1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 58
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DONUQLUQ (ID - 10496)

is. 1. Donuq şeyin halı.
məc. Süstlük, soyuqluq, hərəkətsizlik, ruh düşkünlüyü. Əbil Qənbərovun çıxışı .. adamlarda nə isə bir donuqluq əmələ gətirdi. Ə.Vəliyev.
// məc. Sakitlik.

DONUŞLUQ (ID - 10497)

is. Torpağın donmuş halda olması. Qışda daha soyuq və qar örtüyü az olan Şərqi Sibirdə donmanın dərinliyi bir neçə metrə çatır. Belə şəraitdə torpaq yay zamanı üst tərəfdən əriyə bilir, dərinlikdə isə həmişə donma...

DONUŞMA (ID - 10498)

“Donuşmaq”dan f.is.

DONUŞMAQ (ID - 10499)

f Azca donmaq, donan kimi olmaq, mayeliyini itirmək. Çox soyuqdur çıxan ahəstəcə tək-tək nəfəsi; Bədənində donuşub, laxtalanıb qan, ölüb... ə! M.Ə.Sabir.
// Keyimək.

DONUZ (ID - 10500)

is. 1. Vəhşi və əhli növləri olan irigövdəli, qısaayaqlı, qoşadırnaqlı, məməli ətlik heyvan. Donuz əti. - Donuzdan bir tük çəkmək də qənimətdir. (Məsəl).
2. məc. Çox pinti, çirkin, səliqəsiz adam haqqında.
// məc....

DONUZABAXAN (ID - 10501)

bax donuzçu.

DONUZANQURDU (ID - 10502)

bax dozanqurdu.

DONUZÇU (ID - 10503)

is. Donuz saxlayan, donuz otaran, donuzlara baxan (adam).

DONUZÇULUQ (ID - 10504)

is. Kənd təsərrüfatının bir sahəsi olaraq donuz yetişdirmə işi. Donuzçuluq təsərrüfatı.

DONUZQILICI (ID - 10505)

is. bot. Sucuq yerlərdə bitən, bənövşəyi çiçəkli, uzun, şiş yarpaqlı bir bitki.

DONUZLUQ (ID - 10506)

is. 1. Donuz saxlanılan yer.
məc. Çirkinlik, natəmizlik, pintilik.
məc. Qabalıq, qanmazlıq; nankorluq.

DONUZOTARAN (ID - 10507)

is. Donuz çobanı.

DONVURMA (ID - 10508)

is. Donun şiddətindən bədənin bir yerində əmələ gələn zədə, xəstəlik hal.

DOPDOĞRU (ID - 10509)

sif. və zərf 1. Tamamilə doğru, tam düzgün. Dopdoğru söz. Dopdoğru xəbər. Dopdoğru söyləmək. Dopdoğru deyir. “Acı olur doğru söz ” - babalar deyib bunu; Çox görmüşəm bu fikrin dopdoğru olduğunu. R.Rza.
2. Birbaşa, düz,...

DOPDOLU (ID - 10510)

sif. Tamam dolu, ağzınacan dolu. Dopdolu qab. - İnci təki dişlər dəhənində nəyə bənzər; Bir qönçeyi-xəndanə, içi dopdolu jalə. Kişvəri. Sısqa, çalışqan Camal; Arxada bir zor çuval; Şeylər ilə dopdolu; Çox da uzaqdı yolu....

DOPU (ID - 10511)

is. məh. Ağzı və dibi dar, qarnı isə gen, kiçik küpə şəklində saxsı qab. Dopuda yağ, qatıq, süzmə, bəkməz saxlanır. - ..Hardasa yaxındakı yastı bir dam üstündə dopu çalıb rəqs eləyən kiçik qızların gülüşləri, aşağıda...

DOR, DORAĞACI (ID - 10512)

is. Müxtəlif məqsədlər üçün gəmilərin ortasında dikəldilən uzun dirək. ..Çıxasan dorağacına, baxasan dəryayə; Açasan bad əsən canibə yelkan, Yusif! S.Ə.Şirvani. Ki, nagah bir qara bayraq açıldı dorağacında; Yazılmış onda...

DOSDOĞRU (ID - 10513)

köhn. bax dopdogru 2-ci mənada. Zahirdən batinə dosdoğru yoldur. Xətayi. [Pələng] qalxdığı yerdən iki dəfə üstümə atıldı, üçüncü atılışda dosdoğru üstümə düşəcəkdi. A.Şaiq.

DOSENT (ID - 10514)

DOSENTLİK (ID - 10515)

is. Dosent vəzifəsi, dosent elmi adı. Dosentliyə təqdim etmək. Dosentlik elmi adı almaq. Dosentlik etmək.

DOSENTÜRA (ID - 10516)

[lat.] 1. Dosent vəzifəsi, dosent adı.
top. Dosentlər.

DOST (ID - 10517)

is. [fars.] 1. Birisi ilə dostluq münasibəti olan adam, yaxın yoldaş, arxadaş. Köhnə dost. Uşaqlıq dostu. - Hər şeyin təzəsi, dostun köhnəsi. (Ata. sözü).
// Birinin yaxşılığını, xoşbəxtliyini istəyən, onu ürəkdən sevən...

DOSTANƏ (ID - 10518)

zərf [fars.] Dost kimi, mehribancasına, dostcasına. Dostanə yaşamaq. Dostanə əlaqə saxlamaq. - Əlaqəmiz dostanədir. Bunu daha da möhkəm etmək lazımdır. M.S.Ordubadi. Cəlil ağa da dostanə, çox az qiymətə var-yoxunu Lütfəli bəyə...

DOST-AŞNA (ID - 10519)

top. Dostlar, yaxın adamlar, yaxın yoldaşlar. [Rüstəm bəy:] Bir neçə nəfər dost-aşna çağırmışam, indi bu saat gələrlər, oturub söhbət edərik. Ü.Hacıbəyov. Gəmi yükün yan çəkər; Zəli sorar, qan çəkər; Yaxşı gündə...

DOST-AŞNALIQ (ID - 10520)

is. Dostluq, yaxınlıq, dostluq münasibəti.

DOSTBAZ (ID - 10521)

is. [fars.] Ümumi işin zərərinə olaraq, xidmətdə və s.-də öz dostlarına üstünlük verən, onları himayə edən adam.

DOSTBAZLIQ (ID - 10522)

is. Ümumi işin zərərinə olaraq xidmətdə və s.-də öz dostlarına və yaxın adamlarına üstünlük vermə, onları himayə etmə. Dostbazlıq etmək. - Təəssüf ki, bəzən tənqiddən xoşa gəlməyən .. tərəfgirlik, dostbazlıq baş verir...

DOSTCA(SINA) (ID - 10523)

zərf və sif. Dost kimi, mehribancasına, dost yaraşan bir tərzdə. Dostcasına hərəkət etmək. Dostcasına yaşamaq. Dostcasına ayrılmaq. Dostcasına rəftar.

DOST-DOĞMA (ID - 10524)

bax doğma 2-ci mənada. İndi adlı-sanlı bir həkim onların dəmir sobasının yanında oturub. Özü də Xəlilin dost-doğma əmisi oğlu! İ.Məlikzadə.

DOST-DÜŞMƏN (ID - 10525)

top. [fars.] Həm xeyirxah olanlar, həm də olmayanlar; həm dost olanlar, həm də dost olmayanlar. [Turxan bəy oğlu Cəmilə acıqlı:] Daha nə olacaq!.. Daha nə olsun ki, dost-düşmən içində bizi yerlərə soxdun. H.Cavid. Yalnız teatr sevgisi...

DOSTLAŞDIRILMA (ID - 10526)

“Dostlaşdırılmaq”dan f.is.

DOSTLAŞDIRILMAQ (ID - 10527)

məch. Bir-biri ilə dost edilmək, bir-biri ilə yaxmlaşdırılmaq, aralarında dostluq əlaqəsi yaradılmaq.

DOSTLAŞDIRMA (ID - 10528)

“Dostlaşdırmaq”dan f.is.

DOSTLAŞDIRMAQ (ID - 10529)

f. Bir-biri ilə dost etmək, aralarında dostluq əlaqəsi yaratmaq, bir-biri ilə yaxınlaşdırmaq.

DOSTLAŞMA (ID - 10530)

“Dostlaşmaq”dan f.is.

DOSTLAŞMAQ (ID - 10531)

f.. Bir-biri ilə dost olmaq, aralarında dostluq münasibəti yaratmaq. Nəbi qaraçılarla yaxından dostlaşır. “Qaçaq Nəbi”. Fərman da Qədir kişi ilə dostlaşmışdı. Ə.Sadıq.

DOSTLUQ (ID - 10532)

is. Qarşılıqlı etimad, ruhən yaxınlıq, mənafe birliyi və s. əsasında əmələ gələn yaxın münasibət. Örtülü bazar dostluğu pozar. (Ata. sözü). [Süleyman:] Adam gərəkdir dostluqda düz ola. Ü.Hacıbəyov. Dostluq var ki, tufanlar,...

DOSTPƏRƏST (ID - 10533)

sif [fars.] 1. Dostunu sevən, dostluğu qiymətləndirən, dostluqda
sadiq olan. Azərbaycanlıların dostpərəst olduqlarını bugünkü hadisələrlə təyin edə biləcəksən. M.S.Ordubadi.
2. Bax dostbaz.

DOSTPƏRƏSTLİK (ID - 10534)

is. 1. Dostu sevmə, qiymətləndirmə; dostluqda sədaqət.
2. Bax dostbazlıq.

DOSTU (ID - 10535)

is. Hörmət üçün əmi və dayı arvadına verilən ad.

DOSTUCAN (ID - 10536)

is. 1. Bax dostu.
2. İri, sarı və uzunsov qovun, yemiş. Tağların üstündə sarı dostucan; Ağ, qara, çil qarpız qıpqırmızı qan. H.K.Sanılı.

DOSTYANA (ID - 10537)

bax dostca(sına).

DOSTYANALIQ (ID - 10538)

is. Dost olma, dostluq göstərmə, dostluq münasibəti.

DOSYE (ID - 10539)

is. [fr.] Müəyyən şəxs barədə sənədlər və materiallar toplusu, kadrlar üzrə şəxsi vərəqə.

DOŞAB (ID - 10540)

is. [fars.] Üzüm, tut, əncir və qeyri meyvələrin şirəsinin qaynadılmasından hasil olan qəliz şirin maddə; bəkməz. Tut doşabı. - ..Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz. Şəhriyar.
□□ Doşab almışam (almışıq)...

DOŞABLIQ (ID - 10541)

is. Doşab üçün yararlı. Doşablıq üzüm.

DOTASİYA (ID - 10542)

[lat.] mal. Artıq xərcləri, zərəri və ya başqa ehtiyacları ödəmək üçün idarələrə, müəssisələrə və ya təşkilatlara dövlət tərəfindən verilən əlavə pul yardımı. Dövlət dotasiyası.

DOTƏLƏB (ID - 10543)

sif. 1. Tələb edən, istəyən, almağa, əldə etməyə şiddətli həvəsi, arzusu olan. Surxay! Sən bilirsən ki, bütün dünya ona dotələb idi. C.Cabbarlı.
2. Özünü cəsarətlə irəli atan, qorxmayan; özünü davaya, toqquşmağa, mübahisəyə...

DOTƏLƏBANƏ (ID - 10544)

bax dotələbcəsinə.

DOTƏLƏBCƏSİNƏ (ID - 10545)

zərf Dotələbliklə, cəsarətlə; davaya, toqquşmaya, mübahisəyə hazır kimi.

Bu səhifə 194 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif