1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 28
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DƏNƏLƏTDİRİLMƏ (ID - 8996)

“Dənələtdirilmək”dən f.is.

DƏNƏLƏTDİRİLMƏK (ID - 8997)

məch. Dənələrə ayırtdırılmaq; arıtdırılmaq.

DƏNƏLƏTDİRMƏ (ID - 8998)

“Dənələtdirmək”dən f.is.

DƏNƏLƏTDİRMƏK (ID - 8999)

“Dənələtmək”dən icb.

DƏNƏLƏTMƏ (ID - 9000)

“Dənələtmək”dən f.is.

DƏNƏLƏTMƏK (ID - 9001)

“Dənələmək”dən icb.

DƏNƏLİ (ID - 9002)

sif. 1. Dənli, dəni çox olan. Dənəli sünbül.
2. Dənələri ayrı-ayrı seçilən. Qətibə əlini atıb kiçik bir şəddə iri dənəli inci çıxarıb Səba xanımın boynuna saldı. M.S.Ordubadi.

DƏNƏMUZD (ID - 9003)

sif. iqt. Əmək haqqı istehsal olunan maddi nemətlərin sayına görə ödənilən. Dənəmuzd fəhlə. Dənəmuzd iş.

DƏNƏVƏR (ID - 9004)

sif. 1. Dənəli, dənlər halında, dənələri iri olan. Dənəvər gübrə. Dənəvər torpaq.

Dənələri (ID - 9005)

bir-birindən seçilən, qarışıq olmayan. Yaxşı dəm çəkmiş plov dənəvər, elastik.. olmalıdır.

DƏNƏVƏRLƏNDİRİLMƏ (ID - 9006)

“Dənəvərləndirilmək”dən f.is.

DƏNƏVƏRLƏNDİRİLMƏK (ID - 9007)

bax dənəvərləşdirilmək.

DƏNƏVƏRLƏNMƏ (ID - 9008)

“Dənəvərlənmək”dən f.is.

DƏNƏVƏRLƏNMƏK (ID - 9009)

f Dənəvər hala düşmək, dənələrdən ibarət olan tərkib hissələri bir-birindən ayrılmaq.
// Eyni mənada qalın saç haqqında. Qız, gözəl başını tərpətdikcə bu saç dənəvərlənir, tel-tel olub onun yanaqlarını, çənəsini...

DƏNƏVƏRLƏŞDİRİLMƏ (ID - 9010)

“Dənəvərləşdirilmək”dən f.is.

DƏNƏVƏRLƏŞDİRİLMƏK (ID - 9011)

məch. Dənəvər hala salınmaq. [Məruzəçi] kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına mədən gübrəsi ilə üzvi gübrə qarışığının, habelə dənəvərləşdirilmiş gübrənin təsiri haqqında məruzə etdi.

DƏNƏVƏRLƏŞDİRMƏ (ID - 9012)

“Dənəvərləşdirmək”dən f.is.

DƏNƏVƏRLƏŞDİRMƏK (ID - 9013)

f. Dənəvər etmək, dənəvər hala salmaq.

DƏNƏVƏRLƏŞMƏ (ID - 9014)

“Dənəvərləşmək”dən f.is. [Xaşa] çox yayılaraq torpağın yaxşı dənəvərləşməsini təmin edir.

DƏNƏVƏRLƏŞMƏK (ID - 9015)

f Dənəvər hala düşmək. Torpaq dənəvərləşir və alaq otları azalır.

DƏNƏVƏRLİK (ID - 9016)

is. 1. Dənəvər şeyin halı, çox dənlilik.
2. Dənə-dənə ayrılma, parçalanma.

DƏNƏZƏN (ID - 9017)

is. tex. Dənin yeyilməsini asanlaşdırmaq üçün onu xırdalayan və əzən maşın. Yemləri hazırlamaq üçün bölmələrə küləşdoğrayan, dənəzən, kartofyuyan maşınlar qoyulmalıdır. “Ümumi zootexniya”.

DƏNG1 (ID - 9018)

dəng eləmək (etmək) (bəzən “başını”, “baş-beynini”, “qulağını” sözləri ilə) - çox və bərk danışmaqla, qışqırmaqla, səs-küy salmaqla bezikdirmək, adamın başını, qulaqlarını yormaq; baş-qulaq aparmaq. Dəng...

DƏNG2 (ID - 9019)

is. 1. məh. Bərabər, tay. Sən ona dəng deyilsən.
dan. Cüzi bir hissə, bir dənə. Çin mülkünə verməm saçının dəngini. M.P.Vaqif. Mah ilən hüsnünün xoş rənginə; Yetə bilməz təcnisimin dənginə. Aşıq Pəri.
köhn. Qara...

DƏNGƏNƏ (ID - 9020)

is. məh. Kasaya oxşayan kiçik saxsı qab. Dəngənədə qatıq çalmaq.

DƏNGƏSƏR (ID - 9021)

dəngəsər etmək (eləmək)
b ax dəng etmək (“dəng1’də). Oğul mənimdir əgər, oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! M.Ə.Sabir. Dəngəsər olmaq - bax dəng olmaq (“dəng1’də). Yatanlar hamısı...

DƏNGİL (ID - 9022)

sif. dan. Xal-xal, xallı.

DƏNGİL-DƏNGİL (ID - 9023)

sif. dan. Çoxlu xalları olan, xallı, xal-xal

DƏNGİL-DÜNGÜL (ID - 9024)

sif. dan. Seyrək, aralı. Dəngil-düngül ağaclıq.

DƏNGÜLÜŞ (ID - 9025)

sif. dan. Yüngül, qeyri-ciddi, dingiliş. Dəngülüş adam.

DƏNXIRDALAYAN (ID - 9026)

sif. və is. tex. Dəni üyüdüb yarma halına salan. Dənxırdalayan maşın.
// is. Dəni üyüdüb yarma halına salan maşın və s.

DƏNİ (ID - 9027)

sif. [ər.] Alçaq, rəzil. ..Dəni məqsədlilərin burada şəltəsi işləməz.. Onları kənar etmək, öz məqamlarına qovmaq lazımdır. Ü.Hacıbəyov. Bəzən mühit ən gözəl, ən mərhəmətli və sevimli bir qızı dəyişdirib ən dəni,...

DƏNİZ (ID - 9028)

is. 1. Yer kürəsinin acı-duzlu su ilə örtülü olan və az-çox quru ilə əhatə olunmuş böyük sahəsi, okeanın bir hissəsi; dərya. Qara dəniz. Xəzər dənizi. - Dəniz okeanların az-çox təcrid edilmiş hissələridir ki, bunların özlərinin...

DƏNİZARIDAN (ID - 9029)

sif. və is. tex. Dənizin dayaz yerlərini dərinləşdirən (gəmi).

DƏNİZAŞIRI (ID - 9030)

sif. Dənizin o tayında olan, dənizin o tərəfındə olan. Dənizaşırı ölkələr.

DƏNİZATI (ID - 9031)

is. zool. Sahil yosunları arasında yaşayan kiçik balıq; dənizayğırı.

DƏNİZAYĞIRI (ID - 9032)

bax dənizatı. Dənizayğırının dərisi, onu yosun budaqları arasında çox yaxşı gizlədir. “Sualtı aləm”.

DƏNİZCİK (ID - 9033)

is. Kiçik dəniz; göl.

DƏNİZÇİ (ID - 9034)

is. Dəniz nəqliyyatmda və ya hərbi dəniz donanmasında xidmət edən adam. Dənizçilər marşı. - Bizim dənizçilərdir; Çovğunda, qışda, qarda; Qorumaqçın sahili; Üzür doğma sularda. M.Seyidzadə.

DƏNİZÇİLİK (ID - 9035)

is. Dənizdə xidmət etmə, dənizçi sənəti.

DƏNİZXİYARI (ID - 9036)

is. zool. Dərisitikanlılar tipindən xiyara bənzəyən dəniz heyvanı. Dərisindəki xırda kirəc cisimciklərin və beş cərgə ayaqların olmasına görə, dənizxiyarlarının dənizkirpiləri, dənizulduzları və dənizzanbaqları sinfindən...

DƏNİZKƏNARI (ID - 9037)

sif. Dəniz kənarında olan, dəniz sahilinə yaxın olan. Dənizkənarı küçə. - Bakılılar hər axşam dənizkənarı bulvara çıxırlar.

DƏNİZKİRPİSİ (ID - 9038)

is. zool. Dərisitikanlılar tipindən yastı kürə şəklində heyvan. Dənizkirpisi, adətən, azacıq yastı kürə şəklində olub, üzərində beş cərgə nazik və şəffaf sorucu ayaqları vardır. “Sualtı aləm”.

DƏNİZ (ID - 9039)

QARANQUŞU is. zool. Zirehli kiçik dəniz balığı.

DƏNİZQIRAĞI (ID - 9040)

b ax dənizkənarı.

DƏNİZOTU (ID - 9041)

is. bot. Birləpəli bitkilər fəsiləsindən dənizdə bitən çoxillik su bitkisi. Alimlər dənizotundan təbii neftə oxşar süni neft almağa müvəffəq olmuşlar.

DƏNİZPƏRİSİ (ID - 9042)

is. Nağıllarda: suda yaşayan, saçları üzünə tökülmüş, çılpaq, balıq quyruqlu qadın surətində təsəvvür edilən əfsanəvi vücud.

DƏNİZPİŞİYİ (ID - 9043)

is. zool. Qiymətli qara dərisi (xəzi) olan dəniz heyvanı. Qiymətli yumşaq xəzli dənizpişikləri törəyib çoxalmaq üçün adalara çıxırlar. “Sualtı aləm”.

DƏNİZSOĞANI (ID - 9044)

DƏNİZŞEYTANI (ID - 9045)

is. zool. Dəniz dibində yaşayan enliağızlı balıq. Dənizşeytanı adlanan balıq dənizin dibində sakitcə uzanıb başındakı xırda bığlarını tərpədir. “Sualtı aləm”.

Bu səhifə 158 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif