İzahlı lüğət

DİZ

is. 1. Qıçın diz oynağı olan hissəsi, bükülən yeri. Dizlərini bükmək. - Getdim bağa üzümə; Tikan batdı dizimə. (Bayatı). Göy ot dizdən yuxarı qalxmışdı. C.Məmmədquluzadə.
□ Diz qapağı - dizin üstündəki sümük. [Nurəddinin] sağ ayağı diz qapağından çıxmışdır. S.S.Axundov. [Qədir] .. ovucları ilə diz qapaqlarını ovdu, ayaqlarını oynatdı. Mir Cəlal. Diz oynağı - baldır sümüyünü bud sümüyü ilə birləşdirən oynaq.
// Şalvarın, qıçın həmin yerini örtən hissəsi. Şalvarın dizləri sürtülüb.
Qıçm diz oynağından buda qədər olan hissəsi. Uşağı dizi üstündə oturtmaq. - ..Kərbəlayı Cəfər dizi üstə oturub üzüqoylu düşmüşdü çörəyin üstə. C.Məmmədquluzadə.
□□ Diz çökdürmək, diz üstə çökdürmək
zorla tabe etmək, tabe olmağa, təslim olmağa məcbur etmək. Tarixi əzmiylə yaradanları; Niyə çökdürdünüz bu gün diz üstə?
Vahabzadə. Diz çökmək, diz üstə çökmək - 1) dizlərini yerə dayayaraq oturmaq və ya təzim əlaməti olaraq dizlərini yerə qoyaraq əyilmək. Uşaqların əllərindən tutub gedirəm o bədbəxtin yanına, diz üstə çöküb yalvarırıq, əlac olmayır. N.Vəzirov. Məhkum ayağa qalxaraq, Abbasqulu ağanın qarşısında diz çökdü... Ə.Sadıq; 2) məc. tabe olmaq, itaət etmək, təslim olmaq. [Qətibə:] Əlahəzrətin özü, Qızıl Arslanın qarşısında diz çökəcəyini görəcəkdir. M.S.Ordubadi. Tarix özü şahid olub; Bu dostluğun qarşısında; Düşmənin diz çökdüyünə. R.Rza. Dizə çıxmaq - həddən artıq çox olmaq. Zibil dizə çıxırdı. - Gün isti, yer qızğın, toz çıxır dizə; Çibinlər, milçəklər soxulur gözə. K.Sanılı.
Dizlərini qucmaq (qucub oturmaq) - məyus, aciz, naəlac bir halda oturmaq, yazıq-yazıq oturmaq. Bir neçə gün bundan əqdəm şadlığından bilmirdin nə edəsən, indi dizlərini qucub qafiləsi vurulmuş ərəbə oxşayırsan, məgər nə olub? N.Vəzirov.
diz-dizə bax dizbədiz. Oturaydım dizdizə; Baxaydım gül üzünə. (Bayatı). Təbiət bizimlə durub diz-dizə; Başından keçəni danışır bizə. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed