1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 66
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DRAXMA (ID - 10896)

is. [yun.] Yunanıstanın pul vahidi.

DRAJE (ID - 10897)

is. [fr.] 1. Yumru formalı kiçik konfet.
tib. Yumru dərman dənələri.

DRAQUN (ID - 10898)

[fr.] Çar ordusunda və bəzi xarici ölkə ordularında: xüsusi atlı qoşun hissələri nəfəri, yaxud zabiti. Draqun polku. -Axşam yeməyinin axırına qədər Qruşnitski draqun kapitanı iləpıçıldaşır və gözləşirdi. Lermontovdan.

DRAM (ID - 10899)

1. Bax drama. Hələ 1932-ci ildən düşünməkdə olduğu “Əfqanıstan ” dramı üzərində Cabbarlı daha ciddi çalışmaq niyyətində idi. M.Arif.
2. Sif. mənasında. Dram janrı. Dövlət dram teatrı. Dram əsərləri.

DRAMA (ID - 10900)

[yun.] 1. Səhnədə ifa olunmaq üçün dialoq şəklində (müəllifin öz sözü olmadan) yazılmış ədəbi əsər növü. N.Vəzirovun dramaları. Yeni dramanın tamaşaya qoyulması. - İstər şeirlərində və istərsə də ilk hekayə və dramalarında...

DRAMATİK (ID - 10901)

sif. [yun.] 1. Dramaya məxsus, dramaya aid olan. Dramatik artist. Dramatik sənətkar.
Dramatizm ilə dolu; ağır, gərgin, sarsıdıcı; faciəli. Dramatik səhnə. Dramatik hadisə.
mus. Tembrcə güclü, bir qədər kəskin (səs haqqında)....

DRAMATİKLƏŞDİRİLMƏ (ID - 10902)

“Dramatikləşdirilmək”dən f.is.

DRAMATİKLƏŞDİRİLMƏK (ID - 10903)

məch. Dramatizmi, gərginliyi şiddətləndirilmək; dramatik şəklə salınmaq.

DRAMATİKLƏŞDİRİLMİŞ (ID - 10904)

f.sif. Dramatizmi, gərginliyi şiddətləndirilmiş; dramatik şəklə salınmış.

DRAMATİKLƏŞDİRMƏ (ID - 10905)

“Dramatikləşdirmək”dən f.is.

DRAMATİKLƏŞDİRMƏK (ID - 10906)

f Dramatizmi, gərginliyi artırmaq, şiddətləndirmək; dramatik şəklə salmaq.

DRAMATİKLİK (ID - 10907)

bax dramatizm.

DRAMATİZM (ID - 10908)

[yun.] Hadisələrin dramaya xas olan gərginliyi; dramatiklik. Süjetin dramatizmi. Pyes dramatizmlə doludur.
// Faciəlilik.

DRAMATURGIYA (ID - 10909)

[yun.] ədəb. 1. Drama sənəti. Dramaturgiya əsərləri. Dramaturgiyanın vəzifələri.
Hər hansı bir xalqın, yazıçının, dövrün və s.-nin dramatik əsərləri. M.F.Axundzadə dramaturgiyası. Maarifçi dramaturgiyanın inkişafında yeni...

DRAMATURJİ (ID - 10910)

sif. [yun.] Dramaturgiyaya aid. Dramaturji fəaliyyət. Dramaturji məharət. Əsərin dramaturji quruluşu. [“Solğun çiçəklər”dəki] dramaturji vəziyyət .. mürəkkəbdir; çünki burada nadanlıqdan və cəhalətdən artıq tamah, pul, xüsusi...

DRAMATURQ (ID - 10911)

[yun.] ədəb. Drama yazan yazıçı. “Solğun çiçəklər”pyesində Cabbarlının bir dramaturq kimi müvəffəqiyyəti pulun pozucu təsirini göstərməyə təşəbbüs etməsi idi. M.Arif. [H.Ərəblinski] heç bir tamaşa buraxmır, artistlərlə,...

DRAMATURQLUQ (ID - 10912)

is. Dramaturqun işi, peşəsi, sənəti, məşğuliyyəti; drama yazma sənəti.

DRAMLAŞDIRILMA (ID - 10913)

“Dramlaşdırılmaq”dan f.is.

DRAMLAŞDIRILMAQ (ID - 10914)

məch. Dram şəklinə salınmaq.

DRAMLAŞDIRILMIŞ (ID - 10915)

f.sif Dram şəklinə salınmış. Dramlaşdırılmış roman.

DRAMLAŞDIRMA (ID - 10916)

“Dramlaşdırmaq”dan f.vs.

DRAMLAŞDIRMAQ (ID - 10917)

f. Dram şəklinə salmaq. Hekayəni dramlaşdırmaq.

DRAMNƏVİS (ID - 10918)

is. [yun. dram və fars. ...nəvis] köhn. b ax dramaturq. Dramnəvis özü də bugünkü tamaşadan çox razı qalmışdı. S.Rəhimov.

DRAMNƏVİSLİK (ID - 10919)

köhn. bax dramaturqluq.

DRAP (ID - 10920)

[fr.] Üst paltarı üçün qalın yun parça növü. Mağazadan üç metr drap aldım.
// Bu parçadan tikilmiş. Qoşatxan sarı drap paltosunun ətəyini yığıb maşından çıxan özü kimi balacaboy arvadını qarşılayıb qolundan tutdu....

DREDNOUT (ID - 10921)

[ing.] Müasir xətt gəmisinin sələfi olan güclü silahlarla silahlanmış, itigedən iri zirehli gəmi.

DREL (ID - 10922)

is. [rus.] Burğu aləti, cihaz.

DRENAJ (ID - 10923)

[fr.] 1. tex. Arxlar və ya borular sistemi vasitəsilə torpağın qurudulması; həmçinin bu məqsəd üçün işlədilən arx və borular sistemi. Drenaj arx. Drenaj kanal. Drenaj sistemi. - Şoran torpaqları yuduqda şor suyu axıtmaqdan ötrü...

DRENAJLAMA (ID - 10924)

tex. tib. “Drenajlamaq”dan f.is.

DRENAJLAMAQ (ID - 10925)

f. 1. tex. Torpağı arxlar və ya borular sistemi vasitəsilə qurutmaq.
2. tib. Piltə çəkmək; irini çəkmək üçün yaraya piltə qoymaq.

DRENAJLANMA (ID - 10926)

“Drenajlanmaq”dan f.is.

DRENAJLANMAQ (ID - 10927)

məch. 1. tex. Arxlar, ya borular vasitəsilə qurudulmaq. Bataqlıq drenajlandı.
2. tib. Piltə qoyulmaq; piltə və s. vasitəsilə çəkilmək (irin).

DREYF (ID - 10928)

[holl.] dəniz. Buzların, gəmilərin və s.-nin öz-özünə külək və ya cərəyan istiqamətində hərəkət etməsi.

DREZİNA (ID - 10929)

[alm.] Rels üzərində motor və ya əllə hərəkətə gətirilən kiçik dəmiryol arabası, vaqonu.

DRUJİNA (ID - 10930)

DRUJİNAÇI (ID - 10931)

is. Drujina üzvü, drujina nəfəri.

DUA (ID - 10932)

is. [ər.] 1. Adamların bir mətləblə Allaha və müqəddəs saydıqları şəxslərə müraciət, yaxud da ibadət zamanı zikr etdikləri sözlər. Şəhərin kənarı, camaat ayaq üstə, əlləri duada, dodaqları dua vird edir. C.Məmmədquluzadə.
...

DUAÇI (ID - 10933)

is. köhn. Dua edən, birinə yaxşılıq, uzun ömür, səadət arzu edən adam. Borclunun duaçısı alacaqlıdır. (Ata. sözü). Duaçınam, salma məni nəzərdən; Əskik olmayasan sənadan, Pəri! M.P.Vaqif. [Xudayar bəy:] Bəlı, qazı ağa,...

DUAGU (ID - 10934)

[ər. dua və fars. ...gu] köhn. bax duaçı. ..Əgər bizim vilayətin əhvalını xəbər almaq istəsəniz, lillahülhəmd, sağ və salamat sizin ömrünüzə duagu varıq. C.Məmmədquluzadə. [Məşədi Püstə bacı:] A bala, boyuna qurban! Hər...

DUALAMA (ID - 10935)

“Dualamaq”dan f.is.; dua oxuma mərasimi.

DUALAMAQ (ID - 10936)

f din. Nikah mərasimində oğlanla qızın bir yerdə xoşbəxt və uzun ömür sürmələri üçün dua oxumaq; dualama mərasimi icra etmək. Gəlini molla dualayandan sonra faytona minişərdilər. R.Əfəndiyev.

DUALANMA (ID - 10937)

“Dualanmaq”dan f is.

DUALANMAQ (ID - 10938)

məch. din. Üzərində dualama mərasimi icra edilmək.

DUALATMA (ID - 10939)

“Dualatmaq”dan f.is.

DUALATMAQ (ID - 10940)

icb. din. Dualama mərasimi icra etdirmək (başqası vasitəsilə).

DUALİİST (ID - 10941)

[lat.] Dualizm (1-ci mənada) tərəfdarı.
// Sif. mənasında. Dualist dünyagörüşü.

DUALİZM (ID - 10942)

[lat.] 1. fəls. Varlığın əsasını, bir-birini inkar edən və bir-biri ilə mübarizə aparan iki əsas səbəb (materializm və idealizm) təşkil etdiyini iddia edən fəlsəfi nəzəriyyə (monizm ziddi).
2. Ümumiyyətlə, ikilik.

DUA-SƏNA (ID - 10943)

is. [ər.] b ax dua 1-ci mənada.
□ Dua-səna etmək - bax dua etmək (“dua”da). Şəms padşaha dua-səna edib xəzinənin üstünə gəldi, açarları alıb işə başladı. (Nağıl). Anası uşağı Cavadın qucağından aldıqdan sonra...

DUAYAZAN (ID - 10944)

is. din. köhn. Dua yazmaqla məşğul olan adam. [Sərvinaz xanım:] ..Deyiblər İrandan bir duayazan gəlib, getmişəm onun da yanına, beşcə manat ona vermişəm, genə bir əsər olmayıb. N.Vəzirov.

DUBLET (ID - 10945)

[fr.] kit. Hər hansı bir şeyin ikinci nüsxəsi; iki eyni şeydən biri. Kitabın dubleti. Heykəlin, qravürün dubleti.
// Qoşa.

Bu səhifə 2 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif