İzahlı lüğət

DƏLMƏKÇƏ (ID - 8896)

is. dan. İki həyət arasında bir adamın keçə biləcəyi dar qapı.

DƏM1 (ID - 8897)

is. [fars.] 1. Qısa vaxt, an, ləhzə.
Bir dəm - 1) bir vaxt, bir anlıq. Xəstənəm, çox dilərəm yanıma bir dəm gələsən; Çəkibən xəncəri, bağrım başını bir dələsən. M.P.Vaqif; 2) heç, əsla. Gözəl üzündə bir dəm; Nə...

DƏM2 (ID - 8898)

is. [fars.] 1. Od üstündə aramla bişmə, yaxud dəm alma. Xörək dəmdədir. -Dedim: - Vallah, onu-bunu bilmirəm, bu saat.. [çay] dəmdə, şahmat da stol üstdə qurulu. C.Məmmədquluzadə.
□ Dəm almaq (çəkmək) - 1) qaynar suda qalıb...

DƏM3 (ID - 8899)

is. [fars.] Nəfəs.
□ Dəm-dəmə vermək - nəfəs-nəfəsə vermək, səs-səsə vermək. Mərsiyəxanlar verəcək dəm-dəmə; Sən hələ bildiklərini qoy nəmə! Ə.Nəzmi.

DƏMADƏM (ID - 8900)

[fars.] klas. bax dəmbədəm. Oxu köysümdən ötüb, qalmış imişpeykanı; Ah, bildim səbəbi-ahi-dəmadəm nə imiş. Füzuli. Odlu dağimdən dəmadəm pənbeyimərhəm yanar; Ah, əgər bən böylə yansam, sərbəsər aləm yanar. Qövsi.

DƏMAĞAC (ID - 8901)

is. Araba dayananda boyunduruğun altına qoyulan ağac.

DƏMBƏDƏM (ID - 8902)

zərf [fars.] Saatbasaat, anbaan; hər ləhzə, hər dəqiqə, hər vaxt, daim; getdikcə. Dəmbədəm nalə qılıb hiç həvadən düşməz; Ney təki sineyi-üşşaq nəvadan düşməz. S.Ə.Şirvani. Getdi o qiymətlicə saətlərim; Dəmbədəm artır...

DƏMBƏR (ID - 8903)

is. məh. Quyruğu belinə qıvrılan it.

DƏMBƏRƏ (ID - 8904)

is. məh. Qurumuş torpaq parçası; kəsək.

DƏMBƏRƏGÖZ (ID - 8905)

b ax dəbərəgöz.

DƏMÇİ (ID - 8906)

bax dəmtutan 1-ci mənada.
Abış .. sümsünü dəsmalla silib yerinə taxdı, Mürşüdə və dəmçi Tosuya dedi: - Başlayaq! Ə.Abasov.

DƏMÇİLİK (ID - 8907)

is. Züyçülük, züytutma.

DƏMDƏMƏKİ (ID - 8908)

sif. Öz hərəkətində, sözündə, fikrində sabit olmayan, tez-tez fikrini, rəyini dəyişən, sözündə məsuliyyət hiss etməyən. Dəmdəməki adamın sözünə etibar etmək olmaz.
// Yüngül, qeyri-ciddi, boş-boş danışan.
// İs....

DƏMDƏMƏKİLİK (ID - 8909)

is. Öz hərəkətində, işində, sözündə, fikrində sabit olmama, teztez fikrini, rəyini dəyişmə.
// Yüngüllük, qeyri-ciddilik.

DƏM-DƏSGAH (ID - 8910)

is. 1. Təntənə, büsat, böyük qonaqlıq, məclis və s. [Qələndər:] Bunu, bu dəm-dəsgahı ki başlayırıq ha, mən yatsam, yuxumda da görə bilməzdim. Mir Cəlal. Tələbə adam hansı otaqda dəm-dəsgah düzəldib oğluna belə ad qoya...

DƏM-DƏSGAHLI (ID - 8911)

sif. Təntənəli, təmtəraqlı, büsatlı. [Toy] sazandası, xanəndəsi, plovu, içkisi, məzəsi, cehizi, başlığı öz qaydasında dəm-dəsgahlı bir toydu. Mir Cəlal.

DƏMƏK (ID - 8912)

is. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. - Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb...

DƏMƏLƏK (ID - 8913)

is. bot. Yemliyəoxşar, südlü və çox acı bir bitki.

DƏMƏT (ID - 8914)

is. [ər.] Çiçək dəstəsi, güldəstə. Hanı rəngin çiçəklərin, a çəmən? Güllərindən dəmət yapaydım mən. A.Şaiq. Əfşan dərindən köksünü ötürdü, əlindəki gül dəməti də xəfıfcə titrəyirdi. M.Hüseyn.

DƏMGİL (ID - 8915)

bax dəngil.
□□ Dəmgil xəstəliyi - bitkilərin gövdə, budaq və yarpaqlarında ləkələr şəklində özünü göstərən xəstəlik. Dəmgil xəstəliyi bitkinin budaqlarında, gövdəsində, yarpaqlarında və meyvələrində yaşılımtıl-boz,...

DƏMGÜZAR (ID - 8916)

is. [fars.] köhn. Bir yerdə vaxt keçirən; yoldaş. [Markiz:] Yenə, ey günlər, ey saatlar, siz mənim ilə yoldaş, dəmgüzar olacaqsınız. N.Nərimanov.

DƏMXANA (ID - 8917)

is. [fars.] köhn. Ev, yaşayış yeri. Axşam oldu, gəldim mən dəmxanama; Sirrimi demədim bacı, anama. “Aşıq Qərib”.

DƏMİ (ID - 8918)

bax demi. Əsgərpapirosu damağına aldı, qoca dəmisini ona tərəf tutub tüstülətdi. S.Rəhimov.

DƏMİN (ID - 8919)

zərf [türk.] Bir az əvvəl, indicə, bayaq. Çəkdi insan kimi o dəm nərə; Fırlayıb ta dəmin sərildi yerə. A.Səhhət.

DƏMİR (ID - 8920)

is. 1. Təbiətdə çox yayılmış, karbonla birləşdikdə polad və çuqun əmələ gətirən bozrəngli ağır kimyəvi element. Dəmir
mədəni. Dəmirparçası. - Ahənrüba .. dəmiri cəzb edir, yəni özünə çəkir. C.Məmmədquluzadə.
...

DƏMİRAĞAC (ID - 8921)

is. bot. Oduncağı çox bərk və ağır olan qiymətli ağac növü (Azərbaycanda Talış meşələrində bitir).

DƏMİR-BETON (ID - 8922)

is. xüs. 1. Betonla polad armaturun birləşməsindən ibarət çox bərk tikinti materialı. Dəmir-betondan hörülmüş sədd.
2. Sif. mənasında. Həmin materialdan qayrılmış. Dəmir-beton körpü. Dəmir-beton qurğu. - Bolqarıstan hökumətinin...

DƏMİRBƏND (ID - 8923)

sif. Dəmirlə bərkidilmiş, bağlanmış.

DƏMİR-BOZ (ID - 8924)

sif. Dəmiri və boz rəngə çalan. Dəmir-boz at.

DƏMİRÇİ (ID - 8925)

is. Dəmirdən müxtəlif şeylər qayıran, yaxud dəmir şeyləri təmir edən usta. Məncə, hər yazıdan daha parlaqdır; Kiçik dəmirçinin alnındakı tər. Ə.Cavad. Bir qoca dəmirçi qılınc naxışlar; Yazar dəstəyinə “İnsan vüqarı...

DƏMİRÇİXANA (ID - 8926)

is. Dəmirdən şeylər qayrılan və ya təmir edilən yer; dəmirçinin işlədiyi bina, dəmirçi emalatxanası. Dəmirçixanada dəmiri zindan üstə qoyub ağır çəkiclə döyəndə dəmir başlayır qızmağa. C.Məmmədquluzadə.

DƏMİRÇİLİK (ID - 8927)

DƏMİRDONLU (ID - 8928)

sif. tar. Dəmirdən zirehli geyim geymiş; zirehli. Bəylərimizə dəmirdonlu deyərlər; Daim içimizdə ərlik işlənir. “Koroğlu”.

DƏMİR-DÜMÜR (ID - 8929)

top. dan. Dəmir parçaları, yaxud dəmirdən qayrılmış şeylər. Əlisa dönüb yavaş-yavaş, dəmir-dümürdən tutatuta qapının ağzına gəldi, salam verdi. S.Rəhimov. Gətirin dəmir-dümürü görək, tez olun! Ə.Əbülhəsən.
// Lazımsız...

DƏMİRƏBƏNZƏR (ID - 8930)

sif. Dəmirə oxşayan, dəmir rəngində olan.

DƏMİRXANA (ID - 8931)

is. bax dəmirçixana. Amma Hüseynqulunun Təzə şəhərdə bir mexanik sexi düzəltməyi, təmirxana, dəmirxana qurmağı mənim üçün bilirsən nə olar? Mir Cəlal.

DƏMİRİ (ID - 8932)

sif. Dəmir rəngli, dəmir rənginə çalan. ..Yol, Zeynalın altındakı dəmiri göy atı qaçmağa daha da həvəsləndirdi. Ə.Əbülhəsən.

DƏMİRKƏSƏN (ID - 8933)

sif. Dəmiri kəsmək üçün yarayan, metalı kəsən. Dəmirkəsən alət.

DƏMİRQARA (ID - 8934)

is. bot. Vələs ağacının meşələrdə bitən bir növü.

DƏMİRLƏŞDİRİLMƏ (ID - 8935)

“Dəmirləşdirilmək”dən f.is.

DƏMİRLƏŞDİRİLMƏK (ID - 8936)

məch. Dəmirlə möhkəmləndirilmək.

DƏMİRLƏŞDİRMƏ (ID - 8937)

“Dəmirləşdirmək”dən f.is.

DƏMİRLƏŞDİRMƏK (ID - 8938)

f Dəmirlə möhkəmlətmək. Bəndi dəmirləşdirmək. Divarı dəmirləşdirmək. Tağları dəmirləşdirmək.

DƏMİRLƏŞMƏ (ID - 8939)

“Dəmirləşmək”dən f.is.

DƏMİRLƏŞMƏK (ID - 8940)

f 1. Dəmir halına gəlmək.
2. Bərkləşmək, möhkəmləşmək.

DƏMİRLİ (ID - 8941)

sif. kim. Tərkibində dəmir olan. Bu [mineral] sular kimyəvi tərkiblərinə görə dəmirli, qələvili, kükürdlü, mərgümüşlü, narzan tipli, karbon qazlı və sairə sulardır. R.Əliyev.

DƏMİRTİKAN (ID - 8942)

is. 1. bot. Gövdəsi yerə sərilən tikanvari bitki.
Sahələri hasarlamaq üçün işlədilən tikanlı məftil. Səngərlərin qabağına dəmirtikan çəkmək.

DƏMİRTİKANLIQ (ID - 8943)

is. 1. Çoxlu dəmirtikan (1-ci mənada) bitən yer.
Dəmirtikanlardan hasar çəkilmiş yer.

DƏMİRYAYAN (ID - 8944)

sif. tex. Dəmiri yayıb yastı hala salan. Dəmiryayan dəzgah.
// is. Dəmiri yayma ustası olan fəhlə.

DƏMİRYOL (ID - 8945)

is. Dəmir yolu ilə əlaqədar olan (işçi və s.); dəmir yolu üçün olan (stansiya və s.). Dəmiryol işçisi. Dəmiryol təmiri.
..Ağca xanım pəncərədən baxdı, oradan dəmiryol stansiyası görünürdü. S.S.Axundov.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed