. - Dağlar, səndə gözüm var: Dərdə məndə dözüm var. (Bayatı). [Buğac] öz gücünü, çevikliyini,...

DÖZÜMLÜ (ID - 10891)

sif. Dözümü olan; səbirli, davamlı, tablı, mətanətli. Qaraca qız da Nurəddin kimi pis günə dözümlü, səbirli bir uşaqdır. S.S.Axundov. İdris, sən yaxşı bilirsən ki, müharibə dəhşətli bir müharibədir. Onun çovğunları və...

DÖZÜMLÜLÜK (ID - 10892)

is. Dözmə, tab gətirmə, davam gətirmə qabiliyyəti; cismən və mənən möhkəmlik, davamlılıq, səbirlilik, səbat, mətanət. Futbol insanda dözümlülük, cəldlik, çeviklik kimi keyfiyyətlər tərbiyə edir.

DÖZÜMSÜZ (ID - 10893)

sif. Dözümü olmayan; səbirsiz, davamsız, tab gətirə bilməyən, tabsız. Püstəxanım həddindən artıq dözümsüz idi. M.Hüseyn.

DÖZÜMSÜZLÜK (ID - 10894)

is. Dözümün olmadığı hal və keyfiyyət; cismən və mənən davamsızlıq, səbatsızlıq, mətanətsizlik.

DÖZÜŞ (ID - 10895)

bax dözüm.

Bu səhifə 108 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla