Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

DÜYÜNLƏMƏK (ID - 11396)

f 1. Düyün edib bağlamaq, düyün vurmaq, düyün halına gətirmək. İpləri bir-birinə düyünləmək. - O əllər məkik atmaqdan, .. odun kəsməkdən, ya da nazik qırıq ipək saplarını düyünləməkdən, cəhrə dolandırmaqdan, lülə...

DÜYÜNLƏNMƏ (ID - 11397)

“Düyünlənmək”dən f.is.

DÜYÜNLƏNMƏK (ID - 11398)

məch. 1. Düyün edilib bağlanmaq, düyün vurulmaq.
2. məc. Dolaşmaq, mürəkkəbləşmək, çətinləşmək; yığılıb bir-birinə qarışmaq. Yenə də əski xatirələr düyünlənib onun fikrini çulğaladı. Ə.Vəliyev. Dəmirov dönüb...

DÜYÜNLÜ (ID - 11399)

sif. 1. Düyünü, ya düyünləri olan. İlanlar fışıldayır kol-koslar arasından; Ayağa dolaşan düyünlü kəndir kimi. S.Rüstəm.
Bir parçanın və s.-nin içinə qoyulub düyünlənmiş. Papağının içindən əsgiyə düyünlü açarları...

DÜYÜRD (ID - 11400)

is. məh. Üzərində xırda düyünlər və toz kimi nöqtələr şəklində naxışı olan çarqat. Bir az yaşlı qadınlar tünd rəngli xaralardan paltar geyib, başlarına da düyürdü kəlağayıdan çalma çalardılar. H.Sarabski.

DÜYÜTƏMİZLƏYƏN (ID - 11401)

sif. Çəltiyi təmizləyib düyü halına salan. Düyütəmizləyən zavod. Düyütəmizləyən maşın.

DÜZ (ID - 11402)

1. sif. Enişi, yoxuşu, çuxuru, təpəsi olmayan, hamar (səth haqqında). Düz yer. Düz çöl. Düz meydança. Düz döşəmə. Düz taxta.
is. Düzən, çöl, düzəngah, düzənlik. Mil düzü. Cıdır düzü. Düzlərdə yaşayan əhali.
Cücələrim...

DÜZBƏDÜZ (ID - 11403)

zərf Düz, birbaş. [Şölə xanım:] Ay aman! Vəzir düzbədüz qapıya sarı gəlir. M.F.Axundzadə.

DÜZBUCAQ (ID - 11404)

is. Bütün bucaqları düz olan dördbucaq.

DÜZBUCAQLI (ID - 11405)

sif. Bucağı (bucaqları) düz olan. Düzbucaqlı üçbucaq. Düzbucaqlı bina.

DÜZCƏ (ID - 11406)

sif. və zərf Düz, tamamilə düz, həqiqətdə olduğu kimi. Düzcə danışıq. Get, əhvalatı özünə düzcə danış. Düzcə get!

DÜZCIZIQLI (ID - 11407)

bax düzxətli.

DÜZ-DOĞRU (ID - 11408)

zərf Düz, birbaşa, bilavasitə. [Cəmaləddin:] Sən .. qorxulu bir yola, bəlkə də düz-doğru ölümə gedirsən. C.Cabbarlı. Vidalaşıb düz-doğru Sərdarın yanına getdi. M.S.Ordubadi.

DÜZ-DÜNYA (ID - 11409)

is. 1. Aləm, hər tərəf, hər yer; ucsuz-bucaqsız sahə. ..Düz-dünyanı pambıq başına götürüb. Ə.Haqverdiyev. [Bayram kişi:] Sel gücü də məlumdur, odur, Mingəçevirdə bir dəsgah başlanıb ki, selinsuyun gücü ilə düz-dünyaya...

DÜZDÜRMƏ (ID - 11410)

“Düzdürmək”dən f.is.

DÜZDÜRMƏK (ID - 11411)

“Düzmək”dən icb. Muncuq düzdürmək.

DÜZDÜRÜLMƏ (ID - 11412)

“Düzdürülmək”dən f.is.

DÜZDÜRÜLMƏK (ID - 11413)

“Düzdürmək”dən məch.

DÜZ-DÜZYANA, DÜZ-DÜZÜNƏ (ID - 11414)

zərf Düz, doğru, açıq-açığına, ikiüzlülük etmədən. Düz-düzyana danışmaq.

DÜZƏK (ID - 11415)

is. Yaraşıq, bəzək (adətən “bəzək-düzək” şəklində işlənir). Neylərdim bəzəyi, ya düzəyi. M.Ə.Sabir.

DÜZƏKLİ (ID - 11416)

sif. Yaraşıqlı, bəzəkli. Cücələrim bəzəklidir; Bəzəklidir, düzəklidir. A.Səhhət.

DÜZƏLDİCİ, DÜZƏLDƏN (ID - 11417)

f.sif. Qaydaya salan, tənzim edən; tənzimləyici.

DÜZƏLDİLMƏ (ID - 11418)

“Düzəldilmək”dən f.is.

DÜZƏLDİLMƏK (ID - 11419)

məch. 1. Düz və hamar edilmək.
Təşkil edilmək, əmələ gətirilmək, tərtib olunmaq, qurulmaq. Məclis düzəldilmək.
Qaydaya salınmaq, nizama salınmaq, yoluna qoyulmaq.
// İslah edilmək, yaxşılaşdırılmaq.

DÜZƏLDİLMƏZ (ID - 11420)

sif. Düzəldilə bilməyən, islah edilə bilməyən, islahedilməz.

DÜZƏLDİLMƏZLİK (ID - 11421)

is. Düzəldilməz şeyin halı; islahedilməzlik.

DÜZƏLİŞ (ID - 11422)

is. 1. Düzəlmə, düzəlişmə, razılaşma; saziş. Düzəliş baş tutmadı.
2. Düzəltmə, düzəldilmə; təshih etmə, təshih edilmə; təshih. Kitabın axırında düzəliş verilmişdir.

DÜZƏLİŞDİRMƏ (ID - 11423)

“Düzəlişdirmək”dən f.is.

DÜZƏLİŞDİRMƏK (ID - 11424)

f. 1. Düzəltmək, qaydaya salmaq. Düzəlişdirdik işin hər yanını. Ə.Nəzmi.
2. Sazişə gətirmək, aralarında saziş düzəltmək, razılıq yaratmaq, razılaşdırmaq.

DÜZƏLİŞMƏ (ID - 11425)

1. “Düzəlişmək”dən f.is.
2. is. Saziş.

DÜZƏLİŞMƏK (ID - 11426)

qarş. 1. Bir-biri ilə sazişə gəlmək, razılaşmaq, öz aralarında razılığa gəlmək. Kəbin halı-halına görə idi. Bəzən qudalar bunun üstündə düzəlişməzdilər. H.Sarabski.
2. Düzəlmək, tarazlaşmaq. Kosa tərəzini qaldırdı,...

DÜZƏLMƏ (ID - 11427)

“Düzəlmək”dən f.is.

DÜZƏLMƏK (ID - 11428)

f. 1. Düz və hamar şəklə düşmək; düzlənmək. Çuxur düzəldi.
Təşkil olunmaq, əmələ gəlmək, ibarət olmaq. Müqim bəy .. bir neçə nahiyədən düzələn qəzanın rəisi oldu. S.Rəhimov. Həyətində yığıncaq düzəlmiş kəndli,...

DÜZƏLTDİRİLMƏ (ID - 11429)

“Düzəltdirilmək”dən f.is.

DÜZƏLTDİRİLMƏK (ID - 11430)

“Düzəltdirmək”dən məch.

DÜZƏLTDİRMƏ (ID - 11431)

“Düzəltdirmək”dən f.is.

DÜZƏLTDİRMƏK (ID - 11432)

“Düzəltmək”dən icb.

DÜZƏLTMƏ (ID - 11433)

1. “Düzəltmək”dən f.is.
sif. Başqasından (başqa kəmiyyətdən, sözdən və s.-dən) düzəldilmiş. Düzəltmə sifət (sözdüzəldici şəkilçilərin sözlərə bitişdirilməsi ilə düzələn sifət). Düzəltmə fel (müəyyən nitq...

DÜZƏLTMƏK (ID - 11434)

f. 1. Düz, saz hala salmaq, qaydaya salmaq, təmir etmək. Fəhlələr xarab olmuş yolu düzəltdilər. Montyor işıq xəttini düzəltdi.
// Lazımi şəklə salmaq, tərtib və nizama salmaq, qaydaya salmaq. [Güləbətin] üst-başını da düzəldirdi....

DÜZ-ƏMƏLLİ (ID - 11435)

zərf və sif. Yaxşı, lazımi qaydada, layiqli surətdə. [Pərzad:] [Qızı] düz-əməlli saxlamırsınız, .. bu nədir, qız mum kimi əriyir. Mir Cəlal. [Turac:] Ey, düz-əməlli danış, ha! İ.Əfəndiyev.

DÜZƏN (ID - 11436)

is. Düz yer, düz, çöl. Mal-qara düzəndə gəzir. - Bu Lökbatan bir düzəndi; üstü lehməli; Onu abad etdi azad insanın əli. R.Rza. Yaşıl düzəndə bir kənd... Kirəmitli daxmalar... M.Rahim. Düzənlərdə göyərər; Yaşıl bağlar,...

DÜZƏNGAH (ID - 11437)

is. Düz, düzən, düzənlik. Yolun o tərəf-bu tərəfi göz işlədiyi qədər düzəngahdır. - ..Çıxaq bir uca dağın başına;
baxıb görəcəgik ki, dörd bir ətrafdan göy yapışıb yerə və baxıb görəcəgik ki, yerin üzü meydan...

DÜZƏNGAHLIQ (ID - 11438)

is. Düzəngah yer, düzənlik, düzən.

DÜZƏNLİK (ID - 11439)

is. Düzən, düzəngah. Mən indidən görürəm o büsatı, şənliyi; Görürəm çiçək açır Kür-Araz düzənliyi. Ə.Cəmil.

DÜZƏNMƏ (ID - 11440)

“Düzənmək”dən f.is.

DÜZƏNMƏK (ID - 11441)

f Bəzənmək, geyinmək (çox vaxt “bəzənib-düzənmək” şəklində işlənir). Rövşən içəri otağa girdi, kişi paltarını çıxartdı, bir dəst arvad paltarı geydi, bəzəndi, düzəndi, topuğuna qədər düşən saçlarını darayıb...

DÜZGÜ (ID - 11442)

is. Düzmə işi; düzmə (düzülmə) qaydası, üsulu; düzülüş, sıra, sıralanma.

DÜZGÜN (ID - 11443)

sif. Düz, doğru. Düzgün söz. Düzgün hərəkət. Düzgün tələffüz.
// bax düz 8-ci mənada. Düzgün adam.
// zərf Öz qaydasında, öz yerində, lazımi qaydada. [Hacı Nəsir:] Hərgah mənim işlərim əvvəlki kimi düzgün olsaydı,...

DÜZGÜNLƏŞDİRİLMƏ (ID - 11444)

“Düzgünləşdirilmək”dən f.is.

DÜZGÜNLƏŞDİRİLMƏK (ID - 11445)

məch. Düzgün edilmək, düzgün hala salınmaq, qaydaya salınmaq, nizama salınmaq.

Bu səhifə 115 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla