Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

D (ID - 7646)

Azərbaycan əlifbasının beşinci hərfi. Bax de1.

DA1(DƏ) 1 (ID - 7647)

Danışan şəxsin məsələyə münasibətini, hiss və həyəcanmı bildirməyə xidmət edən və çox vaxt yerindən və məna çalarından asılı olub müəyyən intonasiya ilə deyilərək aşağıdakı vəzifələrdə işlədilən ədat. 1) Əmr...

DA2 (ID - 7648)

“Daha” sözünün canlı dildə işlənən ixtisar forması olub “a” uzadılaraq deyilir. Da sənə nə deyim. - Padşah Əhmədi-Çekkaşdan xəbər aldı: -Da nəyin qaldı? Əhmədi-Çekkaş dedi: - Da sağlığın! (Nağıl).

DABAQ (ID - 7649)

is. bayt. Qaramal, davar və donuzlarda yoluxucu xəstəlik. Dabaq xəstəliyinə qarşı mübarizə.
□ Dabaq olmaq - dabaq xəstəliyinə tutulmaq. İnək dabaq oldu.

DABAN (ID - 7650)

is. 1. İnsan və heyvan ayağının dal hissəsi. Çox gəzməkdən dabanlarım sızıldayır.
Ayağa geyilən şeylərin arxa hissəsi. Corabın dabanını yamamaq. - Qərənfil xala corabların ikisinin də dabanını toxuyub kəsdi. Ə.Vəliyev.
...

DABANA (ID - 7651)

is. Qapının, pəncərənin, darvazanın alt böyründə olub, çərçivəyə girən və yuvasında dönə bilən çıxıntı. Qapının dabanası. - Tövlə qapısının ağac dabanası cırıldadı.. S.Rəhimov.

DABANBALIĞI (ID - 7652)

is. zool. Çəkikimilər fəsiləsindən qırmızı üzgəcli şirin su balığı.

DABANBASA (ID - 7653)

bax dabanbasma. Sənəm, səsəmi gəldin? Dabanbasamı gəldin? A.Şaiq.

DABANBASARAQ (ID - 7654)

bax dabanbasma. Kimi evə yüyürürdü, kimi də dabanbasaraq küçəyə qaçırdı. S.Şamilov.

DABANBASMA (ID - 7655)

zərf 1. Sürətlə, qaçaraq, tələsik.
2. Addım-addım izləyərək. Kürkçüoğlu onu göz açmağa qoymayıb, dabanbasma onu paytaxtadək təqib edirdi. M.F.Axundzadə.

DABANCIQ (ID - 7656)

is. Kiçik daban, incə daban.

DABANDAŞI (ID - 7657)

is. Əldə, dabanda bərkləşmiş çirki sürtüb çıxarmaq üçün süngər kimi məsaməli yüngül daş; pemza, süngərdaşı.

DABANIÇATLAQ (ID - 7658)

sif dan. Pinti, natəmiz. Yerə kəlağayı sərib, qızı onun üstündə gəzdirərdilər ki, görsünlər, kəlağayı qırışmır ki.. Qırışmış olsa, dabanıçatlaqdır, - deyə almazdılar. R.Əfəndiyev.

DABANIQALXIQ (ID - 7659)

sif dan. Gəzəyən.

DABANIQARA (ID - 7660)

b ax qaradaban.

DABANLAMA (ID - 7661)

“Dabanlamaq”dan f.is.

DABANLAMAQ (ID - 7662)

f Ardınca düşmək, addım-addım izləmək, təqib etmək. Yüzlərlə adam bir-birini dabanlayırdı. S.Rəhimov.

DABANLI (ID - 7663)

sif 1. Dabanı olan. Dabanlı tufli.
2. məc. dan. Qılçaları qüvvətli. Dabanlı adam.

DABANSIZ (ID - 7664)

sif. Dabanı olmayan. Dabansız ayaqqabı.

DABBAĞ (ID - 7665)

is. [ər.] Heyvan dərilərini aşılama vasitəsilə gönə və meşinə çevirmək sənəti ilə məşğul olan usta. Dabbağ sevdiyi dərini yerdən-yerə vurar. (Ata. sözü).
Dabbag etmək - dərini aşılama vasitəsilə gön və ya meşinə...

DABBAĞXANA (ID - 7666)

is. [ər. dəbbağ və fars. ...xanə] Xam dərilərdən aşılama yolu ilə gön və meşin hazırlanan karxana, emalatxana. Qadın dabbağxana dərəsi məhəlləsinə dönərkən Fəxrəddin onu səslədi.. M.S.Ordubadi. Sərdar Təbrizin məşhur...

DABBAĞLIQ (ID - 7667)

1. is. Xam dəriləri gön və meşin halına salma sənəti. Dabbağlıq etmək.
2. sif. Gön və meşin olmağa yarayan. Dabbağlıq dəri.

DAD1 (ID - 7668)

is. 1. Yeyilən və ya içilən şeyin acılıq, şirinlik, turşluq, duzluluq, şitlik və s. cəhətdən hiss olunan xüsusiyyəti; tam. Kür suyunun dadı nə acıdır, nə şordur, nə turşdur, .. nə iylidir. C.Məmmədquluzadə.
□ Dad orqanı...

DAD2 (ID - 7669)

is. [fars] 1. Fəryad, fəğan, haray. Dedi: ayə nədir bu dadə səbəb; Halətin görsənir nəzərdə əcəb. S.Ə.Şirvani.
□ Dad eləmək (etmək) - fəryad etmək, fəğan etmək. Dad eylərəm, yetişməzsən hərayə; Neçün rəhmin gəlməz...

DAD3 (ID - 7670)

nida. Aman, haray, vay. Ey sevdiyim, səndən qeyri kimim var? Gəl üstümə, aman, öldüm, dad, öldüm! M.V.Vidadi. Əhdi pozub əgərçi mən üsyanın eylərəm; Ey dad, haray, nə növlə samanın eylərəm. M.Ə.Sabir.
// Çox vaxt “dad...

DADAMAL (ID - 7671)

sif dan. Bir şeyə (adətən arzu edilməyən şeyə) dadanmış, öyrəşmiş; vərdişli, adətkərdə.
□ Dadamal olmaq (öyrənmək, düşmək) - adət etmək, öyrəşmək, dadanmaq, vərdiş etmək. Bir də istəmədim ki, uşağım hər dəfə...

DAD-AMAN (ID - 7672)

DADANAQ (ID - 7673)

b a x dadamal.
□ Dadanaq olmaq - öyrənmiş olmaq, yaxın olmaq, tanımaq.

DADANDIRILMA (ID - 7674)

“Dadandırılmaq”dan f.is.

DADANDIRILMAQ (ID - 7675)

məch. Öyrəşdirilmək, alışdırılmaq, dadanaq edilmək.

DADANDIRMA (ID - 7676)

“Dadandırmaq”dan f.is.

DADANDIRMAQ (ID - 7677)

f Bir şeyin dadmı daddırmaqla və ya başqa vasitə ilə alışdırmaq, bir şeyə dadanmasına səbəb olmaq, bir şeyə aludə etmək, dadanması üçün şərait yaratmaq; öyrəşdirmək, alışdırmaq.

DADANIQ (ID - 7678)

bax dadanaq.

DADANMA (ID - 7679)

“Dadanmaq”dan f.is.

DADANMAQ (ID - 7680)

f Bir şeyin dadmı dadıb alışmaq; bir şeyə adət etmək, öyrəşmək, adətkərdə olmaq, aludə olmaq (adətən arzu edilməyən bir şeyə). Motala dadanan köpək bir də gələr. (Ata. sözü). Canım, belə şey olmaz, axı! Görün bu zəhrimara...

DADANMIŞ (ID - 7681)

f.sif. Bir şeyin dadmı dadıb ona alışmış, adət etmiş, aludə olmuş. Dadanmış qudurmuşdan betərdir. (Ata. sözü). Müftə qazanca dadanmış qoçular arasında rəqabət gedirdi. A.Şaiq.

DADAŞ (ID - 7682)

is. Kiçik qardaş və bacıların böyük qardaşa verdikləri ad; böyük qardaşa müraciət. Bir gün gəldim, rəhmətlik dadaşıma dedim: - Dadaş, məni qoy dərsə. C.Məmmədquluzadə. [Əntiqə:] Dadaş, səsinə qurban olum! Mir Cəlal.
...

DAD-BİDAD (ID - 7683)

nida [fars.] Adətən “ey dadbidad” şəklində - təəssüf, kədər bildirir. Müxtəsər, əqlim çaşıb, ey dad-bidad Ərdəbil; Bir də namərdəm, əgər etsəm səni yad, Ərdəbil! M.Ə.Sabir. Ey dad-bidad! Bizyatmışıq, sel az qalıb gələ,...

DADBİLMƏ (ID - 7684)

is. Bir şeyin dadmı bilmə qabiliyyəti, dad duyğusu - beş duyğudan biri.

DADBİLMƏZLİK (ID - 7685)

is. Dadbilmə hissinin olmaması.

DAD-DAMAQ (ID - 7686)

is. Ləzzət, nəşə. Yurd edəli Azərbaycanı; Dad-damaq vermisən bizim ellərə. R.Rza.

DADDIRMA (ID - 7687)

“Daddırmaq”dan f.is.

DADDIRMAQ (ID - 7688)

f 1. Dadma baxdırmaq, dadını-ləzzətini duyacaq dərəcədə yedirmək, ya içirmək.
2. məc. Hiss etdirmək.

DAD-DUZ (ID - 7689)

is. B ax dad1

DAD-FƏĞAN (ID - 7690)

bax dad-fəryad.

DAD-FƏRYAD (ID - 7691)

is. [fars.] Köməyə çağırma.
// Fəryad, fəğan, dad.
□ Dad-fəryad etmək (eləmək) - imdada çağırmaq, köməyə çağırmaq.

DADICI (ID - 7692)

is. xüs. Bir şeyin dadmı müəyyən edən mütəxəssis; dequstator, dequstasiya mütəxəssisi.

DADIXMA (ID - 7693)

“Dadıxmaq”dan f.is.

DADIXMAQ (ID - 7694)

f Çox qalmaqdan dadmı itirmək, yaxud pis dadmaq, dadı korlanmaq.

DADILMA (ID - 7695)

“Dadılmaq”dan f.is.

Bu səhifə 506 dəfə baxılıb