1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 7
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DAMARIBOŞ (ID - 7946)

sif dan. İradəsiz, zəif iradəli, səbatsız, tez aldanan, tez yoldan çıxan, tez təsir altına düşən. Damarıboş adam.
// Qeyrətsiz, namussuz.

DAMARIBOŞLUQ (ID - 7947)

is. dan. İradəsizlik, səbatsızlıq, tez başdan çıxma, tez təsirə düşmə xasiyyəti.
// Qeyrətsizlik, namussuzluq.

DAMARIQIRIQ (ID - 7948)

bax damarıboş.

DAMARLAMA (ID - 7949)

“Damarlamaq”dan f.is.

DAMARLAMAQ (ID - 7950)

f Damarından yapışmaq, sıxmaq, boğmaq. Fəssad olub da, milləti daim damarladın; Hər kəs əlindəkin yerə atdı, qamarladın. M.Ə.Sabir.

DAMARLANMA (ID - 7951)

“Damarlanmaq”dan f.is.

DAMARLANMAQ (ID - 7952)

f Damar-damar olmaq, damarlar (zolaqlar) əmələ gəlmək.

DAMARLI (ID - 7953)

sif 1. Çoxlu damarı olan. Damarlı ət.
Xəstəlik, arıqlıq, qocalıq və s. nəticəsində dərisinin üstündə damarları görünən. Əmiraslan baba damarlı əlini qar kimi ağappaq saqqalına çəkir, uzun bığlarını tumarlayırdı. S.Rəhimov.
məc....

DAMARLILIQ (ID - 7954)

is. dan. 1. Damarlı şeyin halı.
2. məc. Namusluluq, qeyrətlilik.
// İradəlilik, möhkəmlik, səbatlılıq.

DAMARSIZ (ID - 7955)

sif dan. 1. Damarı olmayan.
məc. İradəsiz, zəif iradəli, sözünün üstündə durmayan. Damarsız adam.
məc. Namussuz, qeyrətsiz.

DAMARSIZLIQ (ID - 7956)

is. dan. 1. İradəsizlik,
zəiflik, səbatsızlıq.
məc. Namussuzluq, qeyrətsizlik.

DAMARÜSTÜ (ID - 7957)

sif anat. Damarın üstündə olan; damarı örtən. Damarüstü dəri.

DAMAZLIQ (ID - 7958)

sif Döl verməyə yarayan, döl vermək üçün saxlanılan; döllük, cins. Damazlıq qoyun. Damazlıq buğa. - Azərbaycan atları damazlıq bir cins kimi, Orta və Yaxın Şərq ölkələrinə, hətta Hindistan və Misirə belə aparılmışdır....

DAMBA (ID - 7959)

[holl.] xüs. Alçaq yerləri su basmaqdan qorumaq, sututarlarda isə suyu saxlamaq və s. üçün düzəldilən hidrotexniki qurğu; bənd.
// Üzərində yol salmaq üçün suda düzəldilən uzun sədd. Həmin damba sahili ayrı-ayrı dəniz buruqları...

DAMBAT (ID - 7960)

sif. məh. Lovğa, mütəkəbbir, özünü bəyənən, ədabaz. Dambat adam.

DAMBATLAŞMAQ (ID - 7961)

f. məh. Təşəxxüslənmək, özünü başqalarından yuxarı tutmaq, təkəbbürlü olmaq.

DAMBATLIQ (ID - 7962)

is. məh. Lovğalıq, mütəkəbbirlik, ədabazlıq, təşəxxüs. Dambatlığı sevməmək.
□ Dambatlıq satmaq - təşəxxüs satmaq, lovğalıq etmək.

DAMBİTİ (ID - 7963)

is. zool. Taxtabitiyə oxşar parazit cücü.

DAMCI (ID - 7964)

is. 1. Su və bu kimi mayelərin girdə şəklə düşmüş ayrıca kiçik hissəciyi. Su damcısı. Tər damcıları. - Sıçrayarkən işıldayır damcılar; San saçılar mirvaridlər, incilər. A.Səhhət. Damcılar günün qabağında almaz kimiparıldayırdı....

DAMCICIQ (ID - 7965)

is. Kiçik damcı.
□ Bir damcıcıq - bir az, azacıq, lap cüzi. Can qardaşım! Görsə gözüm bir damcıcıq saf qanını; Min şairin qüvvətilə yazacağam dastanını. S.Vurğun.

DAMCILAMA (ID - 7966)

“Damcılamaq”dan f.is.

DAMCILAMAQ (ID - 7967)

f. Damcı-damcı tökülmək, sızmaq. Əlüzyuyandan su damcılayır.
..Ələmdar uzun burnunun ucundan damcılayan gözyaşlarını sildi. S.Rəhimov.

DAMCILANDIRMA (ID - 7968)

“Damcılandırmaq”dan f.is.

DAMCILANDIRMAQ (ID - 7969)

f. Damcı-damcı tökmək; damcılatmaq.

DAMCILANMA (ID - 7970)

“Damcılanmaq”dan f.is.

DAMCILANMAQ (ID - 7971)

məch. Damcı-damcı tökülmək (axıdılmaq).

DAMCILATDIRMA (ID - 7972)

“Damcılatdırmaq”dan f.is.

DAMCILATDIRMAQ (ID - 7973)

icb. Damcı-damcı tökdürmək, axıtdırmaq.

DAMCILATMA (ID - 7974)

“Damcılatmaq”dan f.is.

DAMCILATMAQ (ID - 7975)

f. Damcı-damcı tökmək, axıtmaq. [Dərmanı] suya damcılatdıqda suda həll olmayan maddələr çökməyə başlayır. R.Əliyev.

DAMCILAYICI (ID - 7976)

is. xüs. Mayeni damcı-damcı tökmək üçün cihaz, alət; pipet.

DAMCIL-DAMCIL (ID - 7977)

zərf Hissə-hissə, azaz, getdikcə, yavaş-yavaş. Ana, .. bədənini damcıl-damcıl əridir, uşağını bəsləmək üçün çırpınırdı. Mir Cəlal.

DAMCILIQ (ID - 7978)

is. 1. Damcı axmaq üçün damlarda düzəldilən yerlər. Çardağın damcılığı.
2. Bax damcılayıcı.

DAMCISALAN (ID - 7979)

bax damcıtökən.

DAMCISAYAN (ID - 7980)

bax damcılayıcı.

DAMCITÖKƏN (ID - 7981)

bax damcılayıcı.

DAMCIVARİ (ID - 7982)

sif. Damcı kimi, damcıya oxşar, damcı şəklində olan.

DAMDABACA (ID - 7983)

is. 1. Uşaqları qorxutmaq üçün yalandan uydurulmuş mövhum vücud (“dam” və “baca” sözlərindən düzəldilmişdir). Qorxuzsun o da damdabaca ilə çağasın; Kəssin də sədasın. M.Ə.Sabir.
2. Kifir, idbar, çirkin, ifritə. Paçcahın...

DAM-DAM (ID - 7984)

is. məh. Doşab bişirmək üçün sıxılıb damcı-damcı yığılan üzüm suyu. Bulanıq dərman .. Nərimana dam-dam suyunu xatırlatdı. Mir Cəlal.

DAMDANDÜŞMƏ (ID - 7985)

sif. dan. Təsadüfi, yersiz, münasibətsiz, mənasız, cəfəng. Damdandüşmə söz. - Deyirəm: - Ay qardaş, sən Allah, belə damdandüşmə sözlər danışma, xalq eşidib səni məzəmmət elər. C.Məmmədquluzadə.

DAM-DAŞ (ID - 7986)

DAMDIRMA (ID - 7987)

“Damdırmaq”dan f.is.

DAMDIRMAQ (ID - 7988)

bax damızdırmaq.

DAM-DİVAR (ID - 7989)

top. Ev və divarlar. Damdan-divardan boylanan çantalı uşaqları bəzən adbaad çağırıb içəri salırdı. Mir Cəlal.

DAM-DUM (ID - 7990)

təql. Təbil kimi şeylərin hasil etdiyi səs.

DAMƏN (ID - 7991)

is. [fars.] klas. Ətək (paltarda). Tutaram yarın qiyamətdə, həbibim, damənin; Məstsən qəflət şərabından, bu gün möhlət sana. Füzuli.
□ Dağ daməni - dağ ətəyi. Utan bir, Koroğlu, utan; Dağların damənin tutan. “Koroğlu”....

DAMƏNƏ (ID - 7992)

bax damən. Dağın damənəsində, müzəyyən çəməndə iki çadır qurulubdur. M.F.Axundzadə.

DAMĞA (ID - 7993)

is. 1. Atların və başqa heyvanların dərisi üzərinə qızdırılmış dəmirlə vurulan nişan.
□ Damğa basmaq (vurmaq) - bax damğalamaq 1-ci mənada. Çəpərimə girib, deyə bəy rəiyyətə badalaq gəldi, rəiyyət öküzünün, atının...

DAMĞABASAN, DAMĞAVURAN (ID - 7994)

is. Damğa vurmaq üçün alət.
// Damğa vuran adam.
2. məc. Adama cürbəcür ləkələndirici adlar qoyan, qarayaxan şəxs.

DAMĞAÇI (ID - 7995)

bax damğavuran.

Bu səhifə 207 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif