1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 34
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DƏSTƏÇİ (ID - 9296)

is. Dəstə iştirakçısı, yaxud dəstə düzəldən şəxs.

DƏSTƏÇİN (ID - 9297)

sif. [fars.] Seçmə, bir-bir dərilən və dəstə halında yığılan. Dəstəçin üzüm. Dəstəçin alma.

DƏSTƏK (ID - 9298)

is. [fars.] 1. Bax dəstə2

DƏSTƏKLƏMƏ (ID - 9299)

“Dəstəkləmək”dən f.is.

DƏSTƏKLƏMƏK (ID - 9300)

f. 1. Dəstək vurmaq, dayaq vurmaq. Alma ağacını dəstəklədilər.
2. məc. Kömək etmək, arxa durmaq, müdafiə etmək, tərəfdar olmaq. Dediyi sözləri dəstəklədim mən: - O qənim kəsilib, - dedim, - ölkəyə; Cavidlər sürülüb...

DƏSTƏKLƏNMƏ (ID - 9301)

“Dəstəklənmək”dən f.is.

DƏSTƏKLƏNMƏK (ID - 9302)

məch. 1. Altına dəstək vurulmaq, dayaq vurulmaq.
məc. Müdafiə edilmək, kömək edilmək.

DƏSTƏKLƏTMƏ (ID - 9303)

“Dəstəklətmək”dən f.is.

DƏSTƏKLƏTMƏK (ID - 9304)

icb. Dəstək vurdurmaq. Tənəkləri dəstəklətmək. Əyilən çəpəri dəstəklətmək.

DƏSTƏKLİ (ID - 9305)

sif. Dəstəyi olan. [Qılınc:] Bu gümüş dəstəkli qılınc mənə çatar... M.Hüseyn. [Buğacın] ..belində .. şirmayı dəstəkli, qırmızı qınlı bir bıçaq .. var idi. M.Rzaquluzadə.

DƏSTƏKLİK (ID - 9306)

sif. Dəstəyə (3-cü mənada) yarar. Dəstəklik ağac.

DƏSTƏKSİZ (ID - 9307)

sif. Dəstəyi olmayan, tutacağı olmayan, əl tutmağa yeri olmayan. Dəstəksiz qapı.

DƏSTƏLƏMƏ (ID - 9308)

“Dəstələmək”dən f.is.

DƏSTƏLƏMƏK (ID - 9309)

f. 1. Dəstə halına salmaq, dəstə etmək. Uşaq yığdığı sünbülü dəstələməkdə olduğundan Tapdığı tanımadı. Ə.Əbülhəsən.
Bir yerə yığmaq, yığışdırmaq. [Qazı] ..utandığından Güllü qızın üzünə də baxa bilməyib,...

DƏSTƏLƏNDİRMƏ (ID - 9310)

“Dəstələndirmək”dən f.is.

DƏSTƏLƏNDİRMƏK (ID - 9311)

f Dəstə halına salmaq, dəstə bağlamaq.

DƏSTƏLƏNMƏ (ID - 9312)

“Dəstələnmək”dən f.is.

DƏSTƏLƏNMƏK (ID - 9313)

1. qayıd. Dəstə halına gəlmək, bir arada toplaşmaq, yığışmaq, birləşmək.
2. məch. Dəstə halına gətirilmək, dəstədəstə edilmək.

DƏSTƏLƏŞMƏ (ID - 9314)

“Dəstələşmək”dən f.is.

DƏSTƏLƏŞMƏK (ID - 9315)

qarş. Dəstə halında toplaşmaq, dəstə-dəstə bir yerə toplaşmaq; qruplaşmaq.

DƏSTƏLƏTDİRMƏ (ID - 9316)

“Dəstələtdirmək”dən f.is.

DƏSTƏLƏTDİRMƏK (ID - 9317)

bax dəstələtmək.
Çiçəkləri dəstələtdirib güldanlara qoydurmaq.

DƏSTƏLƏTMƏ (ID - 9318)

“Dəstələtmək”dən f.is.

DƏSTƏLƏTMƏK (ID - 9319)

“Dəstələmək”dən icb. Adamları dəstələdib yola saldılar.

DƏSTƏLİ (ID - 9320)

sif. Dəstəsi olan, əl tutmaq üçün yeri olan. Gümüş dəstəli bıçaq (çəngəl). - Gülnaz qaçıb evdən taxta dəstəli, pas atmış uzun bıçağı gətirdi. M.İbrahimov.

DƏSTƏMAZ (ID - 9321)

is. [fars.] din. Namazdan, bəzən də Quranı ələ alıb oxumaqdan əvvəl yuyunma (üzü, dirsəyə qədər qolu yuma və başın ortasına, eləcə də ayaqların üst tərəfinə su çəkmə) ayini. Dedi: - Bəs mən gedim bulağa tərəf; Dəstəmazım...

DƏSTƏMAZLI (ID - 9322)

sif. din. Dəstəmaz almış, dəstəmaz ayini icra etmiş. [Münəvvər xanım] həmişə dəstəmazlı, ağzıdualı, pak niyyətlə getsə də, nəticə vermirdi. Mir Cəlal.

DƏSTƏMİC (ID - 9323)

is. məh. Yelkənli gəmidə yelkəni qaldırmaq üçün işlənən ip. Dəstəmiclə yelkəni qaldırmaq.

DƏSTƏMUZD (ID - 9324)

is. Dəstə (qrup) ilə görülən iş üçün verilən əmək haqqı.

DƏSTƏRƏK (ID - 9325)

is. Kotanın əl tutulan yeri, dəstəsi.

DƏSTƏRXAN (ID - 9326)

is. [fars.] Süfrə. [Molla]
günorta vaxtı dəstərxanı açır ki, bir az çörək yesin. “M.N.lətif.”. Məmmədhəsən əmi övrətinin sözünə baxıb çəkildi dəstərxanın başına. C.Məmmədquluzadə.

DƏSTFƏRMAN (ID - 9327)

is. [fars.] köhn. Ayaqüstü işləri görən qulluqçu (oğlan).

DƏSTGAH (ID - 9328)

[fars.] bax dəsgah. Xudayar bəy, sənin dəstgahın varmış. C.Məmmədquluzadə. Yüz sənə bundan əqdəm ata və babalarımızın dolanacağını,.. fikir və xəyalatını və bilcümlə, o əsrin övza və dəstgahını.. Vaqif gözəl əşar...

DƏSTGİR (ID - 9329)

is. [fars.] köhn. 1. Kömək edən, əldən tutan; yardımçı, himayəçi, köməkçi. Tutsan əlini məni-fəqirin; Həqq ola həmişə dəstəgirin. Füzuli. Deyirlər ki, cəmi füqəranın dəstgiridir. Ə.Haqverdiyev.
2. Tutulmuş, əl-qolu...

DƏSTGİRƏ (ID - 9330)

is. [fars.] köhn. Qulp, dəstə(k). Başıbəlalı muzdur naəlac çamadanın dəstgirəsinə yapışıb, Qanlıtəpə tərəfə üz qoydu. S.M.Qənizadə.

DƏST-XƏTT (ID - 9331)

is. [fars. dəst və ər. xətt]
Birisinin şəxsən öz əli ilə yazdığı yazı.
Sübhanverdizadə öz dəst-xətti ilə yazmağına baxmayaraq, bu kimi müxtəlif bəhanələrlə öz yazdığını pozmağı da bacarırdı. S.Rəhimov.
2....

DƏSTİ1 (ID - 9332)

is. [fars.] Kiçik, lüləksiz bardaq. Su dəstisi.

DƏSTİ2 (ID - 9333)

zərf [fars.] Tez, əlbəəl, əlüstü. ..Məmmədhəsən əmi dəstigetdi. C.Məmmədquluzadə.

DƏSTİ-XƏTT (ID - 9334)

bax dəst-xətt.

DƏST-PAÇA (ID - 9335)

is. [fars.] köhn. Təlaşa düşmə, tələsmə, iztirab, çapalama.
// Zərf mənasında. Təlaş içində, həyəcanlı bir halda, özünü itirmiş halda. Bu halda qalmaqaldan .. Hatəmxan ağa və Şahbaz bəy yatdıqları damda yuxudan oyanıb...

DƏSTPƏRVƏRDƏ (ID - 9336)

is. [fars.] köhn. Birinin yetişdirməsi olan, birinin Yanında tərbiyə alan, sənət öyrənən adam. Yazıq övrət Mirzə Nəsibin övrətinin yanına gəlib bu sözləri dedi: - Xanım, bu uşaq axundun dəstpərvərdəsidir. Ə.Haqverdiyev.

DƏSTRƏS (ID - 9337)

[fars.] klas. Əli çatma, nail olma, yetişmə; əldə etmə, müvəffəq olma. Yoxdur əlac, çoxdur bu könlümdə həsrətim; Nə vəslə dəstrəs, nə fəraqında taqətim.S.Ə.Şirvani.
□ Dəstrəs olmaq - nail olmaq, əldə etmək, müvəffəq...

DƏSTUR (ID - 9338)

is. [fars.] köhn. 1. Təlimat, göstəriş. Sulduz xan konsuldan və Sərdar Rəşidin aldığı dəstura görə, müharibə zamanı Helminin dəstəsini arxadan vuracaq və məhv edəcəkdi. M.S.Ordubadi.
2. Bax düstur 2-ci mənada.
□□ Dəstur...

DƏSTURÜLƏMƏL (ID - 9339)

is. [fars. dəstur və ər. əməl] köhn. Nizamnamə, təlimat, yazılı göstəriş. [Vəzirlərə] ..vaxt ikən hazırlanmış göstərişlər və dəsturüləməl verildi. M.S.Ordubadi.

DƏŞNƏ (ID - 9340)

is. [fars.] köhn. Kiçik xəncər, yaxud silah kimi işlədilən iri bıçaq. O zaman hələ naqan-zad yox idi, yanımda ancaq dəşnə, iki dənəpiştov var idi. M.S.Ordubadi.

DƏŞT (ID - 9341)

is. [fars.] klas. Çöl, səhra, biyaban. Əqlü-huşum gedib bir Leylivəşdə; Məcnunişeyda tək düşmüşəm dəştə. Q.Zakir.

DƏŞTİ (ID - 9342)

is. [fars.] mus. Azərbaycan, habelə İran klassik musiqisində muğamlardan birinin adı.

DƏVA (ID - 9343)

[ər.] 1. B ax dava. Bir əldə tutub tiğini, bir əldə tutub səng; Dəvaya gəlirsə, ona canım də süpərdir. S.Ə.Şirvani. De görüm, küçədə nə var, a kişi? Bu nə dəvadır, anladınmı işi? M.Ə.Sabir.
2. köhn. bax teorem.
□□...

DƏVA (ID - 9344)

[fars.] klas. b ax dava. Hər dərdin bir dəvası var. (Ata. sözü). Qəm dəfinə camimey dəvadır; Tədbiri-qəm eyləmək rəzadır. Füzuli. Dedilər: - İstə ləbindən dərdipünhanə dəva. S.Ə.Şirvani.
□ Dəva etmək
b ax dava etmək...

DƏVAM (ID - 9345)

[ər.] bax davam. Ömrümün yox dəvamüpayanı. S.Ə.Şirvani. Yoxdur dəvam məndə otuz gün kəsalətə. M.Möcüz.

Bu səhifə 3 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif