1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 54
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DOQMAT (ID - 10296)

[yun.] bax ehkam.

DOQMATİK (ID - 10297)

sif. [yun.] 1. Doğma (ehkam) mahiyyətində olan, doğmaya aid olan.
2. Mücərrəd, abstrakt, sxematik. Doqmatik izah üsulu. - [Usta Zeynalın] dini etiqadı o dərəcədə doqmatik şəkil almışdı ki, atdığı addımına, gördüyü işinə...

DOQMATİKLİK (ID - 10298)

is. Doğma (ehkam) mahiyyətində olma. Şərhin doqmatikliyi.
// Mücərrədlik, abstraktlıq, sxematiklik.

DOQMATIZM (ID - 10299)

[yun.] kit. Doğmalara (ehkamlara) əsaslanan qeyri-tənqidi təfəkkür; ehkamçılıq.

DOL (ID - 10300)

is. köhn. Keçmişdə quyudan su, neft (mazut) çəkmək üçün mal dərisindən, yaxud brezentdən və s.-dən tikilən tuluq. Kəlləçarxdan asılan mazut dolları dar ağacından asılan məhkumlar kimi sallanırdı. M.S.Ordubadi. Yaxşı yadımdadır...

DOLA (ID - 10301)

DOLAB1 (ID - 10302)

is. Evin divarında düzəldilən rəf, şkaf. Dolabın qarşısında bir boşqabın qırıqları görünürdü. S.Hüseyn. [Fatma arvad] gümüş stəkanaltılarını, qaşıqlarını tələsə-tələsə dolabdan çıxarır. Mir Cəlal.
// Ümumiyyətlə,...

DOLAB2 (ID - 10303)

is. Quyudan su çıxarmağa məxsus çarx. Su quyusunun dolabı xarab olmuşdur.

DOLAB3 (ID - 10304)

is. Kələk, hiylə, fənd, biclik, dolaşıq iş.
□ Dolab gəlmək - hiylə gəlmək, aldatmaq, fırıldaq işlətmək. Dolab qurmaq
hiylə düzəltmək, kələk qurmaq. Dolaba düşmək - hiyləli işə düşmək, dolaşıq işə düşmək....

DOLABÇA (ID - 10305)

is. Kiçik dolab (bax dolab1#).

DOLABÇI (ID - 10306)

sif. dan. Hiyləgər, fırıldaqçı, kələkbaz, bic.

DOLABÇILIQ (ID - 10307)

is. dan. Hiyləgərlik, fırıldaqçılıq, kələkbazlıq, biclik.

DOLABLI (ID - 10308)

sif. Dolabı olan. Dolablı divar.

DOLAQ (ID - 10309)

is. 1. Qılçaya sarılan, yundan və s.-dən toxunma sarğı, yaxud parça zolağı. Dolaqsız gedən oğlan; Dolaq tamam oldu, gəl. (Bayatı). Bir əsgər kəhriz başındakı qarağaca söykənib dolaqlarını bağlayırdı. Mir Cəlal.
// Patava....

DOLAQARDI (ID - 10310)

is. məh. Biçinçilərin qollarına sarıdıqları sarğı.

DOLAQLAMA (ID - 10311)

“Dolaqlamaq”dan f.is.

DOLAQLAMAQ (ID - 10312)

f Dolaq sarımaq.
// Sarımaq.

DOLAQLANMA (ID - 10313)

“Dolaqlanmaq”dan f.is.

DOLAQLANMAQ (ID - 10314)

məch. Dolaq sarınmaq.
// Sarınmaq.

DOLAQLI (ID - 10315)

sif. Qılçasına dolaq sarımış. Dolaqlı əsgər.

DOLAQLIQ (ID - 10316)

is. Dolağa yarayan, dolağa yetəcək qədər olan. Bir dolaqlıq şalparça.

DOLAM (ID - 10317)

is. Sarılan bir şeyin hər bir sarğısı, dövrəsi.
// Sarılan bir şeyin hər dəfədəki sarılmış miqdarı.
dolam-dolam sif. Dolama-dolama, əyriüyrü, dolamalar halında olan.
□ Dolamdolam olmaq - qıvrılmaq, burum-burum olmaq....

DOLAMA1 (ID - 10318)

1. “Dolamaq”dan f.is.
sif. Dümdüz olmayan; birbaşa, düz xətlə getməyən, o yana-bu yana burulan, əyri-üyrü, dolanbac. Dolama yol. Dolama cığır. Dolama küçə. - Qaranlıq küçədən sonra yolumuz dolamadır. N.Vəzirov. Dolama yollarla...

DOLAMA2 (ID - 10319)

is. Dırnaq altının iltihabı və irinləməsi; qılbaş. Barmağına dolama çıxıb.

DOLAMAÇARX (ID - 10320)

is. Quyudan dol və s. vasitəsilə su çəkmək, keçmişdə neft çıxarmaq üçün onun üzərində qurulan sadə, qaldırıcı (çarxlı) qurğu. Bir çocuq atla dolamaçarxda su çəkirdi. S.Hüseyn.
// Gəmilərdə lövbəri qaldırmaq üçün...

DOLAMAQ (ID - 10321)

f 1. Sarımaq, sarıqlamaq. Dolağı ayağına doladı, çəkməsini geydi. - [Durna:] Çay başından gəlirkən saçlarımı əllərinə doladı, kəndin içindən sürüdü. C.Cabbarlı.
məc. dan. Tapşırmaq, üzərinə yükləmək, həvalə etmək,...

DOLAM-DOLAŞIQ (ID - 10322)

sif. və zərf Tamamilə dolaşıq, çox dolaşıq, anlaşılmaz. Burmabığ rəis boğuq səslə öz qəzasında yaranan mürəkkəb vəziyyətdən dolam-dolaşıq raport verməyə başladı. S.Rəhimov.

DOLANACAQ (ID - 10323)

is. Yaşama şəraiti; güzəran, məişət, keçinəcək, yaşayış. Mirzə Fətəli komediyalarında hər nə yazıbsa, dolanacağımızın eynindən və məişətimizin özvaiəhvalından götürübdür. F.Köçərli. Ancaq anam Allah rəhmətinə...

DOLANBAC (ID - 10324)

1. sif. Çox dolaşıq, əyri-üyrü. Cığır dolanbac yol kimi əyri idi. M.İbrahimov. Oğul! - deyə Güllü arvad, dolanbac yollarla yox, öz ana ürəyi ilə duyub-anladığı kimi açıq-açığına sözə başladı. Ə.Əbülhəsən.
// Düz...

DOLANBACI (ID - 10325)

zərf Düz xətt ilə yox, əyriüyrü, dolama xətt üzrə. [Kişi] qaraquş kimi qanad gərib, .. dolanbacı getməyə başladı. S.Rəhimov.

DOLANBACLI (ID - 10326)

sif. Dolama, əyri-üyrü, dolanbac olan. Dəli və azğın dərədən dolanbaclı yollarla hücum edən bulanıq sellərin əkinləri, tikintiləri basmasına, uşaq aparmasına dözməkmi olar? Mir Cəlal.

DOLANDIRICI (ID - 10327)

is. Adam aldatmağı özünə peşə etmiş adam; fırıldaqçı, aldadıcı.

DOLANDIRICILIQ (ID - 10328)

is. Dolandırıcının işi, peşəsi; fırıldaqçılıq.

DOLANDIRILMA (ID - 10329)

“Dolandırılmaq”dan f.is.

DOLANDIRILMAQ (ID - 10330)

məch. 1. Hərləndirilmək, fırlandırılmaq.
2. Gəzdirilmək.

DOLANDIRMA (ID - 10331)

“Dolandırmaq”dan f.is.

DOLANDIRMAQ (ID - 10332)

f 1. Hərləndirmək, fırlandırmaq, aylandırmaq, dövr etdirmək. Çarxı dolandırmaq. - O əllər .. cəhrə dolandırmaqdan, lülə sarımaqdan qabar olub ağaca dönmüşdür! Ə.Əbülhəsən.
// Gəzdirmək. Uşağı apar, bağda dolandır,...

DOLANIŞ (ID - 10333)

DOLANIŞACAQ (ID - 10334)

dan. bax dolanacaq. [İmran:] Nə vaxtadək bizim dolanışacağımız belə gedəcəkdir? Ə.Haqverdiyev.

DOLANIŞIQ (ID - 10335)

dan. bax dolanacaq.

DOLANMA1 (ID - 10336)

“Dolanmaq1”dan f.is.

DOLANMA2 (ID - 10337)

1. “Dolanmaq2”dan f.is.
2. is. Həyat, yaşayış; həyat, yaşayış şəraiti. İkinci günü Ruqiyyə şəhər dolanmasından usandı. A.Divanbəyoğlu.

DOLANMAQ1 (ID - 10338)

f 1. Bir şeyin ətrafında fırlanmaq, hərlənmək, dövr eləmək, aylanmaq; dövrə vurmaq. Bu binanın ətrafını on dəqiqəyə dolanmaq olar. - Hüseynağa şeylərin daşınmasını gözləmədən yuxarı çıxıb buruğu dolandı. M.İbrahimov....

DOLANMAQ2 (ID - 10339)

f Öz həyatını, dolanacağını bir vasitə ilə təmin etmək, keçinmək, yaşamaq, güzəran etmək. O indi çox yaxşı dolanır.
// Ümumiyyətlə, yaşamaq, güzəran keçirmək, həyat sürmək. Bir növ dolanırdıq, mən palaz toxuyub...

DOLAŞ1 (ID - 10340)

b a x dolaşa. Dəyirmanın, bulaqların suyu donmuş, qurumuş; Sərçə, dolaş yem axtarır, qar üstünə qonmuşdur. A.Səhhət.

DOLAŞ2 (ID - 10341)

sif. dan. Dolaşıq, pırtlaşıq.
dolaş-dolaş: dolaş-dolaş olmaq - dolaşmaq, dolaşıq düşmək. İp dolaş-dolaş olub açılmır.

DOLAŞA (ID - 10342)

is. zool. Qarğa cinsindən kiçik qara rəngli quş; zağca. Dolaşa yuvası. Dolaşanı ələ öyrətmək olur.

DOLAŞDIRILMA (ID - 10343)

“Dolaşdırılmaq”dan f.is.

DOLAŞDIRILMAQ (ID - 10344)

“Dolaşdırmaq”dan (1, 2, 3, 5 və 6-cı mənalarda) məch.

DOLAŞDIRMA (ID - 10345)

“Dolaşdırmaq”dan f.is.

Bu səhifə 3 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif