1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 10
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DANSAQ (ID - 8096)

dan. bax danlaq.

DANSIQ (ID - 8097)

is. məh. Abır, həya. Abrını itirmək. Məhəbbətini itirmək.

DAR1 (ID - 8098)

sif 1. Ensiz (enli ziddi). Dar küçə. Dar yol. Dar keçid. Dar dərə. - Küçə dar olmağına görə ulaq güc ilə keçirdi. Çəmənzəminli. Diyar kişi dar bir cığırla sola tərəf buruldu. Ə.Məmmədxanlı.
□ Dar dəmir yolu - yaxın...

DAR2 (ID - 8099)

is. [fars.] Edama məhkum olunanları asmaq üçün dikəldilən dirək; dar ağacı. Dar ağacını da təpənin üstündə qurublar. “Koroğlu”. [Konsul:] Bu dar ağacları şahənşah hökumətinin əmri ilə qurulmuşdur. M.S.Ordubadi.
□...

DAR3 (ID - 8100)

is. [ər.] klas. Əsil mənası “ev”, “məskən”, “məhəl”, “məkan” olub, klassik ədəbiyyatda bir sıra tərkiblərdə işlənir. Dari-bəqa din. - o dünya, axirət. Daribəqayə rehlət etmək (buyurmaq) tənt. köhn. - ölmək,...

DARABA (ID - 8101)

is. məh. 1. Taxtadan və s.-dən hasar; arakəsmə. Otağı daraba ilə iki hissəyə ayırmaq.
Evin yanında taxtadan və s.-dən düzəldilmiş tikili. Bu dünyada əlindən min bir peşə gəlirdi: qaşıq qayırmaq, anbar qurmaq, daraba salmaq,...

DARA-BARA (ID - 8102)

is. Mübahisə, dalaşma, dava, küsüşmə, söyüşmə.

DARAĞAOXŞAR (ID - 8103)

bax daraqvari.

DARAQ (ID - 8104)

is. 1. Saçı darayıb düzəltmək üçün dişli alət. Narındişli daraq. Başını daraqla daramaq. - Siyah zülfü daraq ilə dara, gör. Qurbani.
□ Daraq çəkmək - daramaq. Müşkünazın qoyun-qoltuğuna sərinlik dolduqca, külək saçlarına...

DARAQAĞZI (ID - 8105)

is. Darağın dişlərindən tökülən yun və s. qırmtıları.

DARAQBATMAZ (ID - 8106)

f.sif. Qalın, gur, sıx, yaxud dolaşıq, pırtlaşıq, dolaşıb bir-birinə sarılmış. [Sevil] ..əlini sıx və daraqbatmaz qara saçlarına aparıb gəzdirdi. S.Rəhimov.

DARAQCIQ (ID - 8107)

is. Kiçik daraq.

DARAQÇI (ID - 8108)

is. 1. Daraq qayıran usta.
Muzdla yun darayan (adam). Daraqçıya daramaq üçün yun aparmaq.

DARAQÇILIQ (ID - 8109)

is. 1. Daraq qayırma sənəti.
2. Yun darama sənəti. Daraqçılıqla məşğul olmaq.

DARAQ-DARAQ (ID - 8110)

zərf Daraqlar şəklində, yan-yana düzülmüş halda.

DARAQDİŞİ (ID - 8111)

zərf Daraq dişləri kimi bir boyda, yan-yana və sıx. Sərvinazla Muradın briqadalarının əkdiyi pambıq daraqdişi bitmiş(di). Ə.Vəliyev.

DARAQLAMA (ID - 8112)

“Daraqlamaq”dan f.is.

DARAQLAMAQ (ID - 8113)

f 1. Daraqdan keçirmək, daraqla daramaq, daraqla təmizləmək. Yunu daraqlamaq.
// Daraqla düzəltmək. Saçlarını daraqlamaq. Başını daraqlamaq.
Əllərini daraqlamaq - b ax əl.
Silaha patronlu daraq keçirmək. Tüfəngi daraqlamaq....

DARAQLANMA (ID - 8114)

is. 1. “Daraqlanmaq”dan f.is.
2. Pambığın gülaçma dövrü.

DARAQLANMAQ (ID - 8115)

1. məch. Daraqla daranmaq, daraqla təmizlənmək, daraqdan keçirilmək. Yun daraqlanmışdır.
2. f. Gül açmaq. Pambıq kolları yaxşı inkişaf etmiş, daraqlanmışdır. “Az. qad.”.

DARAQLATMA (ID - 8116)

“Daraqlatmaq”dan f.is.

DARAQLATMAQ (ID - 8117)

icb. Daraqlama işi gördürmək.

DARAQLI (ID - 8118)

sif. Darağı olan, başmda, ya bədənində darağa bənzər nişanı olan. Daraqlı balıq. Başı daraqlı quş.

DARAQLIQ (ID - 8119)

sif. 1. Daraq qayrılmağa yarayan. Daraqlıq buynuz.
Daranmaq üçün ayrılan. Daraqlıq yun.
Bir dəfə daraqdan keçirməyə kifayət edən. Bir neçə daraqlıq yun.

DARAQOTU (ID - 8120)

is. bot. Quru və daşlı yamaclarda bitən dənli ot bitkisi.

DARAQVARİ (ID - 8121)

sif. Darağaoxşar, daraq kimi diş-diş.

DARALDICI (ID - 8122)

sif. Daraldan, darlaşdıran, dar hala salan, genəlməyə qoymayan. Damarları daraldıcı dərman.

DARALDILMA (ID - 8123)

“Daraldılmaq”dan f.is.

DARALDILMAQ (ID - 8124)

məch. Dar edilmək, dar hala salınmaq. Şalvarın balağı daraldılmışdır.

DARALMA (ID - 8125)

“Daralmaq”dan f.is.

DARALMAQ (ID - 8126)

f 1. Dar hala düşmək, darlaşmaq, dar olmaq, enliliyi azalmaq. Uzağa getdikcə yol daralır.
// Sıxılmaq, sıxlaşmaq, yığılmaq, kiçilmək. Ayaqqabılar daralmışdır. Köynəkyığılıb daraldı.
Tükənmək. [Sona xanım:] Hövsələm...

DARALTMA (ID - 8127)

“Daraltmaq”dan f.is.

DARALTMAQ (ID - 8128)

f 1. Dar etmək, dar hala salmaq, genliyini azaltmaq; darlaşdırmaq. Dairəni daraltmaq. Paltarın qolunu daraltmaq. - Kərəmov şalvarının balağını da biriki santimetr daraltmışdır. İ.Əfəndiyev.
məc. Azaltmaq, kiçiltmək, məhdudlaşdırmaq....

DARAM (ID - 8129)

sif. Tarım; çox dar. Dağbaşev danışa-danışa daram şinelinin dəmir düymələri ilə əlləşməkdə davam edirdi. S.Rəhimov.

DARAMA (ID - 8130)

“Daramaq”dan f.is.

DARAMAQ (ID - 8131)

f 1. Daraqla tükləri bir-birindən ayırıb nizama salmaq. Başını daramaq. - [Qərənfil] ikinci mərtəbədə bədənnüma güzgünün qabağında durub .. saçlarını darayırdı. M.Hüseyn. Bahardır, gəl çıxaq düzə, sevgilim! Dara saçlarını,...

DARAMLIQ (ID - 8132)

bax tarımlıq.

DARANIQ (ID - 8133)

sif. Daranılmış. Taya dibində də incəbelli bir qız daranıq saçlı bir oğlanla öpüşür. C.Cabbarlı.

DARANQ (ID - 8134)

təql. Metal şeyin başqa bir şeyə toxunarkən çıxardığı səs.

DARANQI (ID - 8135)

is. 1. bot. Qovaq cinsindən ağac; piramidal qovaq.
2. məh. Ağaclardan kəsilib tökülmüş quru budaqlar; çır-çırpı. Daranqı yığmaq.

DARANQILTI (ID - 8136)

DARANMA (ID - 8137)

“Daranmaq”dan f.is.

DARANMAQ (ID - 8138)

1. məch. Daraqla bir-birindən ayrılıb nizama salınmaq, düzəldilmək. [Qərib:] Siyah saçları darandı; Canım həsrətində yandı. “Aşıq Qərib”. [Hindli qız:] Darandıqca qıvrılar tel; Üz üstündə yana düşər. A.Şaiq.
məch....

DARANMIŞ (ID - 8139)

f sif. 1. Daraqla bir-birindən ayrılıb nizama salınmış, düzəldilmiş. Daranmış saç. - [Səfainin] ..Orta boyu, səliqə ilə yuxarı daranmış və yağlanmış qara saçları, mülayim siması və yumşaq səsi onu xəfiyyə rəisindən artıq...

DARAŞDIRMA (ID - 8140)

“Daraşdırmaq”dan f.is.

DARAŞDIRMAQ (ID - 8141)

f. Daraşmasına səbəb və vasitə olmaq. Qarışqaları daraşdırmaq.

DARAŞMA (ID - 8142)

“Daraşmaq”dan f.is.

DARAŞMAQ (ID - 8143)

f. Bir şeyin üzərinə doluşmaq, toplaşmaq, yığışmaq; qonmaq. Qarışqalar mürəbbəyə daraşır. - Sürüyə qurd daraşınca, Qızıl onlarla boğuşa-boğuşa sürünü bu iki təpənin arasına qədər gətirib soxmuşdu. A.Şaiq. ..Sanki...

DARATDIRMA (ID - 8144)

“Daratdırmaq”dan f.is.

DARATDIRMAQ (ID - 8145)

icb. Üçüncü şəxs vasitəsilə daratmaq. Saçlarını daratdırmaq.

Bu səhifə 173 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif