1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 74
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DÜŞƏRGƏ2 (ID - 11296)

is. məh. etnoqr. Keçmiş toylarda: bəyin hamam boğçasını gətirən adama verilən hədiyyə, şey. Bəy xonçası gətirənə, .. adət belədir, gərək düşərgə versinlər. R.Əfəndiyev.

DÜŞƏRİNƏ (ID - 11297)

zərf Necə gəldi, necə oldu, qarasına, düşünmədən.

DÜŞƏRLİ (ID - 11298)

sif. Düşən, xeyirli, faydalı, yaxşı təsiri olan. Bunlara [ara həkimlərinə] müraciət edənlərzənn edirlər ki, bunlarda “sirli”, “düşərli” dərmanlar vardır. İ.Əfəndiyev.

DÜŞHADÜŞ (ID - 11299)

1. is. Düşmək işi, kütləvi surətdə, dalbadal düşmə. Düşhadüş başlandı.
zərf Yerlik halda - düşən zaman, düşərkən, düşməyə başlarkən. Kapitan kəndiri yerə atanda Tahir onu düşhadüşdə tuta bildi. M.Hüseyn.

DÜŞKÜN (ID - 11300)

sif. 1. Xoşbəxtliyini, rifahını itirmiş, yazıq, bədbəxt, zavallı. Düşkün halın sitəmkara deməyin; Yalvarıbən varə-varə deməyin. Aşıq Həsən. Olmasaydı əgər bu üç xoş gün; Mənim ömrüm olurdu pək düşkün. A.Səhhət.
...

DÜŞKÜNLƏŞMƏ (ID - 11301)

“Düşkünləşmək”dən f.is.

DÜŞKÜNLƏŞMƏK (ID - 11302)

f. 1. Düşkün hala gəlmək, düşmək, zəifləmək, əldən düşmək, qocalmaq.
Öyrəşmək, mübtəla olmaq, aludə olmaq, bir şeyin düşkünü olmaq.
Fəqirləşmək, yoxsullaşmaq, kasıblaşmaq.

DÜŞKÜNLƏŞMİŞ (ID - 11303)

f.sif. Düşkün hala gəlmiş.

DÜŞKÜNLÜK (ID - 11304)

1. Düşkün hal, tənəzzül, durğunluq.
2. Bir şeyə aludə olmuş adamın halı; mübtəlalıq, aludəlik. İçki düşkünlüyü.

DÜŞMƏ (ID - 11305)

1. “Düşmək”dən f.is. [Qədir] ağaların, yüzbaşıların taxtdan düşməsini təsəvvür edə bilmirdi. Mir Cəlal.
sif. Təsadüfi, gözlənilməyən, təsadüfən ələ keçən. Düşmə iş. Düşmə şey.

DÜŞMƏK (ID - 11306)

f. 1. Öz ağırlığının təsiri ilə yerə enmək, yuxarıdan aşağıya enmək, tökülmək. Göydən üç alma düşdü... (nağılların sonu). Paraşütlə düşmə. Qayadan dərəyə iri daşlar düşürdü. - Bu zaman bir bomba düşür uzağa;...

DÜŞMƏLİ (ID - 11307)

sif. Düşməyə, düşmək (7-ci mənada) üçün yararlı (münasib) olan. Düşməli yer. - [Kərbəlayı Xudaverdi:] Burada bir düşməli karvansara yoxdurmu? Ə.Haqverdiyev.

DÜŞMƏN (ID - 11308)

is. [fars.] 1. Birinə qarşı ədavət, düşmənçilik bəsləyən və onunla mübarizə aparan, çəkişən şəxs. Onun düşməni var. - Ey məh, mənimlə dustlərim düşmən eylədin; Düşmən həm eyləməz bu işi, kim sən eylədin. Füzuli....

DÜŞMƏNANƏ (ID - 11309)

zərf və sif. [fars.] Düşməncəsinə. Gətirilən xəbərlərin əsasını Fəxrəddinin Əmirə qarşı hazırladığı düşmənanə hərəkət təşkil edirdi. M.S.Ordubadi.

DÜŞMƏNCƏ(SİNƏ) (ID - 11310)

zərf Düşmən kimi, düşmənə qarşı olduğu kimi. Düşməncəsinə münasibət. Düşməncəsinə hərəkət. - [Qətibə:] Onun [Atabəyin] qonşu hökumətlərlə olan rəftarı olduqca düşməncəsinədir. M.Ordubadi.

DÜŞMƏNÇİLİK (ID - 11311)

bax düşmənlik. ..Qaraca qızın nə qədər Ağca xanıma ürəyi yanıb yazığı gəldisə, bir o qədər də mürəbbiyəyə düşmənçiliyi artdı. S.S.Axundov. [Səfər bəy:] Çox mübarək, çox şadam ki, mahalımızın rəhbərləri bundan...

DÜŞMƏNLİK (ID - 11312)

is. Düşməncəsinə münasibət və hərəkət; ədavət. Düşmənlik etmək.
Yerişindən elə bildim sərsandır; Dostluğunan düşmənliyi birdəndir. “Koroğlu”. [Bülənd] dünənki düşmənliyə inanmayırdı. Ə.Əbülhəsən.

DÜŞÜK (ID - 11313)

DÜŞÜKLÜK (ID - 11314)

is. 1. Düşük şeyin hal və keyfiyyəti.
2. Dəyərsizlik, yöndəmsizlik, qüsurluluq.

DÜŞÜM1 (ID - 11315)

is. Uyğunluq, münasiblik, yaraşıq. Bu rəngin düşümü yoxdur.

DÜŞÜM2 (ID - 11316)

səs düşümü - dilçilikdə: ikinci söz saitlə başlandıqda birinci sözün axırındakı saitin düşməsi hadisəsi; məs.: əliaçıq
əlaçıq, Əli Əkbər - Ələkbər.

DÜŞÜMLÜ (ID - 11317)

sif. Düşümü olan, uyğun, münasib, yaraşıqlı. Düşümlü hörgü. Düşümlü yazı.

DÜŞÜMLÜLÜK (ID - 11318)

is. Düşümlü şeyin halı; uyğunluq, münasiblik, yaraşıqlıq.

DÜŞÜMSÜZ (ID - 11319)

sif. Düşümü olmayan, uyğunsuz, münasibsiz, yaraşıqsız.

DÜŞÜMSÜZLÜK (ID - 11320)

is. Düşümsüz şeyin halı; uyğunsuzluq, münasibsizlik, yaraşıqsızlıq.

DÜŞÜNCƏ (ID - 11321)

is. 1. Xəyal, fikir. Düşüncələrə dalmaq. - Polad qərq olaraq düşüncələrə; Əlvida elədi ilk məhəbbətə. M.Rahim.
// Fikrə, xəyala gələn şeylər; xəyalat. Düşüncələrindən ayrıla bilmir. - Mən belə acı düşüncələr...

DÜŞÜNCƏLİ (ID - 11322)

sif. 1. Düşüncəsi olan, ağıllı, şüurlu, anlaqlı, qanacaqlı, dərrakəli, mərifətli, fərasətli. Düşüncəli uşaq. - ..Sizin Qətibə ilə olan rəftarınız düşüncəli bir hökmdarın rəftarı deyildi. M.S.Ordubadi. Alnı düşüncəli,...

DÜŞÜNCƏLİLİK (ID - 11323)

is. Şüurluluq, anlaqlılıq, dərrakəlilik, fərasətlilik, mərifətlilik.

DÜŞÜNCƏSİZ (ID - 11324)

sif. 1. Düşüncəsi, şüuru olmayan, ya çatmayan; şüursuz, dərrakəsiz, anlaqsız, fərasətsiz. Düşüncəsiz adam.
2. Ağılsız, ağla uymayan, ağla zidd. Düşüncəsiz hərəkət (iş).

DÜŞÜNCƏSİZLİK (ID - 11325)

is. 1. Düşüncənin olmadığı hal, düşüncə yoxluğu; şüursuzluq, anlaqsızlıq, dərrakəsizlik, fərasətsizlik.
2. Düşüncəsiz, ağılsız iş; ağla, şüura uymayan hərəkət. Zeynal, Şərifzadənin göstərəcəyi yol ilə getməyə...

DÜŞÜNDÜRMƏ (ID - 11326)

“Düşündürmək”dən f.is.

DÜŞÜNDÜRMƏK (ID - 11327)

icb. 1. Düşünməyə, fıkirləşməyə məcbur etmək.
Əndişəyə salmaq, təlaşa salmaq, narahat etmək. Onun səhhəti bizi çox düşündürür. İşlərin gedişi bizi düşündürməyə bilməz.
Məni bu təsadüflər o qədər də düşündürmürdü....

DÜŞÜNMƏ (ID - 11328)

“Düşünmək”dən f.is.

DÜŞÜNMƏK (ID - 11329)

f 1. Bir şeyin haqqında fikirləşmək; fikir etmək. Gələcəyini düşünmək. Sabahı düşünmək. - Ömrün varlığını izləyən şair; Bu günə dair; Nə isə düşünürdü haman salonda. S.Vurğun.
// Fikirləşib aramaq, fıkirləşib...

DÜŞÜNÜLMƏ (ID - 11330)

“Düşünülmək”dən f.is.

DÜŞÜNÜLMƏK (ID - 11331)

“Düşünmək”dən məch.

DÜŞÜNÜLMÜŞ (ID - 11332)

“Düşünülmək”dən f.sif. Düşünülmüş plan. Düşünülmüş tədbir.
Məhsəti xanım ziyafətə daxil olan zaman, vaxt ikən düşünülmüş tədbirlər tamamilə əhəmiyyətdən düşdü. M.S.Ordubadi.

DÜŞÜNÜŞ (ID - 11333)

is. Düşünmək işi, düşünmək tərzi; təfəkkür, mülahizə.

DÜŞÜNÜŞMƏ (ID - 11334)

“Düşünüşmək”dən f.is. Dövlət zarafatyana, kənddə bir neçə adamın özü ilə çox bərk düşünüşməsindən söhbət salıb dedi. Ə.Əbülhəsən.

DÜŞÜNÜŞMƏK (ID - 11335)

f Düşmən olmaq, kin və ədavət saxlamaq. [Balaxanım Dadaş Lələşovdan soruşdu:] Sən niyə Şiraslanla düşünüşmüsən? S.Rəhimov.

DÜŞÜRDÜLMƏ (ID - 11336)

“Düşürdülmək”dən f.is.

DÜŞÜRDÜLMƏK (ID - 11337)

“Düşürtmək”dən məch.

DÜŞÜRMƏ (ID - 11338)

“Düşürmək”dən f.is.

DÜŞÜRMƏK (ID - 11339)

f 1. Bir şeyi götürərək və ya başqa vasitə ilə aşağı endirmək, aşağı salmaq. Kitabları aşağı düşürmək lazımdır.
[Qadın:] Yox! Yalvarıram sənə! Amandır! Bu evdə mənə o qəndildən başqa bir şey lazım deyil; qurbanın...

DÜŞÜRTMƏ (ID - 11340)

“Düşürtmək”dən f.is.

DÜŞÜRTMƏK (ID - 11341)

1. Bax düşürmək 1-ci mənada. Qazanı yerə düşürtmək.
2. icb. Aşağıya, yerə düşməyə, enməyə kömək və ya məcbur etmək. [Səlim] kəndlərinin bərabərinə çatanda maşını əyləndirdi, sərnişinlər ona kömək etdi, onu...

DÜŞÜRÜLMƏ (ID - 11342)

“Düşürülmək”dən f.is.

DÜŞÜRÜLMƏK (ID - 11343)

“Düşürmək”dən məch. Şeylər aşağı düşürüldü. Uşaqlar maşından düşürüldülər. - Şose yolunun kənarında, körpünün döngəsində maşınlar və arabalar dayandırılır, yaralılar düşürülür, içəri qazmalara aparılırdı....

DÜŞVAR (ID - 11344)

sif. [fars.] klas. Çətin, müşkül, ağır. Ey deyən: səbr qıl, ah eyləmə yarı görcək; Mənə düşvardır ol, gər sənə asan görünür. Füzuli. Müşküldü mən kənara düşüm kuyi-yardən; Düşvardır ki, əl üzüm ol gülüzardən....

DÜTAR (ID - 11345)

is. [fars.] Tara oxşar ikisimli musiqi aləti.

Bu səhifə 162 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif