Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

DİKTOR (ID - 9696)

[lat.] Radio və televiziya verilişlərini mikrofon qarşısında oxuyan işçi.

DİKTORLUQ (ID - 9697)

is. Diktor vəzifəsi, diktorun işi. Diktorluq etmək.

DİKYARPAQ(LI) (ID - 9698)

sif. Yarpaqları dik duran. Dikyarpaq(lı) ağaclar.

DİQQƏT (ID - 9699)

is. [ər.] 1. Fikrin, yaxud görmə və eşitmə qüvvəsinin bir obyektə tərəf yönəlməsi və onun ətrafında cəmlənməsi. Diqqətə layiq olmaq. - Molla kitabı oxuyurdu və kəndlilər diqqət ilə qulaq asırdılar. Məmmədquluzadə.
...

DİQQƏTCİL (ID - 9700)

sif. Artıq dərəcədə diqqətli, çox diqqətli. Diqqətcil adam.

DİQQƏTCİLLİK (ID - 9701)

is. Diqqətcil adamın xassəsi.

DİQQƏTƏLAYİQ (ID - 9702)

sif. Diqqət verilməyə layiq olan; çox maraqlı. Şəhərin diqqətəlayiq yerləri. Diqqətəlayiq hadisə. - [N.Nərimanov “Bahadır və Sona” əsərində] həm də diqqətəlayiq bir mütəfəkkir kimi meydana çıxmışdır. M.Arif.

DİQQƏTƏŞAYAN (ID - 9703)

[ər. diqqət və fars. ...şayan] Bax diqqətəlayiq. Nə könül doydu, nə göz gül üzünə baxmaqdan; Öylə ki, əksi-rüxün diqqətəşayandı sənin. Ə.Vahid.

DİQQƏTLİ (ID - 9704)

sif. 1. Hər işində dəqiq və səliqəli olan, səhv və nöqsana yol verməməyə çalışan, diqqət, səy və qeyrət göstərən. Diqqətli adam. Diqqətli şagird. Diqqətli müşahidəçi. Diqqətli usta. - Sarxan .. çox diqqətli (z.) və olduqca...

DİQQƏTLİLİK (ID - 9705)

is. 1. Diqqət göstərmə, diqqətli olma; diqqət.
2. Ehtiyatlılıq.

DİQQƏTSİZ (ID - 9706)

sif. 1. Diqqətini, fikrini cəmləşdirə bilməyən; huşsuz. Diqqətsiz şagird. Diqqətsiz adam.
İşinə diqqətlə baxmayan, işinin yaxşı və səliqəli olmasına fikir verməyən, işi başdansovma görən; başısoyuq. Diqqətsiz usta.
Səliqəsiz,...

DİQQƏTSİZCƏSİNƏ (ID - 9707)

zərf Diqqətsizliklə,
başısoyuqluqla.

DİQQƏTSİZLİK (ID - 9708)

is. 1. Diqqətsiz adamın hal və keyfiyyəti. Onun diqqətsizliyinə adam təəccüb qalır.
İşə diqqət göstərməmə, başısoyuq yanaşma; başısoyuqluq. Diqqətsizlik göstərmək. Diqqətsizlik nəticəsində. Diqqətsizlikdən doğan nöqsanlar....

DİL1 (ID - 9709)

is. 1. anat. İnsan və onurğalı heyvanların ağız boşluğunda olub, qidanın çeynənilib udulmasına kömək edən və onun dadını bildirən, insanda isə, əlavə olaraq, danışıq səslərinin əmələ gəlməsində iştirak edən orqan. Dillə...

DİL2 (ID - 9710)

is. [fars.] klas. Ürək, könül, qəlb. Müjdə, ey dil, ki səni görməyə canan gəldi. Ə.Nəbati. Ey dil, baxırmısan gölü dərya bilənlərə. C.Cabbarlı.
□□ Dil bağlamaq - könül bağlamaq, ürəkdən sevmək, bənd olmaq. Dil vermək
b...

DİL-AĞIZ (ID - 9711)

is. Üzrxahlıq mahiyyətində olan sözlər.
□ Dil-ağız etmək (eləmək) - üzrxahlıq mahiyyətində xoş sözlər söyləmək, yaxud xoş sözlər söyləyərək mehribanlıq göstərmək. Bəy gəlinə dil-ağız etdikdən sonra, onun üzünü...

DİLALTI (ID - 9712)

sif. anat. Dilin altında olan. Dilaltı sinir.

DİLARA (ID - 9713)

sif. [fars.] şair. Ürəkaçan, könülaçan, dilbər; sevgili (klassik şeirdə gözəlin epitetlərindən biri). Dəhanı gülşəkər, zülfü dilara. Ə.Nəbati. Leyk hanı səndə bəsirət gözü; Ta görəsən vəchi-dilarasını? M.Ə.Sabir....

DİLARAM (ID - 9714)

[fars.] bax dilara. Taki sən getdin yanımdan, ey dilaramım mənim; Haləti-vəslin könüldə pasiban qıldı mənə. Xətayi. [Ziba xanım:] Ax, hardadır bu dilaram çəngi? M.F.Axundzadə. İndi bir başqa dilarama pərəstişkaram. A.Səhhət.

DİLARXASI (ID - 9715)

sif. dilç. Dilin arxa hissəsi ilə arxa damağın bir-birinə yaxınlaşması nəticəsində əmələ gələn. Dilimizdəki q, ğ, k, x səsləri dilarxası səslərdir.

DİLAVƏR (ID - 9716)

sif. [fars.] 1. Qoçaq, igid, cəsur, ürəkli, mərd. Çətin ələ düşər dilavər gözəl. Q.Zakir. Zeynəb .. dilavər, kimsədən qorxmaz və çəkinməz bir qarı idi. S.S.Axundov. Fərman həmişə belə qoçaq və dilavər qızların yanında...

DİLAVƏRANƏ (ID - 9717)

[fars.] bax dilavərcəsinə.

DİLAVƏRCƏSİNƏ (ID - 9718)

zərf Qəhrəmancasına, qoçaqcasına, mərdcəsinə. Dilavərcəsinə hərəkət.

DİLAVƏRLƏNMƏ (ID - 9719)

“Dilavərlənmək”dən f.is.

DİLAVƏRLƏNMƏK (ID - 9720)

f Dilavər olmaq, cəsarətlə danışmaq.

DİLAVƏRLƏŞMƏK (ID - 9721)

f Daha cəsarətli olmaq, ürəklənmək, qoçaqlaşmaq.

DİLAVƏRLİK (ID - 9722)

is. 1. İgidlik, cəsarət, qoçaqlıq, mərdlik. Dilavərlik göstərmək.
2. Dillilik, gözəl danışmaq qabiliyyəti, danışmaqda mahirlik. Güləsər atasının və anasının vəziyyətini başa düşdü, özü də hiss etmədən dilavərliyə...

DİLAVİZ (ID - 9723)

sif. [fars.] klas. Ürəyi cəlb edən, ürəyə yapışan, ruhu oxşayan, xoşagələn. Buxağı bərgi-gül, zülfü dilaviz; Dəhanı mirvarid xəzinəsidir. Ə.Nəbati. Nə qədər şairin təbi səlim, zehini açıq .. olsa, bir o qədər onun qələmi(ndən)...

DİLAYRI (ID - 9724)

sif. Ayrı dildə danışan, ayrı millətdən olan. Mən onu dinləyirəm böyük iş meydanında; O yerdə ki arzusu böyük həqiqət olur; Dilayrı bacının da, dilayrı qardaşın da. R.Rza.

DİLAZAR (ID - 9725)

sif. [fars.] İnsafsız, rəhmsiz, şəfqətsiz, mərhəmətsiz, könülincidən, könülə cəfa verən (klassik şeirdə adətən gözəlin epitetlərindən biri). ..Qorxuram, cismü can saralıb yana; Ta yetirəm dilazara dərdimi. Q.Zakir. Dil verməz...

DİLAZARLIQ (ID - 9726)

is. İnsafsızlıq, rəhmsizlik, şəfqətsizlik, mərhəmətsizlik.

DİLBAŞ (ID - 9727)

is. bayt. Xüsusilə qaramalda baş verən xəstəlik. Mal dilbaş olub.

DİLBAZ (ID - 9728)

sif. [fars.] klas. Ürəkaçan, dilbər, dilara.

DİLBƏDİL (ID - 9729)

zərf klas. Dil-dilə, səmimiyyətlə, sədaqətlə. Tutmuş idim səri-kuyində mənzil; Gecə-gündüz danışırdım dilbədil. Q.Zakir. Nola, Vahid, yarə zülfündən çəkən möhnətləri; Dil açaydın, şanətək şərh eyləsəydim dilbədil....

DİLBƏR (ID - 9730)

sif. [fars.] şair. Gözəl, sevgili, canan. Dilbər qız. Dilbər gəlin. - Zeynal özünü yalnız dilbər bir qadının ağuşunda əyləndirə biləcəyini iddia edirdi. S.Hüseyn.
// İs. mənasında. Qiblənüma məhəbbəti dilbərin; Meyli...

DİLBƏRANƏ (ID - 9731)

[fars.] şair. bax dilbərcəsinə. Ey dilbəranə tərzdə cövlan edən çocuq. M.Ə.Sabir.

DİLBƏRCƏSİNƏ (ID - 9732)

zərf Dilbər kimi, dilbər ədası ilə.

DİLBƏRLİK (ID - 9733)

is. Gözəllik, canalıcılıq.

DİLBƏSTƏ (ID - 9734)

sif. [fars.] klas. Könlü bağlı, ürəyi bağlı; aşıq, vurğun.

DİLBİLƏN (ID - 9735)

sif. və is. Düşüncəli, yolbilən, təcrübəli. Bahardır, nə bilir zövqü hər naşı; Çağır dilbiləni, yarı, yoldaşı. M.Rahim. Kəndin ağsaqqalları, dilbilənləri bir yerə toplaşdılar. Ə.Vəliyev.
// Tez başa düşən, mətləb...

DİLBİLMƏZ (ID - 9736)

sif. və is. Başa düşməyən, anlamayan, söz qanmayan, gec başa düşən. Dilbilməzin bir sözü; Sinəmdə qəm bağladı. (Bayatı). Puç eyləyən, övrət, bu gözəl, sadə cavanı; Dilbilməz oğul, vay! M.Ə.Sabir. [Sultan bəy:] Başa düşmürsən?...

DİLBİLMƏZLİK (ID - 9737)

is. Başa düşməməzlik, söz qanmamazlıq.

DİLBİR (ID - 9738)

sif. və zərf Sözü, fikri, sirri bir; əlbir, həmrəy, həmfikir. [Xudayar bəy:] Yox, Vəliqulu, mən dəxi sənin sözünə inanmıram. Mən elə güman edirəm ki, anannan dilbirsən. C.Məmmədquluzadə. [Kəyan] ..istəkliyoldaşı Maral ilə...

DİLBİRLİK (ID - 9739)

is. Söz birliyi, fikir birliyi, həmrəylik; sözləşmə.

DİLCAVABI (ID - 9740)

zərf və sif. Şifahi, ağızdan. Macəranın təfsilini, inşallah, özüm gələndə dilcavabı nağıl edərəm. C.Məmmədquluzadə. ..Əmanətim də, dilcavabı sifarişim də var. A.Şaiq. [Qasım:] Heç olmasa, mənə aid maddələri dilcavabı...

DİLCİK (ID - 9741)

is. Kiçik dil.
// Dilə oxşar çıxıntı. Ayanın qına keçən hissəsində pərdəşəkilli dilcik adlanan çıxıntı olur. H.Qədirov.

DİLCİKVARİ (ID - 9742)

sif. Dilciyə (kiçik dilə) oxşayan.

DİLÇƏ (ID - 9743)

is. Kiçik dil; dil şəklində olan şey, alət və s.

DİLÇƏK (ID - 9744)

is. 1. Ağız boşluğunda üst damağın dal tərəfındə konusşəkilli çıxıntı.
Dilçəyi gəlmək - dilçəyi şişmək. Uşağın dilçəyi gəlib.
2. məc. Hünər, bacarıq mənasında. Dili varsa, dilçəyi də var. (Ata. sözü). [Canəli]...

DİLÇİ (ID - 9745)

is. Dilçilik alimi, dilçilik mütəxəssisi; dilşünas.

Bu səhifə 134 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla