Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

DALAYICI (ID - 7846)

sif. Dalayan.

DALAY-LAMA (ID - 7847)

[monq.] Tibetdə dini və dünyəvi hakim; Tibet-monqol buddistlərinin baş ruhanisi.

DALBADAL (ID - 7848)

zərf Bir-birinin dalınca, birbirinin ardınca; ardıcıl, peydərpey. Dalbadal axışıb gəlmək. Dalbadal papiros çəkmək.
Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal. A.Səhhət. [Cabbar bəy] on beş il bundan qabaq evlənmiş və...

DALDA (ID - 7849)

1. sif. Sığınmağa və ya gizlənməyə yarayan. Dalda yer. Dalda divar.
Kosa boşalmış küçənin dalda yeri ilə yeriyib at tövlələrinin yanına çatdı. S.Rəhimov. Aqil onu güclə ağaclar arasına, dalda bir yerə gətirdi. Mir Cəlal.
is....

DALDA-BUCAQDA (ID - 7850)

is. Xəlvət, gözə görünməyən yer, göz qabağında olmayan yer. Dalda-bucaqda gizlənən və keçmişin xəyalı ilə yaşayanları kəskin tənqid atəşinə tuturdu. S.S.Axundov.

DAL-DALA (ID - 7851)

zərf Dallarını dallarına çevirərək.
□ Dal-dala vermək - bir-birinə arxalanmaq, bir-birinə kömək etmək. Verdilər dal-dala o heyvanlar; Qıldılar buynuzlarilə cövlanlar. S.Ə.Şirvani.

DALDALAMA (ID - 7852)

“Daldalamaq”dan f.is.

DALDALAMAQ (ID - 7853)

f Bir şeyin dalına çəkmək, gizlətmək. [Dursun:] Evə getməyin. Gəlin, mən sizi daldalaram. C.Cabbarlı. Zamanov pəncərədən baxdıqca, Əsgər çəkilir və başını daldalayırdı. S.Rəhimov.

DALDALANACAQ (ID - 7854)

is. Daldalanmağa yarar yer, dalda yer, sığınacaq; bir şeydən qorunmaq üçün yer. Nəriman hər şeydən əvvəl özünə daldalanacaq axtarırdı. Mir Cəlal.
// Sif mənasında. Burada heç daldalanacaq yer yoxdur. - Məktəbin geri yanında...

DALDALANDIRMA (ID - 7855)

“Daldalandırmaq”dan f.is.

DALDALANDIRMAQ (ID - 7856)

f Dalda yerdə sığındırmaq, dalda yerə çəkmək; himayə etmək.

DALDALANMA (ID - 7857)

“Daldalanmaq”dan f.is.

DALDALANMAQ (ID - 7858)

f 1. Dalda bir yerə sığınmaq, çəkilmək, pənah aparmaq. Sitarənin daldalanmağa bir yeri yox idi, atası evinə də getməyə qorxurdu. Çəmənzəminli. [Qadın] ..daldalanmaq üçün bir bucaq, sığınacaq axtarır. Ə.Məmmədxanlı.
//...

DALDALANMALI (ID - 7859)

sif. Daldalanmağa yarayan, sığınmağa yarayan. Kənddən iki verst uzaqdakı qamışlıq daldalanmalı yer idi. Mir Cəlal.

DALDALATMA (ID - 7860)

“Daldalatmaq”dan f.is.

DALDALATMAQ (ID - 7861)

f Daldada sığındırmaq, dalda yerə çəkmək.

DALDALAYICI (ID - 7862)

sif. Qoruyan, sığındıran, saxlayan, himayə edən, daldalanmağa yarayan. Yağışdan daldalayıcı çardaq.

DALDALI (ID - 7863)

zərf Üzünü dala çevirmədən, dala doğru. Daldalı getmək. - Pişik miyovuldaya-miyovuldaya uşağın dalicə daldalı hərəkət edirdi. C.Məmmədquluzadə. Sərvər daldalı gedib Sənəmi gətirir. Ü.Hacıbəyov.

DALDALIQ (ID - 7864)

1. Bax daldalanmalı.
2. is. Dalda yer; dalda. Daldalıqda oturub günəşin batmasını gözlədik.

DALDAN (ID - 7865)

zərf 1. Dal tərəfdən, arxa tərəfdən, arxadan. Daldan atılan daş topuğa dəyər. (Məsəl). Cəftəylə bağladı daldan qapını; Bucaqdan götürdü nöyütqabını. M.Rahim.
2. Dalınca, arxasınca. Çöl qapıdan mən çıxanda müdir...

DALDEY (ID - 7866)

məh. bax dalda 1 və 2-ci mənalarda. Əkbər də onun dalınca gedirdi. Daldey bir yerdə dayandılar. Mir Cəlal.

DALDIRMA (ID - 7867)

“Daldırmaq”dan f.is.

DALDIRMAQ (ID - 7868)

icb. 1. Dalmağa məcbur etmək, dalmasına səbəb, ya vasitə olmaq. Fikrə daldırmaq. - Baxınız, qaç yeni buruğun seyrinə; Daldırmış bizləri... M.Müşfiq.
2. Suyun, mayenin içinə girməyə, batmağa məcbur etmək.

DALĞA (ID - 7869)

is. 1. Su səthinin hərəkəti nəticəsində əmələ gələn böyük ləpə. Dənizdə dalğa var. Köpüklü dalğalar. - Qabağındakı daşlara toxunan dalğaların hər birisi bir timsah şəklini aldı. M.S.Ordubadi. Burada dalğalar qayığı...

DALĞACIQ (ID - 7870)

is. Kiçik dalğa, ləpə. Dənizin üzündəki dalğacıqlar. - Ayın kəsik şüaları sakit-sakit ləpələnən dənizdə əks etdikcə, dalğacıqlar gümüş pullar kimi parıldayırdı. M.Hüseyn.

DALĞADÖYƏN (ID - 7871)

bax ləpədöyən.

DALĞAKƏSƏN (ID - 7872)

is. xüs. Gəminin burnu, dalğanı yaran hissəsi.

DALĞAQIRAN (ID - 7873)

is. xüs. Limanı dalğa təsirindən qorumaq üçün bənd. 'Bəzən fırtına dalğaları körpüləri, betondan tökülmüş dalğaqıranları sındırır.

DALĞALANDIRILMA (ID - 7874)

“Dalğalandırılmaq”dan f.is.

DALĞALANDIRILMAQ (ID - 7875)

məch. 1. Dalğalanmasına səbəb olmaq; ləpələndirilmək. //Yelləndirilmək, tərpədilmək.
2. məc. Həyəcana gətirilmək, hərəkətə gətirilmək.

DALĞALANDIRMA (ID - 7876)

“Dalğalandırmaq”dan f.is.

DALĞALANDIRMAQ (ID - 7877)

f. 1. Dalğalı hala salmaq, dalğa kimi tərpətmək, ləpələndirmək. Suyu dalğalandırmaq. Dənizi dalğalandırmaq. - Vıyıldayan şiddətli küləkpambıq kollarını dalğalandırırdı... M.Hüseyn.
// Yelləndirmək, tərpətmək. Külək...

DALĞALANMA (ID - 7878)

“Dalğalanmaq”dan f.is. Külək gücləndikcə dalğalanma da güclənir.

DALĞALANMAQ (ID - 7879)

f 1. Suyun üzərində dalğa əmələ gəlmək; ləpələnmək, təlatüm etmək. Dəniz dalğalanır. - Yağlanmış su dalğalandıqca, göy qurşağı kimi rəng verib rəng alırdı. M.Hüseyn.
Küləyin təsiri ilə dalğa kimi tərpənmək,...

DALĞALATMA (ID - 7880)

“Dalğalatmaq”dan f.is.

DALĞALATMAQ (ID - 7881)

b ax dalgalandırmaq.

DALĞALI (ID - 7882)

sif. 1. Dalğası olan, ləpələnən, dalğalanan; təlatümlü. Dalğalı dəniz.
Dalğa şəklində görünən, dalğaya oxşayan, dalğavari. O yanda Puşkinin heykəlinə bax!Dalğalı saçları ağarmış qarla. S.Vurğun.

DALĞAÖLÇƏN (ID - 7883)

is. xüs. Dalğanın hərəkət və şiddətini ölçmək və hesablamaq üçün cihaz.

DALĞASINDIRAN (ID - 7884)

bax dalgaqıran.

DALĞASIZ (ID - 7885)

sif. Dalğa olmayan, ləpəsiz, sakit. Dalğasız dəniz. - Mədəndə dalğasız mazut gölləri; Açır qoxusilə dar könülləri. M.Müşfiq.

DALĞASIZLIQ (ID - 7886)

is. Ləpəsizlik, sakitlik. Dənizin dalğasızlığı.

DALĞAVARİ (ID - 7887)

sif. Dalğayaoxşar, dalğayabənzər, dalğa kimi, əyri-üyrü, qalxıb-enən. Dalğavari xətt. Dalğavari duman. Dalğavari səth. Dalğavari saç. - [Bəhmənin] ..saçları əvvəlki təkin sıx, dalğavari idi. İ.Məlikzadə.
// Dalğalar...

DALĞAVURAN (ID - 7888)

bax ləpədöyən.

DALĞAYABƏNZƏR (ID - 7889)

bax dalğavari.

DALĞAYABƏNZƏRLİK (ID - 7890)

bax dalğayaoxşarlıq.

DALĞAYAOXŞAR (ID - 7891)

b ax dalğavari.

DALĞAYAOXŞARLIQ (ID - 7892)

is. Dalğayaoxşar şeyin halı.

DALĞAYARAN (ID - 7893)

bax dalğaqıran.

DALĞIC (ID - 7894)

is. xüs. Su keçirməyən xüsusi paltarla suyun altına dalıb orada iş görən peşəkar işçi. Dalğıclar dənizin dibinə düşdülər.
□ Dalğıc gəmisi - sualtı texniki işlər görmək üçün gəmi.

DALĞICLIQ (ID - 7895)

is. xüs. Dalğıcın işi, peşəsi, sənəti.

Bu səhifə 102 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla