1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 33
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DƏRYAZLAMA (ID - 9246)

“Dəryazlamaq”dan f.is.

DƏRYAZLAMAQ (ID - 9247)

f. Dəryazla biçib yerə sərmək; kərəntiləmək. Otu dəryazlamaq.

DƏRYAZLANMA (ID - 9248)

“Dəryazlanmaq”dan f.is.

DƏRYAZLANMAQ (ID - 9249)

məch. Dəryazla biçilmək; kərəntilənmək.

DƏRZ (ID - 9250)

is. Biçilmiş taxıl bağlaması. Dərz qalağı. Dərz bağlamaq. - ...Dərzlər bağlanır, taya vurulur; Tayalardan böyük qaya qurulur. A.Səhhət. Kəndlilər taxıl dərzlərindən taya vurur, vəl sürür, sovuruq atırlar. M.İbrahimov.
dərz-dərz...

DƏRZBAĞLAYAN (ID - 9251)

sif. tex. Biçilmiş taxılı dərz halında bağlayan. Dərzbağlayan maşın.

DƏRZDAŞIYAN (ID - 9252)

sif. k.t. Dərzləri bir yerdən başqa yerə daşıyan. Dərzdaşıyan maşın.

DƏRZƏLAH (ID - 9253)

is. məh. Otun tökülməməsi üçün yüklü arabanm üstünə və yanlarına uzadılan ağac.

DƏRZƏNƏK (ID - 9254)

is. məh. İynəşəkilli xırda yarpaqları olan, yerə sərilən ot bitkisi.

DƏRZİ (ID - 9255)

is. Paltar biçib-tikən usta. Dərzi şagirdi. Uşaq dərzisi. - Dərziyə köç dedilər, iynəsini sancdı yaxasına. (Ata. sözü). Boyaqçıya, başmaqçıya, dərziyə; Havaxtadək olacağıq ikiqat? Q.Zakir.

DƏRZİXANA (ID - 9256)

is. Dərzilərin işlədiyi yer, paltar biçilib-tikilən yer. Yeməklər ümumi mətbəxdə hazırlanır, geyim isə dərzixanada tikilir. M.S.Ordubadi. Yuxarıda, Qoqol küçəsinin tinində isə ev idarəsi, dərzixana, uşaq müalicəxanası yerləşmişdi....

DƏRZİQUŞU (ID - 9257)

is. zool. Sərçələr dəstəsindən kiçik meşə quşu.

DƏRZİLİK (ID - 9258)

is. Dərzinin peşəsi, sənəti, işi. Dərzilik etmək.

DƏRZLƏMƏ (ID - 9259)

“Dərzləmək”dən f.is

DƏRZLƏMƏK (ID - 9260)

f. Biçilmiş taxılı, otu dərz halına salmaq, dərz bağlamaq.

DƏRZLƏNMƏ (ID - 9261)

“Dərzlənmək”dən f.is.

DƏRZLƏNMƏK (ID - 9262)

məch. Dərz halına salınmaq, dərz bağlanmaq (biçilmiş taxıl, ot).

DƏRZLİK (ID - 9263)

sif. Dərz bağlamağa yarayan, dərz bağlamaq üçün hazırlanmış. Dərzlik taxıl.

DƏRZYIĞAN (ID - 9264)

sif. tex. Hazırlanmış dərzləri yığan, toplayan. Dərzyığan maşın.

DƏSAYİS (ID - 9265)

is. [ər. “dəsisə” söz. cəmi] bax dəsisə. ...Adə, bu şəhrdə gəl gör nələr-nələr var imiş; Nə şeytənət, nə dəsayis, nə hiylələr var imiş. “Mol. Nəsr.”

DƏSGAH (ID - 9266)

is. [fars.] 1. Cah-calal, həşəmət, dəbdəbə, təntənə, büsat, böyük şənlik. Varlı yoxsullaşanda əlli il dəsgahını pozmaz. (Ata. sözü). Bəli, qoşun atdandı, böyük cəlal, dəsgahınan bular düşdülər yola.
// Bəzən kinayə,...

DƏSGAHLI (ID - 9267)

sif. Cah-calallı, dəbdəbəli, təmtəraqlı, çox yaxşı qurulmuş, təşkil edilmiş. Heydərovla Səmayə .. dəsgahlı bir toy elədilər. Mir Cəlal.

DƏSGİRƏ (ID - 9268)

is. [fars.] Qarğı və ya incə çubuqdan hörülmüş kiçik səbət. Üzümü dəsgirəyə yığmaq.

DƏSXOŞ (ID - 9269)

is. [fars.] dan. Yüngül qazanc, asanlıqla əldə edilən pul və s.
// Pul hədiyyəsi; bəxşiş, mükafat. [Saşa bəy:] Dünən gecə özün demədinmi, Saşa, bu bankı aparsam, sənə əlli manat dəsxoş verəcəyəm. Axundov.
□□...

DƏSİSƏ (ID - 9270)

is. [ər.] Hiylə, intriqa, əlaltından iş görmə.

DƏSMAL (ID - 9271)

is. [fars.] 1. Əl-üz və s. silmək üçün ensiz, uzunsov parça; məhrəba. Üz dəsmalı. Qab dəsmalı. Yaş dəsmalla bədənini sürtmək. - Səməndər dəsmalını qatlayıb çarpayısının başından asdı. M.Hüseyn. [Mahmud] üz dəsmalı...

DƏSMALASAN (ID - 9272)

is. Dəsmal asmaq üçün asqı, qarmaq və s.

DƏSMALI (ID - 9273)

is. mus. Dəsmal ilə oynanılan Azərbaycan oyun havalarından birinin adı.
“Dəsmalı ” da azərbaycanlıların sevimli rəqsidir.

DƏSMALLAMA (ID - 9274)

“Dəsmallamaq”dan f.is.

DƏSMALLAMAQ (ID - 9275)

f 1. Dəsmalla silmək, qurulamaq. Əl-üzünü dəsmallamaq. Bədənini dəsmallamaq. - Cavan övrət kürsünün üstə qabağına iki stəkan qoyub məşğul idi stəkan yuyub dəsmallamağa. C.Məmmədquluzadə.
2. məc. dan. Yalandan tərifləmək,...

DƏSMALLANMA (ID - 9276)

“Dəsmallanmaq”dan f.is.

DƏSMALLANMAQ (ID - 9277)

məch. Dəsmalla silinmək, dəsmalla qurulanmaq.

DƏST1 (ID - 9278)

is. [fars.] 1. Bir adamın geyimini təmin edəcək paltar komplekti. [Mirzə Dadaş:] Arvad, dur ayağa, gör nə gətirmişəm. İki dəst paltar sənin üçün, iki dəst libas özüm üçün. N.Vəzirov.
Müəyyən məqsəd üçün lazım olan...

DƏST2 (ID - 9279)

is. [fars.] klas. Əl. İndi ki almısan iynə dəstinə; Bu şan-şan bağrımı gözə, dur, gözə! Ə.Nəbati. Qışda dağlar ağ geyinər, yaz qara; Sağ dəstinlə ağ kağıza yaz qara. Aşıq Ələsgər.

DƏSTAN (ID - 9280)

b ax dastaıı. Bu sözə nisbət sənə gəl bir hekayət söyləyim; Lütf edib qıl bir nəzər, bu müxtəsər dəstanə bax. M.V.Vidadi.

DƏSTAR (ID - 9281)

is. [fars.] köhn. Əmmamə, çalma.

DƏSTAVÜZ (ID - 9282)

is. [fars.] Bəhanə. Əlində dəstavüz etmək.
// Dəlil, sübut, əsas. [Qubernator:] Belə olsun ki, mənim də əlimdə bir dəstavüz olsun. C.Cabbarlı. Heç birisini tutmaq üçün əldə dəstavüz yoxdur. M.İbrahimov.

DƏSTBƏND (ID - 9283)

is. [fars.] köhn. Qolbaq, bilərzik.

DƏSTDİRAZ (ID - 9284)

sif. [fars.] köhn. 1. Əliuzun, hər şeyə qarışan.
2. məc. Zalım, zülmkar.

DƏSTDİRAZLIQ (ID - 9285)

is. köhn. Əliuzunluq, hər şeyə qarışma.
□ Dəstdirazlıq etmək əl uzatmaq. [Vəzir:] Sənin qorxundan heç bir kimsənə bəndələrindən bir fəqirin malına və əyalına dəstdirazlıq edə bilməz. M.F.Axundzadə.

DƏSTƏ1 (ID - 9286)

is. [fars.] 1. Birgə fəaliyyət üçün birləşmiş adamlardan ibarət mütəşəkkil qrup. Geoloji kəşfiyyat dəstəsi. Ovçular üç dəstəyə ayrıldılar. Çalğıçılar dəstəsi. -Molla Nəbiqulu məktəb uşaqlarından bir dəstə düzəltdi....

DƏSTƏ2 (ID - 9287)

is. [fars.] Bir şeyin əl tutulan yeri, tutacaq yeri; sap, qulp, qəbzə. Qapı dəstəsi. Qılınc dəstəsi. Mişarın dəstəsi. Xəncərin dəstəsindən tutarkən; “Mən ” səsləndi bir nəfər igid oğlan. A.Səhhət. [Mirzə Kərim:] Haydı...

DƏSTƏ3 (ID - 9288)

is. [fars.] köhn. Gecə, yaxud gündüz saat on iki. Xeyr, ağa, dəstədən təqribən üç saat yarım keçəndə, yəni günortaya təqribən nə qalır? C.Məmmədquluzadə. [Vaqif] ..qələmi yerə qoyub saatına baxdı, əqrəblər düz dəstənin...

DƏSTƏBAŞÇI (ID - 9289)

bax dəstəbaşı. Bəli, məclis qurulur, mənəm-mənəm deyənlər əyləşirlər yuxarı başda, dəstəbaşçıları düzülürlər bir tərəfdən. C.Məmmədquluzadə. Dəvəçilərin dəstəbaşçısı xəbər yolladı ki, qoy Növbər dəstəsi...

DƏSTƏBAŞÇILIQ (ID - 9290)

bax dəstəbaşılıq.

DƏSTƏBAŞI (ID - 9291)

is. Hər hansı bir dəstəyə başçılıq edən adam. [Qarovul:] Dəstəbaşımız da öz mağarasında əyləşib, üç gündür nə isə bizimlə danışmaq istəmir. Ə.Haqverdiyev. Lakin dəstəbaşı araya soxulan bu artıq adamı çıxarmaq istədi....

DƏSTƏBAŞILIQ (ID - 9292)

is. Dəstəbaşı olma, dəstə başmda durma, dəstəyə başçılıq etmə.

DƏSTƏBAZ (ID - 9293)

sif. [fars.] Özünə tərəfdar olan adamlardan dəstə düzəldib fıkrini, işini yeritməyə çalışan adam (mənfi mənada işlənir).

DƏSTƏBAZLIQ (ID - 9294)

is. Dəstə düzəltmə, dəstəbazın gördüyü iş (mənfi mənada işlənir). Dəstəbazlıq etmək.

DƏSTƏBƏDƏSTƏ (ID - 9295)

zərf [fars.] Dəstədəstə olaraq, dəstə ilə, dəstə halında. Götürüb xublardan dəstəbədəstə; Barı, gəl öləndə qəbrimin üstə. Q.Zakir. Qəm ləşkəri durub dəstəbədəstə; Könül şəhrin tarac eyləmədinmi? M.V.Vidadi.

Bu səhifə 155 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif