İzahlı lüğət

DƏSTGİR

is. [fars.] köhn. 1. Kömək edən, əldən tutan; yardımçı, himayəçi, köməkçi. Tutsan əlini məni-fəqirin; Həqq ola həmişə dəstəgirin. Füzuli. Deyirlər ki, cəmi füqəranın dəstgiridir. Ə.Haqverdiyev.
2. Tutulmuş, əl-qolu bağlanmış; əsir.
Dəstgir etmək - tutmaq, əlinə keçirmək, başmı bağlamaq, əsir etmək. Uzaq valilərinə də kağız göndər. Hər nə xan varsa, dəstgir edib Tehrana göndər. C.Cabbarlı. Camal.. dərin meşələrə girib maralları dəstgir edirdi. S.Rəhimov. Dəstgir olmaq - ələ keçmək, təslim olmaq, əsir olmaq.
// məc. Əsir, məşğul. Xanpəri bu fikirlərin əlində dəstgir ikən divar saatı on ikini vurdu. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed