1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 40
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DİBİYASTI (ID - 9596)

sif. Dib səthi yastı olan.

DİBLİ (ID - 9597)

sif. Dibi olan. Dibli çəllək.

DİBLİK (ID - 9598)

is. Altı olan şeylərin dib hissəsi.

DİBÖLÇƏN (ID - 9599)

is. xüs. Çayın, gölün, dənizin dərinliyini ölçmək üçün cihaz.

DİBSİZ (ID - 9600)

sif. 1. Dibi olmayan. Dibsiz çəllək.
Dibsiz kisə - boş anbar. (Ata. sözü).
məc. Dibi çox uzaqda olan, dibi görünməyən, çox dərin. ..Sel dibsiz bir uçuruma doğru axıb gedir. M.İbrahimov.
məc. Sonsuz, sonu olmayan, ucsuz-bucaqsız....

DİDAKTİK (ID - 9601)

sif. [yun.] Təlimverici, öyüdverici, nəsihətverici, tərbiyə məqsədi daşıyan. Didaktik roman. Didaktik hekayə.

DİDAKTİKA (ID - 9602)

[yun.] Pedaqogikanın təlim və tərbiyə üsullarından bəhs edən şöbəsi. Yazı lövhələri də didaktikanın tələblərinə cavab verə bilmir. M.İbrahimov.

DİDAR (ID - 9603)

is. [fars.] klas. 1. Görünüş, üz, sifət, zahiri sima. Doymaq olmaz didarından bir zaman; Tamaşası, qaşı-qabağı şirin. M.P.Vaqif. Xandostu, amandı, qoyma gəldi! Didarı yamandı, qoyma, gəldi! M.Ə.Sabir.
// Üz, çöhrə; gözlər...

DİDDİRMƏ (ID - 9604)

“Diddirmək”dən f.is.

DİDDİRMƏK (ID - 9605)

“Didmək”dən icb.

DİDƏ (ID - 9606)

is. [fars.] klas. Göz. Gər inanmazsan ki, qəmzən yıxdı könlüm şəhrini; Bəs bu fəryadım nədəndir, didə qandan nəm durur? Nəsimi. Ağla, didəm, qanlı yaşın sel olsun; Gizlin dərdin söyləməyə dil olsun. M.V.Vidadi. Kim səni didəsi...

DİDƏLƏMƏ (ID - 9607)

“Didələmək”dən f.is.

DİDƏLƏMƏK (ID - 9608)

f. Xırda-xırda, parça-parça qoparmaq. Daramaq üçün yunu didələmək.

DİDƏRGİN (ID - 9609)

sif. Yurdundan, vətənindən məhrum olaraq başqa yerlərdə dolaşan; sərgərdan, dərbədər. Firqətindən əlim getməz bir işə; Gəzirəm didərgin (z.) səyyad misli. Aşıq Əli.
□ Didərgin düşmək (olmaq) -yurdundan, vətənindən...

DİDƏRGİNLİK (ID - 9610)

is. Didərgin adamın hal və vəziyyəti, didərgin olma.

DİDİK (ID - 9611)

sif. Didilmiş halda olan. Didikyun. Didik ət. Didik gündə.

DİDİK-DİDİK (ID - 9612)

sif. Çox didilmiş, hər yeri didilmiş, çox xırdalanmış, tikə-tikə qoparılmış, çox yırtılmış. Didik-didik quyruq. Didik-didik parça.
□ Didik-didik edilmiş
bax didiklənmiş. Ortalıqda didik-didik edilmiş soyutma toyuq əti...

DİDİKLƏMƏ (ID - 9613)

“Didikləmək”dən f.is.

DİDİKLƏMƏK (ID - 9614)

f Xırda-xırda parçalara ayırmaq, parça-parça qoparmaq; lif-lif, sapsap ayırmaq. Toyuq didikləmiş kündələr.

DİDİKLƏNMƏ (ID - 9615)

“Didiklənmək”dən f.is.

DİDİKLƏNMƏK (ID - 9616)

məch. Didik-didik edilmək.

DİDİKLƏNMİŞ (ID - 9617)

f.sif. Xırda-xırda parçalara ayrılmış, didik-didik edilmiş; didik-didik.

DİDİLMƏ (ID - 9618)

“Didilmək”dən f.is.

DİDİLMƏK (ID - 9619)

f 1. Didik hala gəlmək, didikdidik olmaq, lif-lif, tel-tel ayrılmaq, dağılmaq, yıpranmaq. Paltarı didilmək. - Didilməkdən çuxamda da bir sağ tikə qalmamışdı. S.Rəhimov. Döşəklərinyunu çırpılır, didilir və təzədən salınır....

DİDİM-DİDİM (ID - 9620)

bax didik-didik.
Didim-didim didmək (etmək eləmək)
didik-didik etmək, tikə-tikə etmək, parçaparça etmək, didib dağıtmaq, didmək. ..Dövlətlə Şahbəy həzrətin qollarını bağladılar və əgər Şahbəy olmasaydı, arvadlar onu...

DİDİNMƏ (ID - 9621)

“Didinmək”dən f.is.

DİDİNMƏK (ID - 9622)

qayıd. Bərk qaşınmaq.

DİDİNTİ (ID - 9623)

is. Yun didilməsindən sonra qalan xırda qırıntılar.

DİDİŞDİRİLMƏ (ID - 9624)

“Didişdirilmək”dən f.is.

DİDİŞDİRİLMƏK (ID - 9625)

“Didişdirmək”dən məch.

DİDİŞDİRMƏ (ID - 9626)

“Didişdirmək”dən f.is.

DİDİŞDİRMƏK (ID - 9627)

qarş. 1. Hərə bir tərəfdən didmək.
məc. İncitmək, əziyyət vermək, dinc qoymamaq. Yapışıb əllərilə başının saçlarından; Didişdirir yun kimi, beyninə sıçrayır qan. S.Vurğun.
Dartışdırmaq. Həmzə Zeynalın səsindən...

DİDİŞMƏ (ID - 9628)

1. “Didişmək”dən f.is.
is. məc. Dava, qovğa, çəkişmə, çeynəşmə, boğuşma. İki qardaş arasında olan didişmələr get-gedə uzandı. A.Şaiq.
□ Didişmə düşmək - vuruşma, döyüşmə baş vermək, qovğa düşmək;
...

DİDİŞMƏK (ID - 9629)

qarş. Bir-birini didmək, birbiri ilə vuruşmaq, dalaşmaq, söyüşmək, çəkişmək, çeynəşmək, boğuşmaq. Bir-biri ilə didişmək. - İki qartal dağın təpəsində .. qəzəblə didişirdi. Ə.Sadıq.

DİDİŞMƏSALAN (ID - 9630)

is. Araya didişmə (dava, qovğa, çəkişmə) salan adam.

DİDMƏ (ID - 9631)

“Didmək”dən f.is.

DİDMƏK (ID - 9632)

f 1. Yun, pambıq və s.-ni xırda hissələrə ayırmaq, lif-lif ayırmaq, tel-tel ayırmaq. Səlimnaz arvad təzə yorğan salmaq üçün yun didirdi. M.Hüseyn.
Dimdiyi ilə parça-parça etmək, qoparmaq, dağıtmaq, ovub çıxarmaq (quşlar haqqında)....

DİDMƏLƏMƏ (ID - 9633)

“Didmələmək”dən f.is.

DİDMƏLƏMƏK (ID - 9634)

dan. bax didikləmək.

DİFERENSİAL (ID - 9635)

DİFERENSİASİYA (ID - 9636)

[lat.] Bir şeyin ayrı-ayrı müxtəlif ünsürlərə ayrılması, parçalanması, təbəqələşməsi.

DİFFÜZ (ID - 9637)

sif. [lat.] dilç. Aydın olmayan, yayğın, qeyri-dəqiq. Diffuz səslər.

DİFTERITLİ (ID - 9638)

sif. [yun.] tib. Difterit xəstəliyinə tutulmuş. Difteritli uşaqlar.

DİFTERİYA, DİFTERİT (ID - 9639)

[yun.] tib. Əsasən uşaqlarda baş verən yoluxucu boğaz xəstəliyi; boğma, inaq.

DİFTONQ (ID - 9640)

[yun.] dilç. Bir hecada tələffüz edilən iki saitin birləşməsi.

DİFTONQLAŞMA (ID - 9641)

dilç. “Diftonqlaşmaq”dan f.is.

DİFTONQLAŞMAQ (ID - 9642)

f. dilç. Diftonq əmələ gətirmək.

DİFTONQLUQ (ID - 9643)

is. dilç. Diftonqdan ibarət olma, diftonq səsin halı.

DİFTONQVARİ (ID - 9644)

sif. dilç. Diftonqa oxşayan, diftonqu xatırladan, diftonq mahiyyətində olan. Diftonqvari səs.

DİGƏ (ID - 9645)

is. məh. Yayda yaylağa çıxarkən qoyunların bir müddət qaldıqları dağ ətəkləri. Qoyunların digədən qalxmaları.

Bu səhifə 3 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif