1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 63
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DÖŞƏMƏ2 (ID - 10746)

is. aşp. Plovun altına qoyulub bişirilən ət, kişmiş və s.-dən ibarət qara (xuruş). Plovun döşəməsi.

DÖŞƏMƏK (ID - 10747)

f 1. Salmaq, sərmək, bir şeylə üstünü örtmək. [Cahangir bəy:] İldırım, sən də yapıncıları döşə yerə... N.Vəzirov. Tərgül qazanın altında od yandırdı, samovara köz saldı, masanın üstünə ütülənmiş ağ süfrə döşədi....

DÖŞƏMƏLİ1 (ID - 10748)

sif. Döşəməsi olan, üstü bir şeylə döşənmiş, örtülmüş. Döşəməli ev. Daş döşəməli küçə. Taxta döşəməli eyvan. - ..Gecə idi, ev sahibinin qızı daş döşəməli xiyabanla gəlib odun anbarından odun götürmək istəyirdi....

DÖŞƏMƏLİ2 (ID - 10749)

sif. aşp. Döşəmədən ibarət qarası (xuruşu) olan. Döşəməli aş.

DÖŞƏMƏLİK1 (ID - 10750)

sif. Döşəməyə yarayan. Döşəməlik taxta.

DÖŞƏMƏLİK2 (ID - 10751)

sif. Döşəmə üçün yararlı. Döşəməlik ət.

DÖŞƏMƏPLOV (ID - 10752)

is. aşp. Qarası döşəmədən ibarət plov. - Yolda məşədinin yadına düşdü ki, sübh üç girvənkə ət alıb və sifariş edibdir ki, əti abguşt bişirib günorta uşaqlar suyuna çörək doğrayıb yesinlər və ətini saxlayıb axşama...

DÖŞƏMƏSİLƏN (ID - 10753)

is. 1. Döşəməni silib təmizləmək üçün elektrik şotkası. [Azər:] Döşəməsilən, paltaryuyan, elektrik çayniki, radio - hamısından başım çıxır. M.İbrahimov.
2. Döşəməni silib təmizləməklə məşğul olan adam.

DÖŞƏMƏSÜRTƏN (ID - 10754)

bax döşəməsilən 2-ci mənada.

DÖŞƏNƏCƏK (ID - 10755)

is. 1. Yerə döşənilən, salınan hər şey (xalça, palaz və s.). Otaqda bol döşənəcək var.
2. Bax döşənək.

DÖŞƏNƏCƏKLİ (ID - 10756)

b ax döşənəkli.

DÖŞƏNƏK (ID - 10757)

is. Yerə, alta salına biləcək hər şey. Həsir döşənək. Küləş döşənək. Malqaranın döşənəyi vaxtında və müntəzəm surətdə dəyişdirilməlidir.

DÖŞƏNƏKLİ (ID - 10758)

sif. Döşənmiş, müxəlləfatla təchiz olunmuş, səliqəyə salınmış, bəzənmiş. Qoy otursun döşənəkli otaqda; Telli bir gəlinin qonağıyam mən. Aşıq Rəcəb.

DÖŞƏNİLMƏ (ID - 10759)

“Döşənilmək”dən f.is.

DÖŞƏNİLMƏK (ID - 10760)

məch. bax döşənmək
ci mənada.

DÖŞƏNMƏ (ID - 10761)

“Döşənmək”dən f.is.

DÖŞƏNMƏK (ID - 10762)

1. məch. Sərilmək, salınmaq, üstünə salınmaq. Rəxtxabı döşəndi, yatdı hərif; Günbəgündən vücudu oldu zəif.S.Ə.Şirvani. Həyətdə palaz döşənib samovar qurulmuşdu. Çəmənzəminli. Döşəndi süfrə yerə, xonçeyi-pilov gəldi;...

DÖŞƏNMİŞ (ID - 10763)

1. “Döşənmək”dən (1 və 2-ci mənalarda) f.sif. Orada çocuğun uzanmış olduğu yatacaqdan və yerə döşənmiş cırıqcırıq parça palazlardan başqa artıq bir şey gözə çarpmırdı. T.Ş.Simurq. Qadir .. yastı daş döşənmiş həyətə...

DÖŞƏNTİ (ID - 10764)

is. Döşənilən hər hansı bir şey. Otaq döşəntisi.

DÖŞƏTDİRİLMƏ (ID - 10765)

“Döşətdirilmək”dən f.is.

DÖŞƏTDİRİLMƏK (ID - 10766)

“Döşətdirmək”dən məch.

DÖŞƏTDİRMƏ (ID - 10767)

“Döşətdirmək”dən f.is.

DÖŞƏTDİRMƏK (ID - 10768)

“Döşətmək”dən (1-ci mənada) icb. Sən, Sənəm, boş otağı döşətdir, otur orada. Ə.Haqverdiyev.

DÖŞƏTMƏ (ID - 10769)

“Döşətmək”dən f.is.

DÖŞƏTMƏK (ID - 10770)

icb. Döşənək saldırmaq. Böyükxanım qonaq otaqlarını döşədib zinət verdirmişdi. M.S.Ordubadi. Söyüd ağacının kölgəsinə birpalaz döşədib orada rahatlandım. S.Hüseyn.

DÖŞƏYATAN (ID - 10771)

sif. Ürəyəyatan, xoşagələn, xoşlanılan, cazibəli. Döşəyatan bir şey.

DÖŞLƏMƏ (ID - 10772)

“Döşləmək”dən f.is.

DÖŞLƏMƏK (ID - 10773)

f 1. Döşü ilə itələmək, döş vurmaq. Cücələr bir-birini döşləyərək səpdiyim dəni dimdiklərdi. A.Şaiq.
2. Döşündən, yaxasından yapışmaq.

DÖŞLƏŞMƏ (ID - 10774)

“Döşləşmək”dən f.is.

DÖŞLƏŞMƏK (ID - 10775)

qarş. Üz-üzə vuruşmaq, savaşmaq, döş-döşə gəlmək, əlbəyaxa olmaq, mübarizə etmək. O, mütləqa Dəmirovla üz-üzə gəlməli idi, onsuz da onu bu arada saymayan adamla istər-istəməz döşləşməli idi. S.Rəhimov.

DÖŞLÜ (ID - 10776)

sif. 1. Döşü enli və iri olan. Döşlü at.
2. məh. dan. Qoçaq, qorxmaz, dikbaş. O, yaxşı bilirdi ki, Qəhrəman məktəb uşaqlarının döşlüsü və hazırcavabıdır. S.Rəhimov.

DÖŞLÜK (ID - 10777)

is. 1. Paltarı təmiz saxlamaq üçün üstdən geyilən qolsuz önlük. Dəllək döşlüyü. Döşlüyün ətəyi. Uşaq döşlüyü. - Restoran sahibi də başında araqçın, döşündə döşlük kürənin arxasında durub, .. xörəkləri çəkib...

DÖŞLÜKLÜ (ID - 10778)

sif. Döşlük geymiş. Döşlüklü aşpaz. - İki nəfər ağ döşlüklü gənc qız nömrə üçün kağız doğrayırdı. Mir Cəlal.

DÖŞOTU (ID - 10779)

is. bot. Boruvari çiçəkləri olan çoxillik ot bitkisi.

DÖŞÜAÇIQ (ID - 10780)

sif. və zərf Sinəsi açıq. Bu gecə Maşo Sonanın yatacaq otağına gəlib onu döşüaçıq yatmış gördü. N.Nərimanov.

DÖŞÜDOLUSU (ID - 10781)

zərf dan. Ürəyini boşaldaraq; çoxlu, ətraflı. Memar ilk qələbədən döşüdolusu məlumat verirdi. S.Rəhimov.

DÖŞÜQARA (ID - 10782)

sif. Döş tərəfi, döşü qara olan. Döşüqara quş.

DÖŞÜODLU (ID - 10783)

sif. Ürəyində çoxlu deyiləsi sözü olan, ürəyi sözlə dolu olan.

DÖŞÜRMƏ (ID - 10784)

“Döşürmək”dən f.is.

DÖŞÜRMƏK (ID - 10785)

f. Toplamaq, cəm etmək, yığmaq, yığışdırmaq. Dərviş Məstəlişah cəld taxta parçaları döşürüb, töküb xurcuna, atır çiyninə, girir yükün qabağından asılan pərdənin dalısına, gizlənir. M.F.Axundzadə. Şərqli uşaqlar...

DÖŞÜRÜLMƏ (ID - 10786)

“Döşürülmək”dən f.is.

DÖŞÜRÜLMƏK (ID - 10787)

məch. Yığılmaq, toplanmaq.

DÖŞÜYASTI (ID - 10788)

sif. Döşü yastı olan, döşü inkişaf etməmiş.

DÖŞÜZƏİF (ID - 10789)

sif. Ciyərləri zəif, ciyərləri sağlam olmayan. Döşüzəif adam.

DÖVLƏT1 (ID - 10790)

is. [ər.] Ölkənin hakim sinfinin, mövcud idarə üsulunu qorumaq və başqa siniflərin müqavimətini aradan qaldırmaq məqsədini daşıyan siyasi təşkilatı, habelə bu cür siyasi təşkilatı olan ölkənin özü. Dövlət hüdudları. Dövlət...

DÖVLƏT2 (ID - 10791)

is. [ər.] Sərvət, mal, mülk, pul və b. maddi nemətlərin məcmusu. Məgər azdır bu xalqda dövlət? Çoxdu dövlət və leyk yox himmət. S.Ə.Şirvani. ..Heydər atasının dövlətinə tək oldu malik və işi, gəldikcə başladı tərəqqi...

DÖVLƏTİ (ID - 10792)

sif. [ər.] Dövlətə aid, dövlətə məxsus. Zeynal dövləti müəssisələrin birində orta bir vəzifə daşıyırdı. S.Hüseyn.
// Dövlət üçün, dövlət nöqteyi-nəzərindən əhəmiyyəti olan. Dövləti məsələ.
// Dövlət tərəfindən...

DÖVLƏTLƏNDİRMƏ (ID - 10793)

“Dövlətləndirmək”dən f.is.

DÖVLƏTLƏNDİRMƏK (ID - 10794)

f Dövlətli etmək, dövlət sahibi etmək, varlandırmaq, sərvətləndirmək, dövlətini daha da artırmaq.

DÖVLƏTLƏNMƏ (ID - 10795)

“Dövlətlənmək”dən f.is.

Bu səhifə 2 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif