Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

DON (ID - 10446)

KİXOT [ispan yazıçısı Servantesin məşhur romanının qəhrəmanı Don Kixotun adından] Qeyri-real, həyata keçirilə bilməyən ideallar uğrunda səmərəsiz mübarizə aparan sadədil xəyalpərəst.

DONKİXOTLUQ (ID - 10447)

is. Don Kixota xas olan hərəkət; səmərəsiz xəyalpərəstlik.

DONQA (ID - 10448)

1. sif. Bax donqar 1-ci mənada. Donqar adam. - Bünyad .. donqa belini güclə sürüyürmüş kimi yavaş-yavaş yeriyən caninin ardınca baxdı. Ə.Əbülhəsən.
2. is. İnsan və ya heyvan bədəninin arxa tərəfində və ya başqa bir yerində...

DONQABEL (ID - 10449)

sif. Donqar, qozbel.

DONQALAMA (ID - 10450)

“Donqalamaq”dan f.is.

DONQALAMAQ (ID - 10451)

f Belini donqa hala salmaq, bükmək. Səsə-küyə gəlib çıxan Qızqayıt qarı belini donqalayıb başını yırğalayırdı. S.Rəhimov.

DONQALI (ID - 10452)

sif. Donqası olan. Sadığın donqalı beli, ətli boynu, ensiz kürəyi.. Xanpəriyə çoxdan tanış idisə də, bugünkü kimi aydın və aşkar görünməmişdi. Ə.Vəliyev.

DONQAR (ID - 10453)

sif. 1. Belində donqa olan; qozbel. O donqar [kişi] .. çıxıb poçta tərəf yönəldiyi vaxt Həmid dayıya rast gəldi. Ə.Əbülhəsən.
2. B ax donqa 2-ci mənada.

DONQARBEL (ID - 10454)

bax donqar 1-ci mənada.

DONQARBURUN(LU) (ID - 10455)

sif. Burnunun üstü qalxıq olan, burnunun üstündə çıxıntı olan. ..O, sallaqbığlı, donqarburunlu, uzunboylu, arıq bir kişi idi. M.Hüseyn.

DONQARLAMA (ID - 10456)

“Donqarlamaq”dan f.is.

DONQARLAMAQ (ID - 10457)

f Donqar hala salmaq, donqar kimi etmək; donqar kimi göstərmək.

DONQARLANMA (ID - 10458)

“Donqarlanmaq”dan fh.

DONQARLANMAQ (ID - 10459)

f. Belini əymək, donqar kimi olmaq.

DONQARLAŞMA (ID - 10460)

“Donqarlaşmaq”dan f.is.

DONQARLAŞMAQ (ID - 10461)

f. Donqar hala gəlmək, qozbel olmaq, belində donqar (qoz) əmələ gəlmək.

DONQARLI (ID - 10462)

b ax donqalı.

DONQARLIQ (ID - 10463)

is. Qozbellik. Oturaq və hərəkətsiz həyat tərzi keçirdikdə bədənin forması dəyişir. Qarın qabağa çıxır, döş yastı və ya basıq olur, bel bükülür, yəni donqarlıq əmələ gəlir. Ə.Babayev.

DONQAZ (ID - 10464)

sif. dan. Arıq, sümükləri çıxmış. Donqaz adam. Donqaz heyvan.

DONQAZLIQ (ID - 10465)

is. dan. Donqaz adamın (heyvanın) halı.

DONQULDAMA (ID - 10466)

“Donquldamaq”dan f.is.

DONQULDAMAQ (ID - 10467)

f Narazı halda öz-özünə, yavaşcadan anlaşılmaz sözlər söyləmək; deyinmək.

DONQULDANMA (ID - 10468)

“Donquldanmaq”dan f.is.

DONQULDANMAQ (ID - 10469)

f 1. Narazı halda öz-özünə, yavaşcadan anlaşılmaz sözlər danışmaq; deyinmək, narazılıq izhar etmək. ..O arvaddan həzər etmək ki, sübhdən-axşamacan dodağının altında həmişə donquldana. N.Vəzirov. Allahqulu donquldana-donquldana...

DONQULDAŞMA (ID - 10470)

“Donquldaşmaq”dan.

DONQULDAŞMAQ (ID - 10471)

qarş. Yerbəyerindən donquldanmaq, hamı birdən donquldanmaq.

DONQULDATMA (ID - 10472)

“Donquldatmaq”dan

DONQULDATMAQ (ID - 10473)

icb. Donquldamağa məcbur etmək, donquldamasına səbəb olmaq.

DONQULTU (ID - 10474)

is. Yavaşcadan, anlaşılmaz halda öz-özünə danışma.
// Anlaşılmaz sözlər.

DONLU (ID - 10475)

sif. Əynində donu olan, əyninə don geymiş; paltarlı, qiyafəli.
// məc. Obrazlı təşbehlərdə: örtülü mənasında.

DONLUQ1 (ID - 10476)

1. sif. Dona yarayan, paltarlıq. Donluq parça.
is. Dona (paltara) yarayan parça; paltarlıq. 6 metr donluq aldım. - Şəhərin tüccarı və alış-veriş adamları qaydanı gərək pozmasınlar. Qalabəyinin arvadına və qızına təzə çıxan...

DONLUQ2 (ID - 10477)

is. dan. Maaş, əmək haqqı, aylıq. [Tükəzban təlimatçıya:] Bir yaxşı donluq da vermirsiniz ki, ata verdiyim arpasamanınpulu çıxsın, barı.. B.Talıblı. Bir tək donluq ilə mirzə yazıq özünümü saxlasın, yoxsa pul göndərib bir...

DONMA (ID - 10478)

1. “Donmaq”dan f.is.
2. Bax donvurma.
□□ Donma nöqtəsi - (termometrin şkalasında 0 dərəcəsini, yəni suyun donma temperaturunu göstərən qeyd).

DONMAQ (ID - 10479)

f. 1. Soyuğun, şaxtanın təsirindən, şiddətindən buza çevrilmək, buz halına gəlmək. Su dondu. - Nə səbəbə su qaynayanda buğ olur, niyə donanda bərkiyir? C.Məmmədquluzadə.
// Buzla örtülmək. Çaylar donmuşdur. Göl donmuşdur....

DONMUŞ (ID - 10480)

f.sif. 1. Buz halına gəlmiş, buz olmuş. Donmuş su.
// Donuq hala gəlmiş, soyuğun təsirinə məruz qalmış. Donmuş ət. Donmuş meyvə.
// Buzla örtülmüş. Donmuş göl. Donmuş pəncərə. - Hələ xatirimdən heç getməmişdir;...

DONOR (ID - 10481)

[fr.] Yaralılara və xəstələrə vurmaq üçün öz qanını verən adam. Biz dünən yazıldıq qırmızı donor; Bu gün yüz qat çoxdur, bax, yazılanlar! R.Rza.

DONORLUQ (ID - 10482)

is. Yaralılara və xəstələrə vurmaq üçün öz qanını vermə.

DONOS (ID - 10483)

[rus.] nifr. dan. Birisi haqqında hökumət idarələrinə və ya onun nümayəndələrinə gizli olaraq verilən məlumat, xəbər. [Hatəmxan ağa:] Səndən sərdarın xud özünə elə bir möhkəm donos verdirərəm ki, səni birbaş Sibirə itirsinlər....

DONOSBAZ (ID - 10484)

is. [rus. donos və fars. ...baz] nifr. dan. Adamlar haqqında hökumət orqanları və ya nümayəndələrinə gizli material və ya xəbər verməyi özünə peşə etmiş adam. Qeyrətli donosbazlarımız iş bacararkən; Tənbəl, dəli şeytanları...

DONOSBAZLIQ (ID - 10485)

is. nifr., dan. Donosçuluq, xəbərçilik, şeytançılıq. [İvan bəy:] Hər halda, donos, donosbazlıq yaxşı peşə deyil. N.Vəzirov. [Rza bəy:] Mən tələb elədim ki, donosbazlıq eləyənləri işdən çıxartsın. Ə.Vəliyev.

DONOSÇU (ID - 10486)

sif. və is. Donos verməklə məşğul olan (adam); xəbərçi.

DONOSÇULUQ (ID - 10487)

bax donosbazlıq. Donosçuluq etmək.

DONSUZ (ID - 10488)

sif. Əynində donu olmayan; paltarsız, geyimsiz. Mənsiz kətan, kəndir verməz zəmilər; Çadırsız, yelkənsiz qalar gəmilər; Nazik donsuz yayda uşaqlar ağlar. A.Səhhət.

DONUXDURMA (ID - 10489)

“Donuxdurmaq”dan f.is.

DONUXDURMAQ (ID - 10490)

f Mat qoymaq, heyrət içində qoymaq; çaşdırmaq.

DONUXMA (ID - 10491)

“Donuxmaq”dan f.is.

DONUXMAQ (ID - 10492)

bax donmaq 4-cü mənada. Arvad donuxmuş: - A kişi, dəli olmamısan, çörək nədir? De görüm, yoxsa qardaşlarımın başına bir şey gəlib? Çəmənzəminli. Rəhim bəy təəccüblə donuxdu. M.Hüseyn.
□ Donuxub qalmaq - bax donub qalmaq...

DONUQ (ID - 10493)

sif. 1. Donmuş, buzlaşmış, buz bağlamış.
// Bərk üşümüş.
Üstü donmuş kimi, tutqun, dumanlı; parıltısı, işıltısı olmayan, şəffaf olmayan, cilasız. Donuq şüşə. Lampanın donuq işığı.
Ay yorğun və solğun çöhrəsi...

DONUQLAŞMA (ID - 10494)

“Donuqlaşmaq”dan f.is.

DONUQLAŞMAQ (ID - 10495)

f Donuq hala düşmək; parlaqlığı, şəffaflığı, parıltısı, cilası getmək.

Bu səhifə 103 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla