Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

DƏRƏLİ-TƏPƏLİ (ID - 9146)

bax dərə-təpəli. Dərəli-təpəli səhralar. - [Zöhrab] Gözünü Kürə, meşəyə, Ceyran çölün son bahar yaşıllığına bürünmüş dərəli-təpəli çöllərinə zillədi. İ.Şıxlı.

DƏRƏMUM (ID - 9147)

is. Təmizlənməmiş mum; qaramum.

DƏRƏ-TƏPƏ (ID - 9148)

is. Dərəli-təpəli yer, düz olmayan yer. [Cahangir bəy:] Onda dərətəpələr dolardı qaçaqla. N.Vəzirov. [Kosaoğlu:] Deyəsən, İmran da ona uyub. Öz işgücünü bir yana buraxıb, dərə-təpə gəzir. İ.Şıxlı.
□□ Dərədən-təpədən...

DƏRƏ-TƏPƏLİ (ID - 9149)

sif. Dərə-təpəsi çox olan, düz olmayan. Dərə-təpəli sahələr.

DƏRƏ-TƏPƏLİK (ID - 9150)

is. Dərə və təpələr olan yer. Vaxtı ilə çılpaq dərə-təpəlik o yuxarı dağlıq hissə indi gül-çiçəyə bəzənmişdir. (Qəzetlərdən).

DƏRGAH, DƏRGƏH (ID - 9151)

is. [fars.] klas. 1. Astana, kandar, qapı önü; böyük adamların qapısı; saray, iqamətgah. [Xaqani:] Nizami! Lütf ilə soruşsan nəyəm? Sənin dərgahında aciz bəndəyəm. M.Rahim.
məc. din. Allahın mərhəməti, şəfqəti, köməyi,...

DƏRHAL (ID - 9152)

zərf [fars. dər və ər. hal] O saat, tez, əlüstü, fövrən, gecikmədən. Hamı dərhal ayağa qalxdı. - Qanadların qayaya çırparaq uçar qartal; Dikib yerə gözünü ov üçün baxar dərhal. A.Şaiq. Nurəddinin özü də şad oldu və dərhal...

DƏRHƏQİQƏT (ID - 9153)

zərf [fars. dər və ər. həqiqət] köhn. Doğrusu, doğrudan da, həqiqətdə, həqiqətən.

DƏRİ (ID - 9154)

is. 1. İnsan və heyvanın bədəninin üstünü örtən mikroskopik məsaməli ət örtüyü. Qolumun dərisi soyulub. Dərisi səpmək. - Qulunun başının tükləri, qaşları və kirpikləri xına rəngində idi. Hətta dərisi belə kürənə çalırdı....

DƏRİALTI (ID - 9155)

is. anat. Dərinin altında olan. Dərialtı toxumalar. Dərialtı piy təbəqəsi.

DƏRİAŞILAYAN (ID - 9156)

is. Xam dəriləri aşılamaqla məşğul olan usta.

DƏRİBİÇƏN (ID - 9157)

is. Dəridən ayaqqabı, paltar və s. biçən usta.
// Sif. mənasında. Dəribiçən qayçı.

DƏRİBOYAYAN (ID - 9158)

is. Dəriləri müxtəlif rənglərdə boyayan usta.
// Sif. mənasında. Dəriboyayan alət.

DƏRİCİK (ID - 9159)

is. Kiçik dəri, incə dəri, nazik dəri.

DƏRİÇƏ (ID - 9160)

is. [fars.] 1. Kiçik qapı.
2. Divarda kiçik taxça. [Odabaşı:] Divarlarda xırdaca dəriçələr var. Ə.Haqverdiyev.

DƏRİÇİ (ID - 9161)

is. Dəri istehsalı işçisi; dabbağ.

DƏRİÇİLİK (ID - 9162)

is. Dəriçi sənəti; dabbağlıq.

DƏRİXANA (ID - 9163)

is. Dəri emal edilən yer, karxana; dabbağxana. Girəcəkdəki ikimərtəbə mülkün altı dərixanadır.

DƏRİLİ (ID - 9164)

DƏRİLİK (ID - 9165)

sif. Xəzlik; dəri (xəz) hazırlamağa yarayan, dərisindən istifadə üçün
saxlanılan. Dərilik qoyun cinsləri. - Dərilik cinslərdən başqa, tüklük cinslər də vardır. Bu cinslərdən olan adadovşanlarının tükü çox uzun və yumşaq...

DƏRİLMƏ (ID - 9166)

“Dərilmək”dən f.is.

DƏRİLMƏK (ID - 9167)

“Dərmək”dən məch. Meyvələr dərildi. - Dərildi bostanlar, boş qaldı tağlar; Könül istədiyin verməsən, ağlar. Aşıq Abbas. Zamanı çatmamış deyilən söz, kal dərilən meyvə kimidir, zərər gətirər. M.İbrahimov.

DƏRİN (ID - 9168)

sif. 1. Səthindən, yaxud ağzından dibinə qədər xeyli məsafə olan, böyük dərinliyi olan (dayaz əksi). Dərin quyu. Dərin çay. Dərin göl. - Bu dərə, dərin dərə; Suları sərin dərə; Ovçu maral axtarır; Göstərmə yerin, dərə!...

DƏRİNDƏN (ID - 9169)

zərfi 1. İçdən, çox dərin. Firidun ayağa durub köksünü ötürdü, dərindən nəfiəs aldı. M.İbrahimov. Güllü dərindən qıy çəkdi. Ə.Vəliyev.
Diqqətlə, fikrini cəmləşdirərək. Həcər dərindən qulaq verib, güllə səsi...

DƏRİNDÜŞÜNCƏLİ (ID - 9170)

sif. Dərin düşüncəyə, güclü mühakiməyə malik; çox ağıllı, dərinfikirli, bəsirətli. Dərindüşüncəli adam.

DƏRİNDÜŞÜNCƏLİLİK (ID - 9171)

is. Dərin düşünmə qabiliyyəti.

DƏRİNFİKİRLİ (ID - 9172)

b ax dərindüşüncəli.

DƏRİNFİKİRLİLİK (ID - 9173)

bax dərindüşüncəlilik.

DƏRİNLƏŞDİRİCİ (ID - 9174)

sif. xüs. Dərinləşdirən. Dərinləşdirici maşın. - Kotana kotancıq və torpaq dərinləşdirici alətlər də quraşdırırlar. “Pambıqçılıq”.

DƏRİNLƏŞDİRİLMƏ (ID - 9175)

“Dərinləşdirilmək”dən f.is.

DƏRİNLƏŞDİRİLMƏK (ID - 9176)

məch. Daha dərin hala salınmaq.

DƏRİNLƏŞDİRMƏ (ID - 9177)

“Dərinləşdirmək”dən f.is.

DƏRİNLƏŞDİRMƏK (ID - 9178)

f 1. Daha dərin etmək, dərinliyini artırmaq. Quyunu dərinləşdirmək. Çayı dərinləşdirmək.
məc. Daha da şiddətləndirmək, daha da artırmaq (qüvvətləndirmək, ciddiləşdirmək, ağırlaşdırmaq). Mübahisələri dərinləşdirmək....

DƏRİNLƏŞMƏ (ID - 9179)

“Dərinləşmək”dən f.is. [Bənövşə:] ..Sevginin get-gedə dərinləşməsi və möhkəmlənməsi üçün bu bir parça metalın heç bir rolu yoxdur. S.Rəhman.

DƏRİNLƏŞMƏK (ID - 9180)

f 1. Daha dərin olmaq, dərinliyi artmaq, daha da çuxurlaşmaq. Çay xeyli dərinləşmişdir. Ortaya getdikcə dəniz dərinləşir.
// Dərinə (çuxura) düşmək. Gözləri dərinləşmək.
2. məc. Daha da ciddiləşmək, ağırlaşmaq,...

DƏRİNLƏTMƏ (ID - 9181)

“Dərinlətmək”dən f.is.

DƏRİNLƏTMƏK (ID - 9182)

f. Dərin hala salmaq. Çuxuru dərinlətmək. Dənizin dibini dərinlətmək.

DƏRİNLİK (ID - 9183)

is. 1. Bir şeyin, üzərindən ta dibinə, yaxud aşağıya doğru gedən istiqamətdəki nöqtəsinə qədər olan məsafə. Quyunun dərinliyi 10 metrdir. - Həbib şumun dərinliyini yoxlayır, Mədəd Həbibin dediklərini bloknotuna qeyd edirdi....

DƏRİNLİKÖLÇƏN (ID - 9184)

sif. xüs. Dərinliyi ölçməyə məxsus. Dərinlikölçən cihaz.

DƏRİSİQARA (ID - 9185)

bax qaradərili.

DƏRİSİTİKANLILAR (ID - 9186)

is. zool. Dəniz kirpiləri, dəniz ulduzları və s.-ni əhatə edən onurğasız heyvanlar. Dənizin dibində elə qəribə heyvanlar vardır ki, bunların nə sağ, nə də sol tərəfləri, nə baş və nə də quyruqları var, bunlar hər tərəfə...

DƏRİSOYAN (ID - 9187)

is. 1. Heyvanların dərisini soymaqla məşğul olan işçi.
məc. dan. İnsafsız, bahaçı, istismarçı adam haqqında.

DƏRİŞDİRMƏ (ID - 9188)

“Dərişdirmək”dən f.is.

DƏRİŞDİRMƏK (ID - 9189)

f. Səliqə ilə yığmaq, düzmək. [Muzdur] pulların üstündən ağ palpaltarı öz tərtib və səliqəsi ilə bir-birinin üstünə dərişdirdi. S.M.Qənizadə.

DƏRİÜSTLÜYÜ (ID - 9190)

is. anat. Dərinin üst təbəqəsi.

DƏRK (ID - 9191)

[ər.]: dərk etmək - anlamaq, başa düşmək, öz düşüncəsi ilə qavramaq. Zeynal [Şərifənin] nələr dediyini və nə istədiyini eşidib dərk edə bilməyirdi. S.Hüseyn. Biz səadətin qədrini bildiyimiz kimi, qalibiyyətin məğrur sevincini...

DƏRKAL (ID - 9192)

is. məh. Çətin keçilə bilən yer, dar keçid. Meşənin dərkalı. Dağın dərkalı.

DƏRKAR (ID - 9193)

DƏRKEDİLMƏZ (ID - 9194)

sif. Dərk edilə bilməyən, başa düşülə bilməyən, anlaşıla bilməyən. Dərkedilməz müəmma. Təbiətin dərkedilməz sirri yoxdur.

DƏRKEDİLMƏZLİK (ID - 9195)

is. Dərk edilə bilməməzlik; başa düşülməzlik, anlaşıla bilməməzlik.

Bu səhifə dəfə baxılıb