1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 27
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DƏMİRYOLÇU (ID - 8946)

is. Dəmiryol nəqliyyatı işçisi. Sifətini qulaqlı papaq altında gizlətmiş dəmiryolçu qarşımdan ötürdü. Mir Cəlal. [Qədirin] əynində dəmiryolçu pencəyi var idi. Ə.Sadıq.

DƏMİRYONAN (ID - 8947)

sif. tex. Dəmiri yonaraq müəyyən şəklə salan. [Qonaqlar] taxtakəsən, dəmiryonan dəzgahların .. komandirlərini danışdırıb sevinir, qibtə edirdilər. Mir Cəlal.

DƏMKEŞ (ID - 8948)

is. [fars.] 1. Üzərinə çaydan qoymaq üçün samovar odluğunun yuxarı hissəsinə geydirilən və yanlarda deşikləri olan hissə. Yazıçı məişətdən danışarkən samovarın dəmkeşinə qədər xırda, lakin əhəmiyyətli detalları unutmur....

DƏMKEŞLİK (ID - 8949)

dan. bax züyçülük 1-ci mənada.

DƏMLƏMƏ (ID - 8950)

“Dəmləmək”dən f.is.

DƏMLƏMƏK (ID - 8951)

f 1. Çayı, xörəyi dəm çəkməyə qoymaq.
// Çayı, qəhvəni dəmə qoyub içmək üçün hazır etmək. Samovar gəldi, Xəlil çay dəmlədi, Fəraməzin mürəbbəsi olduğunu bilirdi. Çəmənzəminli.
Çox qızdırmaq, həddindən artıq...

DƏMLƏNDİRMƏ (ID - 8952)

“Dəmləndirmək”dən f.is.

DƏMLƏNDİRMƏK (ID - 8953)

f 1. Dəmə qoymaq, dəm çəkdirmək. Çayı dəmləndirmək.
2. məc. Kefləndirmək, nəşələndirmək. İçki onu dəmləndirmişdir.

DƏMLƏNMƏ (ID - 8954)

“Dəmlənmək”dən f.is.

DƏMLƏNMƏK (ID - 8955)

1. məch. Dəm çəkmək üçün odun üstünə qoyulmaq; dəm almaq. Çay dəmlənmişdir.
f. məc. dan. Cuşa gəlmək, şadlanmaq, ruhlanmaq, nəşələnmək. Dəmlənib oxuyurlar; Urəkləri cuşa gəlir. Aşıq Əli.

DƏMLƏNMİŞ (ID - 8956)

f.sif. 1. Dəmə qoyulmuş; dəm almış. [Zərbəli:] Qəhvə yoxdur. Yaxşı təzə dəmlənmiş Popov çayımız var. Ə.Haqverdiyev. Stolun üstündə təzə dəmlənmiş çay buğlanır, yanında iki cür mürəbbə görünürdü. Ə.Vəliyev.
məc....

DƏMLƏTMƏ (ID - 8957)

“Dəmlətmək”dən f.is.

DƏMLƏTMƏK (ID - 8958)

f Dəm almağa qoymaq. Çay dəmlətmək.

DƏMLİ (ID - 8959)

sif. 1. Dəm almış, dəmə qoyulmuş. Dəmli çay. Dəmliplov.
Dəm qazı dolmuş, dəm qazı ilə zəhərlənmiş; boğanaq, boğucu. Dəmli otaq.
məc. dan. Şən, nəşəli, ürəkaçan. Bizlərə dəmli qız gərək; Xətli, qələmli qız...

DƏMLİK (ID - 8960)

b ax dəmkeş 1, 2 və 3-cü mənalarda.

DƏMRƏK (ID - 8961)

is. bot. Dodaqçiçəklilər fəsiləsindən yemliyə oxşar bir və çoxillik ot, bir qismi isə yarımkol bitki.

DƏMRO(V) (ID - 8962)

is. 1. tib. Xüsusi göbələklərin törətdiyi dəri xəstəliklərindən biri. İtlər insanların qoturluq, keçəllik, dəmrov kimi dəri xəstəliklərinə tutulmalarına səbəb olur.
2. Bu xəstəliyin bədəndə qalan yeri, ləkəsi. Onun...

DƏMROVLU (ID - 8963)

sif. Dərisinə dəmrov düşmüş, dəmrov basmış, dəmrov ləkələri olan. Dəmrovlu pişik. Dəmrovlu üz. - Mirzə kinə rəngində, dəmrovlu bir sifət gördü.. İ.Məlikzadə.

DƏMROVOTU (ID - 8964)

is. bot. Təbabətdə işlənən çoxillik şirəli ot bitkisi. Dəmrovotu çoxillik bitki olub 70 sm hündürlükdə budaqlı gövdəyə malikdir. Bütün hissələrində çəhrayı rəngli süd şirəsi vardır. R.Əliyev.

DƏMSAZ (ID - 8965)

is. [fars.] klas. 1. Yoldaş, həmdəm. Həmrazim idin şikayətimdə; Dəmsazim idin hekayətimdə. Füzuli.
Uyğun, müvafiq. Bir kəsə olmasa zəmanə dəmsaz; Çox adamlar alar üstünə ayaq. Q.Zakir.
Musiqidə: əsas çalana kömək edən...

DƏMSAZLIQ (ID - 8966)

is. köhn. 1. Yoldaşlıq, həmdəmlik; yoldaşlıq etmə.
2. Uyğunluq, müvafiqlik.

DƏMSİZ (ID - 8967)

sif. Dəm almamış.

DƏMSİZLİK (ID - 8968)

is. Dəm almama, dəmi olmama.

DƏMTUTAN (ID - 8969)

is. 1. Züyçü. Zurnaçının dəmtutanı.
2. məc. Fərqinə varmadan başqasının sözünü, fikrini müdafiə və təkrar edən adam.

DƏMYƏ (ID - 8970)

1. is. k.t. Suvarılmayan yer. Bu torpaq dəmyədir.
// Sif. mənasında. Bu yerlərdə əkilən. Dəmyə taxıl. Dəmyə bostan.
..[Bəxtiyarm] çöldə bir qədər dəmyə əkini vardı. S.Hüseyn. Bu il havaların yaxşı keçməsi, tez-tez...

DƏMYƏÇİ (ID - 8971)

is. dan. k.t. Dəmyə əkməklə məşğul olan kəndli.

DƏMYƏÇİLİK (ID - 8972)

is. dan. k.t. Dəmyə əkini.
// Dəmyə əkməklə məşğul olma.

DƏMYƏLİK (ID - 8973)

is. 1. k.t. Dəmyə üçün ayrılmış yer, dəmyədə əkilmiş taxıl və s.
2. Dəmyə bişirmək üçün lazım olan (düyü və s.).

DƏN (ID - 8974)

is. 1. Dənli bitkilərin məhsulunun hər bir dənəsi, ayrı-ayrı toxumu, tumu. Dənin ağırlığından sünbüllər başını əyir, biçinçilərə gəl-gəl deyir. Mir Cəlal. Qarğıdalının da dəninin çox hissəsi sulu karbonlardan ibarətdir.
...

DƏNAB (ID - 8975)

is. [fars.] Xörək bişirmək üçün qaynar su.

DƏNCİK (ID - 8976)

is. Kiçik dən, xırda dən.

DƏNDAN (ID - 8977)

is. [fars.] klas. Diş. Olmasa qabil əgər dəhr cəfa verməz ona; Təm biləzzət olanda necə dəndanə dəyər? M.V.Vidadi. Əvvəl səyin verib ləbə, dəndana; Onun üçün mumca nəfi var cana. Q.Zakir.

DƏNDƏ (ID - 8978)

bax dəndənə 1-ci mənada.

DƏN-DƏN (ID - 8979)

zərf 1. Dənələri ayrı-ayrı duran, bir-birinə qarışmayan (yapışmayan). Plovun düyüsü dən-dən idi. Ə.Vəliyev.
2. Damcı-damcı, gilə-gilə. Şollar suyu çiçək kimi dən-dən olub hovuza tökülür.. Mir Cəlal. Hərdən yağış...

DƏNDƏNƏ (ID - 8980)

is. [fars.] 1. Təkərin çevrəsini mərkəzə birləşdirən taxta. Arabanın bir dəndənəsi sınmışdır. - [Arabaçı:] ..Atlar arıq, minik çox, hərənin də bir bağlaması var, qorxuram dəndənələr tab gətirməyə. “Kirpi”.
tex....

DƏNDƏNƏLƏMƏ (ID - 8981)

“Dəndənələmək”dən f.is.

DƏNDƏNƏLƏMƏK (ID - 8982)

f. Dəndənəli etmək, dəndənələr düzəltmək, diş-diş etmək, qırçınlamaq.

DƏNDƏNƏLƏNMƏ (ID - 8983)

“Dəndənələnmək”dən f.is.

DƏNDƏNƏLƏNMƏK (ID - 8984)

məch. Dəndənələr düzəldilmək, diş-diş edilmək, qırçınlanmaq.

DƏNDƏNƏLİ (ID - 8985)

sif. Dəndənəsi olan. O, dəndənəli sənəyindən yapışıb kürəyinə atdı. S.Rəhimov.

DƏN-DÜŞ (ID - 8986)

is. Keyfiyyətsiz və qarışıq heyvan yemi.

DƏNƏ (ID - 8987)

is. [fars.] 1. Eyni cinsdən olan şeylərin hər biri, ədəd (cansız şeyləri sayarkən işlədilir). Beş dənə kitab. İki dənə alma.
Hacı Məcid əfəndinin Diyallı kəndindəki atadanqalma evi məhz iki-üç dənə balaca örtülüdən...

DƏNƏCİK (ID - 8988)

is. Kiçik dənə, xırda dənə. Fəqirə üzü yumurta sarısıyla suvaqlı, xaşxaş dənəciklərilə naxışlı o nazik, uzunsov sarı buğda çörəyindən biri.. qismət olacaqdı. Ə.Məmmədxanlı.

DƏNƏCİKLİ (ID - 8989)

sif. Xırda dənələri olan.

DƏNƏ-DƏNƏ (ID - 8990)

sif. Dənələr halında.

DƏNƏ-DƏNƏLİK (ID - 8991)

is. Dənələr halında olma.

DƏNƏLƏMƏ (ID - 8992)

“Dənələmək”dən f.is.

DƏNƏLƏMƏK (ID - 8993)

f. Dənələrini ayırmaq; arıtmaq. Qarğıdalını dənələmək. Narı dənələmək. Buğdanı dənələmək.

DƏNƏLƏNMƏ (ID - 8994)

“Dənələnmək”dən f.is.

DƏNƏLƏNMƏK (ID - 8995)

məch. Dənələri ayrılmaq; arıdılmaq. Təsbeh kimi dənələndim qovğa yolunda.. M.Araz.

Bu səhifə 3 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif