1
İzahlı lüğət - D hərfi ilə başlayanlar - H. 16
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

DAVRANMAQ (ID - 8396)

f Özünü aparmaq, münasibət bildirmək. Təbriz inqilabçıları çox ehtiyatlı davranmalıdırlar. M.S.Ordubadi. Mən nə qədər ki.. [Xədicəyə] qarşı laqeyd və etinasız davranırdım, əksinə olaraq, o mənə bir o qədər artıq təmayül...

DAVUL (ID - 8397)

is. mus. İki tərəfinə dəri çəkilmiş, xüsusi ağacla vurularaq, güclü səs çıxaran zərbli musiqi aləti; təbil. Vur, çatlasın davulu; Topla eli, avulu; Oynat qızı, oğulu; Bir qardaş deyilmiyik? Ə.Cavad. Toyda vurulan davul səsləri...

DAVULÇU (ID - 8398)

is. Davul çalan adam.

DAVUŞ (ID - 8399)

is. məh. Tappıltı, ayaq səsi.

DAY1 (ID - 8400)

is. Biryaşar at balası, dayça. Day at olunca, yiyəsi mat olar. (Ata. sözü). Qarabağda nə day qaldı, nə dana; Bu gün, sabah hərə qaçar bir yana. Q.Zakir. Daylar tullanıb düşür, bir-biri ilə oynayırdılar. İ.Əfəndiyev.

DAY2 (ID - 8401)

dan. “Daha” sözünün ixtisarı. [Koroğlu:] Bacını aparmaq istəyirsən, gəl apar, day söyüş niyə söyürsən? “Koroğlu”. İbrahim padşahın gözünə çox xoş gəlmişdi. Day lap hayıl-mayıl olmuşdu. (Nağıl).

DAYA (ID - 8402)

bax dayə. Bir tərəfdə Şəhrəbanu xanım oturubdur, bir tərəfdə Şərəfnisə xanım, bir tərəfdə onun dayası Xanpəri. M.F.Axundzadə.

DAYAQ (ID - 8403)

is. 1. Binanın və s.-nin sınmış pərdilərini, yaxud uçulan divarı və s. saxlamaq, eləcə də meyvəsi çox olan ağac budaqlarını sınınaqdan qorumaq üçün onların altına vurulan ağac, dəstək və s. Barıya dayaq vurmaq.
Nurcabbarın...

DAYAQLAMA (ID - 8404)

“Dayaqlamaq”dan f.is.

DAYAQLAMAQ (ID - 8405)

f. Dayaq vermək, altına dayaq qoymaq.

DAYAQLANMA (ID - 8406)

“Dayaqlanmaq”dan f.is. Ağacların dayaqlanması.

DAYAQLANMAQ (ID - 8407)

məch. Dayaq verilmək, altına dayaq qoyulmaq.

DAYAQLI (ID - 8408)

sif 1. Dayağı olan. Dayaqlı ağac.
2. məc. Köməkli, arxalı; himayəçisi, arxası, köməyi olan. Dayaqlı adam.

DAYAQLIQ (ID - 8409)

sif. Dayağa yarayan. Dayaqlıq tir. Dayaqlıq ağac.

DAYAQSIZ (ID - 8410)

sif 1. Dayağı olmayan.
2. məc. Köməyi, arxası olmayan.

DAYAQSIZLIQ (ID - 8411)

is. Köməyi, arxası olmama, dayağı olmama.

DAYALIQ (ID - 8412)

bax dayəlik.

DAYAMA (ID - 8413)

“Dayamaq”dan f.is.

DAYAMAQ (ID - 8414)

f. 1. Dirəmək, söykəmək, kip yanaşdırmaq (yaxınlaşdırmaq). Nikitin dodağını lap Aslanın qulağına dayadı. M.İbrahimov. Mən ulduzsuz, qaranlıq göylərə baxar, baxar; Alnımı buz bağlayan pəncərəyə dayardım. Ə.Cəmil.
2....

DAYANACAQ (ID - 8415)

is. 1. Səmişinlərin düşməsi və minməsi üçün tramvayın, avtobusun və s.-nin dayandığı yer. Tramvay dayanacağı. Avtobus dayanacağı.
Müvəqqəti yaşamaq üçün düzəldilən yer. Ov heyvanları bol olan sahələrdə ən qədim insanlar...

DAYANDIRICI (ID - 8416)

sif. Kəsən, dayandıran, inkişaf etməyə qoymayan.

DAYANDIRILMA (ID - 8417)

“Dayandırılmaq”dan f.is.

DAYANDIRILMAQ (ID - 8418)

DAYANDIRILMAZ (ID - 8419)

sif Dayandırıla bilməyən, qabağı saxlanıla bilməyən.

DAYANDIRMA (ID - 8420)

“Dayandırmaq”dan f.is.

DAYANDIRMAQ (ID - 8421)

f. 1. Dayanmağa, durmağa məcbur etmək, ayaq üstə saxlamaq. Vahidin özünü də çağırıb müttəhim kimi qapı ağzında xeyli dayandırdılar və sonra dindirdilər. Mir Cəlal.
Bir şeyin hərəkətini, gedişini, inkişafmı müvəqqəti...

DAYANIQ (ID - 8422)

is. 1. Davam, davamlılıq, möhkəmlik dərəcəsi, sürək. Dayanığı olmayan parça.
Dözüm, səbat, səbir. Onun heç dayanığı yoxdur. İşdə dayanıq.
// Möhkəmlik, müqavimət qabiliyyəti. Mübarizədə dayanıq göstərmək. Soyuğa...

DAYANIQLAŞDIRILMAQ (ID - 8423)

məch. Dayanıq, sabit bir vəziyyətə gətirilmək; sabitləşdirilmək. Vışka dartıcı vasitəsilə dayanıqlaşdırılır. S.Quliyev.

DAYANIQLAŞDIRMA (ID - 8424)

“Dayanıqlaşdırmaq”dan f.is.

DAYANIQLAŞDIRMAQ (ID - 8425)

f Dayanıqlı etmək, möhkəm etmək, bərkitmək, davamlı etmək, dözümlü etmək. Bədəni soyuğa dayanıqlaşdırmaq.

DAYANIQLI (ID - 8426)

1. sif Dayanığı olan, möhkəm, səbatlı, mətanətli, dözümlü. Zəki çox dayanıqlı, səbirli və iradəli bir gənc idi. A.Şaiq.
2. Sabit, dəyişməyən, dağılmayan, pozulmayan, davamlı, sürəkli.

DAYANIQLIQ (ID - 8427)

is. Sabitlik, davamlılıq, möhkəmlik.
// Səbat, mətanət, dözüm.

DAYANIQSIZ (ID - 8428)

sif 1. Dayanığı olmayan, möhkəm olmayan; mətanətsiz, səbatsız, dözümsüz. Dayanıqsız adam.
2. Sabit olmayan; davamsız, keçici, sürəksiz. Melodiyadakı dayanıqsız səslərin təbiətində sabit səslərə doğru daimi hərəkət meyli...

DAYANIQSIZLIQ (ID - 8429)

is. 1. Dayanığı, mətanəti, səbatı, dözümü olmama; mətanətsizlik, səbatsızlıq, dözümsüzlük.
Davamsızlıq, qeyri-sabitlik, keçicilik, sürəksizlik.

DAYANIŞ (ID - 8430)

is. Dayanma, durma tərzi.

DAYANMA1 (ID - 8431)

“Dayanmaq1”dan f.is.

DAYANMA2 (ID - 8432)

“Dayanmaq2#”dan f.is.

DAYANMADAN (ID - 8433)

zərf Durmadan, ara vermədən, arası kəsilmədən. Yağış dayanmadan yağır. Dayanmadan qışqırmaq. - Dayanmadan tüfəngimi boşaltdım; Dallarınca bir neçə güllə atdım. A.Səhhət. Fərman dayanmadan işlədiyi halda, gözləri ilə kənarda...

DAYANMAQ1 (ID - 8434)

f 1. Dayaq etmək, dayamaq, söykənmək. Şeyx Nəsrullah naxoş kimi heç kəsə baxmayıb dayanır yastıqlara. Məmmədquluzadə. Nənə əlini yumruqlayıb masaya dayandı. S.Rəhimov.
// Dirənmək, lap yanaşmaq. Bəylərbəyinin faytonu qapıya...

DAYANMAQ2 (ID - 8435)

f 1. Hərəkətsiz hala düşmək; hərəkətini, işini saxlamaq. Kim isə zəncirləri yerə atır. Dəzgah xırp dayanır. M.İbrahimov. Qazma borusunun yoxluğu üzündən buruqda işlər dayandı. M.Hüseyn.
// Fəaliyyətdən qalmaq, daha fəaliyyət...

DAYANMAZ (ID - 8436)

sif. Dayanmayan, durmayan, arası kəsilməyən, ara verməyən.

DAYANMAZLIQ (ID - 8437)

is. Dayanmayan, arası kəsilməyən şeyin halı.

DAYAZ (ID - 8438)

1. sif. Dərinliyi az olan, çox da dərin olmayan (dərin ziddi). Nurəddin dayaz yer axtararkən gəlib bir yerə çatdı ki, orada bir uzun ağac sınıb körpü kimi çayın üstünə düşmüşdü. S.S.Axundov.
// Üzdə olan, çox dərində...

DAYAZCA (ID - 8439)

sif. Az dayaz, dayazlığı az olan. Dayazca çay. Çayda dayazca bir yer tapıb keçdik.

DAYAZFİKİRLİ (ID - 8440)

sif. Dayaz düşünən, səthi düşünən, işin əsil mahiyyətini, dərinliyini düşünə bilməyən; dardüşüncəli. Dayazfikirli adam.

DAYAZFİKİRLİLİK (ID - 8441)

is. Dayazfıkirli adamın hal və keyfiyyəti; dardüşüncəlilik.

DAYAZLAMA (ID - 8442)

“Dayazlamaq”dan f.is.

DAYAZLAMAQ (ID - 8443)

f. Dayaz şəklə düşmək. Torpaq töküb çuxuru dayazladı.

DAYAZLANDIRILMA (ID - 8444)

“Dayazlandırılmaq”dan f.is.

DAYAZLANDIRILMAQ (ID - 8445)

məch. Dayaz hala salınmaq.

Bu səhifə 187 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif